Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1909/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim X13, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-29/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X7 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrinə əsasən İddiaçı fərdi ev tikmək üçün 0,08 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra Abşeron rayon Novxanı Kənd XDS İcraiyyə Komitəsinin 27.2 saylı, 30 avqust 1991-ci il tarixli qərarına əsasən torpaq sahəsinin ayrılması nəzərə alınmış və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin reyestri xidməti bundan imtina edərək iddiaçıya ayrılmış torpaq sahəsinə dair Cavabdeh adına şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini bildirmişdir. Bundan sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə zamanı araşdırma aparılarkən reyestri xidmətinin imtinasının əsaslı olub-olmadığını müəyyənləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Həmin xidmətdən cavab verilmişdir ki, İddiaçı torpaq sahəsinə dair Cavabdeh adına şəhadətnamə və çıxarış verilmişdir. Bu səbəbdən də həmin iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsindən geri götürülərək hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh adına verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon X7 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrindən 10 fevral 2017-ci il tarixli, F-123 nömrəli arxiv çıxarışından görünür ki, Sovxoz fəhlə həmkarları ittifaqı komitəsinin və əmək kollektivi şurasının 8.06.1991-ci il tarixli (pr. № 6) qərarını nəzərə alaraq sovxoz fəhlələrinin və Novxanı kənd sakinlərinin yaşayış evinə ciddi ehtiyacını nəzərə alaraq, İddiaçı fərdi ev tikmək üçün istifadəsiz torpaq sahəsindən 0,08 ha torpaq sahəsi verilməsi əmr edilmişdir. Əmrə cizgi və ayrıc aktı daxil edilməmişdir.
4. İş materiallarında olan Abşeron rayon Novxanı Kənd XDS İcraiyyə Komitəsinin 27.2 nömrəli, 30 avqust 1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı sovxozun 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmr ilə 0,08 hektar torpaq sahəsi verilmişdir. İddiaçı sovxozun 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmri ilə kənd təsərrüfatına yararsız sahədən 0,08 hektar torpaq sahəsinin ayrılmasının nəzərə alınması, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikdirilməsinə icazə verilməsi qərara alınmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********72 saylı, 04 fevral 2019-cu il tarixli bildirişdən görünür ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsi və elektron kadastr baza məlumatlarının araşdırılması zamanı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh) **********14 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir.
6. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış **********17 nömrəli, 17 iyul 2020-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsi Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin koordinatları üstüstə düşür.
7. İş materiallarında olan JN-066A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 20 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh mülkiyyətinə verilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
9. İş materiallarında olan A seriyalı 268650 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
10. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(012)-1503/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızına qarşı mülkiyyətə müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli, 27957 saylı ekspert rəyi ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin koordinatları iş materiallarında olmadığından, həmin torpaq sahəsinin yerində faktiki vəziyyətə uyğun olaraq üst-üstə düşüb-düşməməsinin və Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən müdaxilə və zəbt hallarının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddianın təmin edilməməsini onunla əsaslanmışdır ki, iddiaçının ona məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən qanunsuz müdaxilənin olduğu istər iş materialları, istərsə də ekspert rəyi ilə sübut olunmamışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış sorğu ilə əlaqədar verilmiş **********16 saylı, 14 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********14 reyestr nömrəli, 0.20 ha torpaq sahəsinə dair məlumatlar kadastr baza məlumatları araşdırılmış və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordiantları aşağıdakılardır: X-397475.28 Y-4486321.11 X- 397516.88 Y-4486333.63 X-397530.15 Y-4486289.60 X-397488.12 Y-4486277.05
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10 noyabr 2022-ci il tarixli, 10/6137 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli **********22 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0.2022 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 12 may 2023-cü il tarixli, 10/145 nömrəli rəydən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2020-ci il tarixli məktubunda Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən X3 məxsus 0.08 ha torpaq sahəsi Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli **********14 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüdüyü qeyd olunsada Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində Abşeron rayon X11 X12 üzrə xx.xx.1991-ci il tarixli, 93 nömrəli əmrlə X3 fərdi ev tikmək üçün verilmiş 0.08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və X2 faktiki istifadəsində torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi ilə üstüstə düşübdüşməməsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə olan halda mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunanlarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunanlar arasında ziddiyyət olduğundan qərardadda ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunan məlumatlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi arasında mövcud olan ziddiyyətə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilməsi göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-29/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 100 manat məbləğində ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir (hakim E.Kazımov).
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, təkrar ekspertiza təyin edilməsi barədə vəsatətin təmin olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı və cavabdehə ayrılmış torpaq sahələri üst-üstə düşür. Üst-üstə düşdüyü üçün və ilk olaraq eyni torpaq sahəsi iddiaçıya ayrıldığından hesab edir ki, eyni torpaq sahəsinin sonradan başqasına ayrılması etibarsız əqddir. Belə ki, ilk ayrılan ondan geri alınmadan bunun edilməsi Mülki Məcəllənin normalarını pozur. Məhkəmə iddianı rədd etməklə aşağıdakı maddi normaları pozmuşdur: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmçinin Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarından görünür ki, son məhkəmə iclasından əvvəl e-mehkeme.gov.az portalı vasitəsilə vəsatət verilmişdir. Vəsatətdə deyilir: “Bildirirəm ki, hazırki iş üzrə 12 may 2023cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəylə tamamilə razı deyilik. Belə ki, bizə torpaq sahəsi Abşeron rayon X7 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmrinə əsasən verilib. Həmin əmrə əsasən 172 nəfərə 0,08 ha həcmində torpaq sahəsi verilib, o cümlədən siyahıda 169-cu X9. Mütəxəssis və ekspertin qənaətinə görə həmin Abşeron rayon X7 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmrinə cizgi-xəritə əlavə edilmədiyindən bizim torpağın yerini Reyestr xidmətinin mütəxəssisi və ekspert müəyyən edə bilmir. Bu həmin Daşınmaz Əmlakın Reyestri Xidmətinin mütəxəssisidir ki, həmin siyahıda 169-cu qeyd edilmiş X9 2 çıxarış verir. Necə olur ki, həm Əsli Axundova, həm İddiaçı eyni siyahıda olur, həmin siyahıya cizgi əlavə olunmur, Əsli Axundovaya gələndə yer tez tapılır və 2 çıxarış verilir, lakin İddiaçı gələndə isə yer tapılmır? Göründüyü kimi, həm Reyestr Xidmətinin mütəxəssisi, həm də ekspert bu işə qərəzli yanaşmış, həqiqəti bizə məlum olmayan səbəbdən gizləmişlər. Xahiş edirik təkrar ekspertiza keçirilsin və sualardan biri kimi aşağıdakı müəyyən edilsin: Əsli Axundovaya verilmiş çıxarışlar əsasında ona məxsus torpaqlar nəzərə alınaraq İddiaçı torpaq sahəsinin yeri müəyyən olunsun.” Göründüyü kimi, işin hərtərəfli araşdırılması və ədalətli qərarın qəbul edilməsi üçün məhkəmə həmin vəsatəti təmin edib təkrar ekspertiza təyin etməli idi. Lakin MPM-nin 97.1-ci maddəsini kobudcasına pozan məhkəmə bunu etməmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
21. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
24. Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
26. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
27. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
28. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
29. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
30. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
31. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
37. Belə ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı X1 rayon X11 X12 üzrə 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmr ilə ona fərdi ev tikmək üçün ayrılmış 0,08 ha torpaq sahəsi ilə Cavabdeh məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyünü bildirərək Cavabdeh adına həmin torpaq sahəsinə dair verilmiş KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tələbinin hüquqi əsaslarını sübut edə bilməmiş, iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, mübahisələndirilən şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. İddia tələbini təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyildir. Ona görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə çıxarışın etibarsız hesab edilməsidir.
39. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).
40. Qeyd edilən qərarın 17-ci bəndinəd əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
41. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
42. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
43. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
44. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
45. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
46. "İnzibati icraat haqqında" Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 47 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
48. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrvə inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 49.Göründüyü kimi, iddiaçı Hacıyeva X4 Qəndab Hüseyn qızının adına verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, mübahisəli torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 20 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir. Beləliklə kollegiya hesab edir ki, həmin qeydiyyatın hər hansı mülki-hüquqi əqdə əsaslanması müəyyən olunmadığından, həmçinin iddiaçı tərəfindən hər hansı mülki-hüquqi əqd mübahisələndirilmədiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
50. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə inzibati xarakter daşıyır və birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblərinə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.
52. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
53. Həmin Məcəllənin 261.0, 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir:
54. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Qeyd edilən normaya əsasən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 manat iddiaçıdan tutulmalıdır.
57. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-29/2023 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli, ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 manat iddiaçıdan tutulmalıdır.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-29/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.