Məhkəmə qərarları › İş №2(105)-1924/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1924/2021

26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1924/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(060)-4112/2021 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) İddiaçı cavabdeh xxxx KB ASC-yə və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə İddiaçı vəkili Vəkil iddianı təmin etmə barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəkil qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh xxxx KB ASC-yə və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsiz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında Y-490 nömrəli, 07 dekabr 2018-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddianın təmin edilməsi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş mənzil hərraca çıxarılmış, ona görədə hərracın nəticələrinin etibarsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə qətnamə çıxarılanadək İddiaçı ilə bağlı iş üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi Vəkil Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının vəkilinin izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin bütün fiziki şəxslər üçün məcburi olması, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılaraq satılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçının vəkili Vəkil tərəfindən mübahisələndirilmiş, Sumqayıt şəhər məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçının nümayəndəsi iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iş üzrə bütün icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş mənzil hərraca çıxarılmış və satılmış, bu səbəbdən iddianın təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi üçün heç bir səbəb olmadığından, ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2021-ci il tarixli və onunla bağlı 06 may 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar