Məhkəmə qərarları › İş №2(105)-1925/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1925/2021

12.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1925/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X17 Tağızadənin sədrliyi və məruzəsi, X7 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Cavabdeh və Cavabdeh4 nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X4, Nümayəndə və Cavabdeh7 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə və Cavabdeh7 Allhverdi oğluna qarşı cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddiaçının həmin mənzilə köçürülməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X5 (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25də yerləşən 11 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25də yerləşən 11 saylı mənzil 3 otaqdan ibarətdir. Mənzilin kirayəçisi X8 olmuşdur. O, A.Məhərrəmovla 10.09.2004-cü ildə nikaha daxil olmuşdur və həmin mənzildə yaşamışdır. A.Məhərrəmov 17.07.2009-cu ildə vəfat etmişdir. Lakin, hələ də mənzilin kirayə müqaviləsi A.Məhərrəmovun adınadır. Cavabdehlərdən Cavabdeh1 Allahverdi Məhərrəmovun gəlini, Feyruz, Fəridə, Leyla və Aydan isə onun nəvələridir. Cavabdeh1 və onun oğlu Feyruz 2008-ci ildən həmin evi tərk edərək Corat qəsəbəsində yaşayırlar. Cavabdeh5 ailə həyatı qurmuş və Abşerona gəlin köçmüşdür. Cavabdeh2 isə xarici ölkəyə gəlin köçmüşdür. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları onun hüquqlarının pozulmasına səbəb olur. Mənzilin bir otağı ona verilsə də, cavabdehlərin yaratdığı məhdudiyyətlər ona hüquqlarını həyata keçirməyə imkan vermir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Nümayəndə və Cavabdeh7 iş üzrə cavabdeh kimi cəlb edilmələri, ilkin iddia tələbi ilə yanaşı onun mübahisəli mənzilin istifadəsində olan 17,3 kv.metr sahəsi olan otağına köçürülməsi, mənzilin çöl giriş-çıxış qapısının açarının cavabdehlərdən alınaraq ona verilməsi, mənzilin kommunal sahələrindən istifadəsinə cavabdehlər tərəfindən qoyulmuş məhdudiyyətin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisəsi gedən ərəfədə mənzildə yaşayan cavabdehlər onu mənzilə buraxmamış, mənzilin çöl giriş-çıxış qapısının açarını dəyişmiş, onun mənzildə kommunal xitmət sahələrindən istifadə etməyinə imkan vermirlər. Məhkəmə 17 ildən artıq bir müddətdə yaşadığı və məhkəmə qətnaməsinə əsasən istifadə hüququnun tanındıgı, qeydiyyatda olduğu mənzillə bağlı qaldırmış olduğu iddia tələbləri ilə bağlı yekunda belə bir qənaətə gəlmişdir ki, onun artıq bu mənzilə hər hansı bir hüquqları yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib, onun Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və digər iddia tələblərinin bütünlüklə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və Cavabdeh4 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehlərin mübahisəli mənzildən köçüb getməsinin sübuta yetirə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzildə qeydiyyatdadır. İşə əlavə olan 18.12.1969-cu il tarixli, 10/516 saylı orderə əsasən Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzil Cavabdeh5 verilmişdir. Orderdə icarədarın ailə üzvləri kimi onun həyat yoldaşı, üç oğlu və bir qızı göstərilmişdir. İşdə olan 9 saylı Mənzil Kommunal Sahəsinin 31.05.2020-ci il tarixli, 792 saylı arayışında göstərilmişdir ki, mübahisəli mənzildə iddiaçı ilə yanaşı cavabdehlər də qeydiyyatdadırlar. Mənzil dövlət fonduna aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışları ilə cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olduqları müəyyən edilir. İş materiallarında olan nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə A.Məhərrəmov arasında nikah 10.09.2004-cü ildə bağlanmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən A.Məhərrəmov 17.07.2009-cu ildə vəfat etmişdir. İşə əlavə olan 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X11, əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yaşayan şəxslər X13 və X9 tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş 01.06.2020-ci il tarixli aktda göstərilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş Sumqayıt XDS İcraiyyə Komitəsinin 14.11.1969-cu il tarixli iclas protokolundan çıxarışa əsasən müəyyən edilir ki, mübahisəli mənzil həmin tarixli qərarla 6 nəfərlik ailə tərkibinə əsasən Cavabdeh5 verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi, mübahisəli mənzil 1969-cu ildə order əsasında Cavabdeh5 verilmişdir. Mənzil hələ də dövlət fonduna aiddir. İddiaçı 2004-cü ildə A.Məhərrəmovla nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Bu səbəbdən hazırkı mübahisəyə icarə münasibətlərinin tənzimləndiyi 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi, iddiaçı 2004-cü ildə A.Məhərrəmovla nikaha daxil olaraq icarədarın ailə üzvü kimi mübahisəli istifadə hüququ əldə etmişdir. Hazırkı iş üzrə cavabdehlər A.Məhərrəmovun uşaqları, nəvələri və gəlinidir. Eyni zamanda mübahisəli mənzilin Cavabdeh5 verilməsi haqqında orderdə cavabdehlər Nümayəndə və Cavabdeh7 adları da icarədarın ailə üzvləri kimi qeyd edilmişdir. Yəni, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları vardır. Məhkəməyə təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(105)-529/2021 saylı qətnamənin surətindən görünür ki, cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 fevral 2011-ji il tarixli 2(060)-1225/2011 saylı qətnaməsi ləğv edilməsi, iddiaçı Cavabdeh7 javabdeh Nümayəndə, X2, Cavabdeh1 Zabişah qızına, Məhərrəmova İradə Soltan qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 Füzuli oğluna, X3 və maraqlı tərəf Sumqayıt şəhər İjra Hakimiyyətinin mənzilillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı kirayə müqaviləsinin dəyişdirilərək orderin onun adına verilməsi tələbinə dair iddiasının təmin edilməsi, Sumqayıt şəhəri, 9-ju mikrorayon, 7/25 saylı evin, 11 saylı mənzilinə dair kirayə müqaviləsi Cavabdeh7 adına bağlanılması qət edilmişdir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, İddiaçı hazırda mübahisəli mənzildə yaşayır və onun orada yaşamasına heç kim maneçilik törətmir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzillə bağlı hər hansı hüquqa malik olmadığı üçün onun həmin mənzillə bağlı iddia qaldırmaq hüququ da yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli 2(060)-303/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar