Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1926/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 QSC-nə və «xxxx» MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh3 QSC-i tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105-də yerləşən «Sevinc» İKF-na məxsus qeyri-yaşayış binasının boşaldılmasının dayandırılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 QSC-nə və «xxxx» MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2019-cu il tarixli Y-198, 198/1, 198/3 nömrəli hərracın nəticələri haqqında protokolların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105-də yerləşən «Sevinc» İKF-na məxsus qeyriyaşayış binasının boşaldılmasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 QSC-nin nümayəndəsi Ş.Sadıqov şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(105)-1319/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi tərəfindən ipoteka predmeti olan əmlakların açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən hərrac prosesləri həyata keçirilmiş, əmlaklar satılmadığından yekunda ipoteka saxlayan Cavabdeh3 QSC-ə təklif edilmişdir. Cavabdeh3 QSC-i tərəfindən təklif qəbul edilmiş və ipoteka predmeti olan əmlakların borcun müəyyən hissəsinin qarşılıgında mülkiyyətə qəbul edilməsinə razılıq vermişdir. Hazırda həmin əmlaklar Bankın mülkiyyətindədir. Hazırkı iddianın təmini tədbirinin məqsədi gələcəkdə qəbul olunacaq qətnamənin icrasını təmin etmək məqsədi daşımır. Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(060)-4362/2021 saylı qərardadının ləğv olunması və iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi H.S.Dadaşova şikayətin dəlilləri ilə razılaşmayıb, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını nəzərə alıb, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3 QSC-nin, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və «xxxx» MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadagan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uygun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası, hazırkı iş üzrə iddia tələbi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi. 105-də yerləşən «Sevinc» İKF-na məxsus qeyri-yaşayış binası ilə bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə olduğundan, qətnamənin gələcəkdə icrasını təmin etmək üçün həmin yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılmasının dayandırılması barədə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə zərurət olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, mübahisəli yaşayış və qeyriyaşayış sahələrinin boşaldılaraq özgəninkiləşdirilməsi imkanları mövcuddur, bu imkanların qarşısı alınmayacağı təqdirdə isə gələcəkdə qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 398.0, 398.0.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh3 QSC-nin nümayəndəsi X3 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 27 aprel 2021-ci il tarixli 2(060)-4362/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1926/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1926/2021
24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver