Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1927/2022 25.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 1616.65 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1646.65 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, X1 istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə 165.6 (yüz altmış beş manat altmış qəpik) manat məbləğində dəymiş ziyanın, 18.70 (on səkkiz manat yetmiş qəpik) manat debitor borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 214,30 (iki yüz on dörd manat otuz qəpik) manat məbləğində pul vəsaitinin X3 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Mülki iş üzrə İddiaçı Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1841/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1841/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan, İddiaçı Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1841/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(012)-1841/2021 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilmiş və qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)- 1841/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(105)-631/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilmədiyindən qeyri-mümkün hesab edilmişdir (hakimlər Lətifə Məmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə). Abşeron Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(012)-1841/2021 nömrəli qərardadına əsasən İddiaçı Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı yenidən elektron kabinet vasitəsi ilə qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirdikləri qətnamə hüquqlarının pozulmasına səbəb olmuş, hal-hazırda apellyasiya şikayətinin verilməsi ilə bağlı nöqsanlar aradan qalxmış, yəni apellyasiya şikayəti və ona qoşma edilmiş sənədlər elektron kabinetə yerləşdirilmişdir.Bunları nəzərə alaraq məhkəmədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Bundan əvvəl qətnamədə apellyasiya şikayəti verilməsi müddətinin bərpası isə onunla əsaslandırılmışdır ki, bildiyiniz kimi “ Azəriqaz” İB-nin məhkəmələrdə həm iddiaçı kimi, həm də cavabdeh kimi iştirak etdiyi mülki işlərin sayı yetərincə çoxdur.Elə işlərinin çoxluğu səbəbindən mübahisələndirdikləri qətnamədən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır . İddiaçı Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə bundan əvvəl göndərilmiş, digər tərəfdən apellyasiya şikayətinin yuxarı instansiya məhkəməsinə göndərilməməsinə əsas olmuş hallar aradan qaldırılmışdır.Buna görə məhkəmə əsassız yerə İddiaçı İB-nin ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına əsaslanan qərardad qəbul edərək müddətin bərpasından imtina etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2(105)-1927/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi qətnamədən apelyasiya şikayətinin tərtibatı zamanı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilərək mövcud qüsurların aradan qaldırıldığını və bu halın məhkəmə tərəfindən üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etsə də, məhkəmə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin hər kəsə bəlli olduğunu və eyni zamanda iddiaçının nümayəndəsinin hüquqşünas olduğunu, qanunu bilməməyin məsuliyyətdən azad edən hal olmadığını nəzərə alaraq, ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsinə əsas olmamışdır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadı ilə iddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin çoxluğu müddətin bərpa olunmasına əsas vermir və bu üzrlü səbəb hesab oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı X3 şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(012)-1841/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1927/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1927/2022
25.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver