Məhkəmə qərarları › İş №2(105)-1931/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1931/2022

26.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1931/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, Cavabdehin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən evə adi qaz sayğacına (abonent kodu **********20220) dair xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 5767.2 manat cərimə borcunun 1922,40 manat müəyyən edilməsi, cərimənin qalan məbləği 3844,8 manat hissəsinin silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 50 manatın tutulub dövlət hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* №-li əsasında ona əsassız olaraq hesablanmış 5767.20 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Görədil kəndində yerləşən 39 saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Həmin evə dair **********20220 nömrəli abonent kodu da onun adına qeydiyyata alınmışdır. Həmin ünvanda yaşadığı dövrdə qaz pulunun ödənişi ilə əlaqədar heç bir problem olmamışdır. Belə ki, həmişə ödəniş qaz kartına yüklənmiş və oradan da istifadə edilmişdir. O, yaxınlarda karta pul yükləmək istədikdə, ödənilmiş pulun müəyyən hissəsinin cəriməyə çıxıldığını müəyyən etmiş və qaz idarəsinə müraciət etdikdə, ona xx.xx.2020-ci il tarixli akta əsasən 5767.20 manat cərimə yazıldığı bildirilmişdir. Bundan sonra Cavabdeh İB-yə vəkil sorğusu göndərilmiş və müvafiq sənədlər əldə edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:30-da abonentin mənzilinə baxış keçirilmiş, qeyri-qanuni birləşmədən istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. O, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt ilə 5767.20 manat dəymiş ziyanın onun tərəfindən ödənilməsi ilə razı deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cərimə borcunu tam silməli idi. Məhkəmə qətnaməsində düzgün olaraq 5767,2 manat cərimə məbləğinin adekvat olmadıgı qeyd edilir. Lakin heç bir əsaslandırma aparılmadan onun 1/3 hissəsini təşkil edən 1922,40 manat hissəsi saxlanılmışdır. Məhkəmə tərəfindən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının qanununu tam tətbiq etməmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilərək 5767 manat 20 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin qismən ləğv edilməsinə əsassızdır. Məhkəmə cərimə borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmiş və beləliklə də qanunsuz qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(012)- 2740/2022 nömrəli qətnaməsini qismən təmin edilən hissəsində ləğv edilməsinə və iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Z.R.Qurbanov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qismən qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 0.8 m3/saat x 24saat x 270 gün = 10368 m3, 2.6 m3/saat x 24 saat x 270 gün = 19440 m3, 4.3m3x24 saat x270 gün=27864m3 olmaqla, cəmi 57672 m3 (5767.2 manat) əlavə ödəniş hesablanmışdır. İşə əlavə olan xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********20220 olan ünvan üzrə xx.xx.2020-ci il tarixli akt əsasında 5767.2 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 0.8 m3/saat x 24saat x 270 gün = 10368 m3, 2.6 m3/saat x 24 saat x 270 gün = 19440 m3, 4.3m3x24 saat x270 gün=27864m3 olmaqla, cəmi 57672 m3 (5767.2 manat) əlavə ödəniş hesablanmışdır.Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********20220 olan ünvan üzrə xx.xx.2020-ci il tarixli akt əsasında 5767.2 manat borc hesablanmışdır. Abonentin saldosundan müəyyən edilir ki, 2020-ci ilin akt tərtib edilənədək və ondan sonrakı dövrdə qanunsuz istifadə halı aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisə olunan və silinməsi xahiş olunan məbləğ təbii qazdan qeyri-qanuni istifadə nəticəsində Birliyə dəymiş ziyandır. Məhkəmə tələb olunan cərimənin adekvat hesab etməməklə, cərimənin 1/3 hissəsini təşkil edən 1922,40 manat hesablanmaqla düzgün qərara gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 640 (altı yüz qırx) manat pul ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin tərəfindən apellyasiya şikayətində qətnamənin ləğvi üçün heç bir əsas olmadıgını nəzərə alıb, şikayətdə göstərilən dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 07 iyun 2022-ci il tarixli e-2(012)- 2740/2022 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən evə adi qaz sayğacına (abonent kodu **********20220) dair xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 5767.2 manat cərimə borcu 640 manat müəyyən edilsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 50 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar