Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1941/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı CavabdehSC-yə qarşı borcun siilinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(060)-3525/2022 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(060)-3525/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən ünvan 1-ya aid 150782 abonent koduna hesablanmış 1469.25 manat borcun silinməsi və iddianın verilməsinə görə ödənilmiş 34.69 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.(hakim Ə.Ələkbərov) Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(060)-3525/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1469.25 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1995-ci ilin avqust ayından xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvan 2otariat Kontorunda dövlət notariusu kimi fəaliyyət göstərmişdir. xx.xx.2019-cu tarixdə təqaüdə çıxmışdır. Notarius kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 150782 saylı müqavilə bağlanmışdır. Həmin dövr ərzində ünvan 2otariat Kontoruna sudan istifadəyə və tullantı sularının axıdılması xidmətlərinə görə hesablanmış pul vaxtı-vaxtında ödənilmiş və kontorun qeyd edilən xidmətlərlə bağlı borcu olmamışdır. ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğundan 2021-ci ilin may ayında həmin ünvana aid su sayğacını öz adına keçirmək üçün "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinə müraciət etdikdə ünvan 2otariat Kontoruna 1610.40 manat məbləğində borc hesablandığından xəbər tutmuşdur. Belə ki, "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi əməkdaşları tərəfindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 5 ünvanında sudan qeyri-qanuni istifadə faktı aşkarlanaraq MXD-09650 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən hesablanmış 1610.40 manat məbləğində borc hal-hazırkı vaxtadək tam ödənilməmişdir və xx.xx.2021-ci il tarixə 1469.25 manat borc qalmışdır. Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru və onun fəaliyyət göstərdiyi ünvan 2otariat Kontorunun su təchizatı bir müqavilə ilə tənzimləndiyindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoruna hesablanmış qeyd olunan borc əsassız olaraq ünvan 2otariat Kontoruna da hesablanmışdır. ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 6 ünvanı xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hal-hazırda Notariat Kontoru fəaliyyət göstərmir. Əsassız borcun hesablanması ilə əlaqədar olaraq ona məxsus mənzilin su təchizatı dayandırılmışdır. Bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları tam, hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 5 ünvanına baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli, MXD- 09650 saylı akt tərtib edilmişdir. Akta əsasən 1610 manat dəymiş ziyan hesablanmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Həmin Qanunun 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. İşin faktiki hallarından göründüyü kimi sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulma edilərək sudan qeyri-qanuni istifadə edilmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 1469,25 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmişdir. İş üzrə sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında şikayətin dəlillərini qəbul etmədiyini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 35/12 saylı evin 16 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan xx.xx.2013-cü il tarixli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 150782 №-li müqavilədən görünür ki, ünvan 2otariat Kontoruna su sayğacı quraşdırılmışdır. Yenə də iş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 150782 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2018ci il tarixli, MXD-09650 saylı akt tərtib olunmuş, ünvan 8 ünvanına 1610 manat məbləğində dəymiz ziyan hesablanmış və hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc sayğac göstəriciləri 74 və 144 m3 olmaqla 1469.25 manat təşkil edir. İşə əlavə edilmiş Sumqayıt Sukanal İdarəsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, MXD09650 saylı aktından görünür ki, aparılan araşdırma zamanı 2 saylı Dövlət Notariat Kontorunda sayğacdan keçməyən d=15 mm-lik su xəttindən qeyri-qanuni istifadə edilir. Həmin akt əsasında ünvan 9 ünvanına 1610.40 manat məbləğində dəymiz ziyan hesablanmışdır. İşə əlavə edilmiş Abonent kartından görünür ki, ünvan 9 ünvanına 1469.25 manat borc hesablanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(060)-3525/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı, 1995-ci ilin avqust ayından xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvan 2otariat Kontorunda dövlət notariusu kimi fəaliyyət göstərmişdir. xx.xx.2019-cu tarixdə təqaüdə çıxmışdır. Notarius kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 150782 saylı müqavilə bağlanmışdır. Həmin dövr ərzində ünvan 2otariat Kontoruna sudan istifadəyə və tullantı sularının axıdılması xidmətlərinə görə hesablanmış pul vaxtı-vaxtında ödənilmiş və kontorun qeyd edilən xidmətlərlə bağlı borcu olmamışdır. ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğundan 2021-ci ilin may ayında həmin ünvana aid su sayğacını öz adına keçirmək üçün "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinə müraciət etdikdə ünvan 2otariat Kontoruna 1610.40 manat məbləğində borc hesablandığından xəbər tutmuşdur. Belə ki, "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi əməkdaşları tərəfindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 5 ünvanında sudan qeyri-qanuni istifadə faktı aşkarlanaraq MXD-09650 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən hesablanmış 1610.40 manat məbləğində borc hal-hazırkı vaxtadək tam ödənilməmişdir və xx.xx.2021-ci il tarixə 1469.25 manat borc qalmışdır. Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru və onun fəaliyyət göstərdiyi ünvan 2otariat Kontorunun su təchizatı bir müqavilə ilə tənzimləndiyindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoruna hesablanmış qeyd olunan borc əsassız olaraq ünvan 2otariat Kontoruna da hesablanmışdır. İddiaçı yaranmış mübahisənin həlli məqsədi ilə hazırkı iddia tələbi məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən mübahisə yuxarıda qeyd olunan formada həll edilmişdir, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 5.1.5-ci bəndinə əsasən istehlakçıların verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüquqları vardır. Eyni Qaydaların 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Daha öncə də qeyd olunduğu kimi, Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru və iddiaçının fəaliyyət göstərdiyi ünvan 2otariat Kontorunun su təchizatı eyni bir müqavilə (xx.xx.2013-cü il tarixli, 150782 saylı müqavilə) ilə tənzimləndiyindən cavabdeh müəssisə tərəfindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoruna su sərfiyyatına görə hesablanmış 1469.25 manat borc, eyni zamanda ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 3 ünvanına da hesablanmışdır. Belə olan halda hazırkı iş üzrə iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi suyun və xidmətlərin dəyərini ödəmək öhdəliyini daşımır. Bu səbəbdən də apellyasiya kollegiyası hesab edir ki, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış 1469.25 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(060)-3525/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinə əsasən apelyasiya şikayəti təmin edilmədiyi üçün apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 17.35, manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti 5 min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(060)-3525/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 17.35 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1941/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1941/2022
27.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver