Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1944/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili X11, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz sayılması” tələbinə dair ilk, Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “cərimənin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin olunmuş, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli, AB04M25 saylı yaşayış evinin alğı-satqı müqaviləsinin birtərəfli qaydada MTK tərəfindən ləğv edilməsinin qanunsuz hesab edilməsi, tərəflər arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli, AB04M25 saylı yaşayış evinin alğı-satqı müqaviləsinin bərpa edilməsi, həmin müqavilə üzrə ödənilmiş qalan 9786 manat məbləğində qalıq pulunun İddiaçı tərəfindən bir dəfəyə tam olaraq “Cavabdeh» MTK-ya ödənilməklə, Cavabdeh MTK-ya məxsus yaşayış kompleksində inşa edilməklə olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzilin MTK tərəfindən İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməsi, Cavabdeh MTK-dan 10 manat məbləğində dövlət rüsumuna görə pulun alınıb dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı borcunu birdəfəyə tam ödənilməklə mənzilin ona təhvil verilməsi barədə ilkin iddiasının rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və 60656,7 (altmış min altı yüz əlli altı manat yetmiş qəpik ) manat məbləğində cərimənin İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmasının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli AB04M25 saylı yaşayış evinin alğı-satqı müqaviləsinə əsasən onun tərəfindən 9786 manat məbləğində qalıq pul tam ödənilməklə Cavabdeh MTK-ya məxsus yaşayış kompleksində inşa edilməkdə olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı - Şamaxı yolunun 14-cü km-də yerləşən 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzilin MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh MTK ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli AB04M25 saylı yaşayış evinin alqı-satqı müqaviləsinın MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, onun tərəfindən 9786 manat məbləğində tam ödənilməklə Cavabdeh MTK-ya məxsus yaşayış kompleksində inşa edilməklə olan 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzilin MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh MTK İddiaçı qarşı cərimənin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin rədd edilməsi, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli, AB04M25 saylı yaşayış evinin alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə 60656,7 manat məbləğində cərimənin İddiaçı alınaraq MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı (Payçı) ilə Cavabdeh MMC (Satıcı) arasında evin alqı-satqısı haqqında xx xxxxxx 2015-ci il tarixdə AB04M25 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Payçı almaq istədiyi əmlakın dəyəri 38076 (otuz səkkiz min yetmiş altı) manat olmuşdur. Müqaviləyə əsasən Payçı həmin məbləğin 2800 (iki min səkkiz yüz) manat məbləğini nəğd şəklində lini əvvəlcədən, qalan 35276 (otuz beş min iki yüz yetmiş altı) manatını isə hissə-hissə olmaqla 36 ay müddətinə ödəməli idi. Lakin, iddiaçı müqavilə əsasında almaq istədiyi mənzilin müqavilə üzrə ödəməli olduğu dəyərini tam ödəməmiş, müqavilədə nəzərdə tutulmuş ödəniş qaydasına (müddət və məbləğə) riayət etməmişidir. Belə ki, iddia ərizəsində etdiyi etiraf, həm də işdə olan maliyyə arayışlarından göründüyü kimi, iddiaçı cəmi 28290 (iyirmi səkkiz min iki yüz doxsan) manat pul ödəmiş və onun 9786.00 (doqquz min yeddi yüz səksən altı) manat borcı qalmışdı. Qeyd edilən məbləğdə borcu qaldığını və ödənişi dayandırdığını iddiaçı öz ərizəsində etiraf etmişidir. Məhkəmə qətnaməsinin bir abzasdan ibarət olan əsaslandırıcı hissəsində göstərmişdir ki, “iş materiallarından göründüyü kimi, müqavilə üzrə ödənişlərini müəyyən gecikmələrlə xx.xx.2018-ci il tarixədək aparmış, həmin tarixə ödənilməmiş 9876 manat qalıq borcu qalır ki, iddiaçı həmin məbləği tam olaraq hazırda ödəmək niyyətindədir. Ödənişlərin gecikmə səbəbini tikintinin fasiləsiz aparılmaması və hal-hazırda da tam başa çatmaması, yəni iddiaçının cavabdehə güvənsizliyi olmuşdur. Halbuki tərəflər arasında bağlanan müqavilədə mənzilin təhvil verilməsi vaxtı göstərilməsə də, ödəniş cədvəlinə əsasən son müddət xx.xx.2018-ci il tarix müəyyən edilmişdir. O, halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin birtərəfli qaydada ləğv edilməsi ədalətlilik baxımından da tərəflərin qarşılıqlı vəziyyətinə uyğun deyildir. Belə ki, iddiaçı və onun əri məcburi köçkün, birinci qrup gözdən əlildir”. Bununla əlaqədar onu qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin payçının hüquqları qeyd edilmiş hissəsinin 3.2.1.1-ci bəndinə əsasən payçı (İddiaçı) müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödədikdən sonra istifadəyə verilmiş əmlakın ona verilməsini “satıcıdan” tələb edə bilərdi. Həmin müqavilənin “Payçının” vəzifələri qeyd edilmiş 3.2.2.1-ci maddəsinə əsasən “Payçı” müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş vaxtda və müəyyən edilmiş şərtlərlə ödəniş etməlidir. Müqavilənin 3.2.2.4-cü bəndinə əsasən “Payçı” müqavilə ilə razılaşdırılmış məbləği vaxtında, müqavilədə nəzərdə tutulmuş müddətdə və “satıcı” tərəfindən tərtib olunmuş cədvəl üzrə hər ay müəyyənləşdirilmiş ödənişləri ödəməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Payçı” müqavilənin 2.1-ci bəndində göstərilən məbləği 2800,00 (iki min səkkiz yüz manat 00 qəpik) AZN məbləğində hissəsini nəğd şəkildə əvvəlcədən, qalan 35276,00 (otuz beş min iki yüz yetmiş altı manat 00 qəpik) AZN məbləği isə hissə-hissə olmaqla 36 (otuz altı) ay müddətinə hər ayın 30-na kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəyir. Onu da qeyd etmişdir ki, tərəflər arasında müqavilə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış və bu zaman İddiaçı mənzilin dəyərinə görə qalan 35276 manat pulun ödənilməsi üçün cədvəl təqdim edilmişdir. Həmin cədvəldən də göründüyü kimi, İddiaçı həmin pulu 36 ay müddətinə ödəməliydi və həmin ödəniş son günü xx.xx.2018-ci ildə olmuşdur. Beləliklə, həmin müqavilənin şərtlərindən də göründüyü kimi, məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etdiyi “Ödənişlərin gecikmə səbəbini tikintinin fasiləsiz aparılmaması və hal-hazırda da tam başa çatmamasını, yəni iddiaçının cavabdehə güvənsizliyi olmuşdur” barədə nəticə əsassızdır. Məhkəmə bunu qeyd etsə də, bunu sübut edəcək heç bir dəlilə istinad etməmiş, belə bir nəticəyə nəyin əsasında gəldiyini qətnaməsində qeyd etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh MMC tərəfindən bağlanmış müqavilənin predmeti olan mənzilin yerləşdiyi binanın tikilib-tikilməməsi mübahisə predmeti olmamış, həmin hal iddiaçının iddia ərizəsində göstərilməmiş, tərəflərdən heç biri həmin müqavilənin predmeti olan mənzilin yerləşdiyi binanın tikilib-tikilməməsi, istismara yararlı olub-olmamasını qeyd etməmiş, həmin hal məhkəmə araşdırması zamanı araşdırılmamışdır. İddiaçı tərəfindən həm verilən iddia ərizəsində, həm də məhkəmə prosesində bildirmişdir ki, o “xx xxx 2018-ci il tarixə qədər vaxtlı-vaxtında aylıq ödənişləri etmiş, qalıq olaraq 9786 manat məbləğində borcu qalmış, lakin cavabdeh tərəf tikinti işlərini başa çatdıraraq mənzili ona təhvil verməyi öhdəsinə götürsə də təhvil verməmişdir”. Göründüyü kimi, iddiaçı ancaq mənzilin ona təhvil verilməməsini tələbində irəli sürmüşdür. Həmçinin işdə olan maliyyə arayışlarından da göründüyü kimi İddiaçı tərəfindən ödənilməli olan ödənişlər vaxtlı-vaxtında edilməmiş, müqaviləyə əlavə edilmiş qrafikdə qeyd edilən müddətlərə riayət edilməmiş, etdikləri ödənişlər arasında hər dəfə uzun müddətli fasilələr olmuşdur. Əgər onun almaq istədiyi mənzilin yerləşdiyi binada tikinti işləri getməsəydi o həmin ödənişləri ümumiyyətlə etməzdi. Həmçinin onu da qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixində saat 10-da keçirilən məhkəmə prosesi zamanı İddiaçı özünün həyat yoldaşı X6 şahid qismində dəvət etdikdə, onlar məhkəmə zalında olduğuna görə onun şahid qismində dindirilməsinə etiraz etmişlər və məhz bu səbəbdən hakim onu dindirməmişdir. Lakin, həmin iş üzrə xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı hakim, prosessual pozuntuya yol verərək onların etirazına məhəl qoymayaraq təkrarən onu şahid qismində dəvət etmiş və dindirmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(102)293/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı borcunu birdəfəyə tam ödənilməklə mənzilin ona təhvil verilməsi barədə ilkin iddiasının rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və 60656,7 (altmış min altı yüz əlli altı manat yetmiş qəpik ) manat məbləğində cərimənin İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmasının təmin edilməsini xahiş etmişdir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X7 apelyasiya şikayətini müdafiə edib,şikayətin dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı tərəf ilk vaxtlardan müqavilə üzrə öhdəliklərini pozmağa başlayıb. Birinci ay xx.xx.2016-cı ildə 980 AZN ödəyib, sonra iki-üç ay ödəniş etməyib, xx.xx.2016-cı ildə də 980 AZN ödəyir, sonra yenə ödəniş etməmişdir. Sonuncu dəfə ödəniş xx.xx.2018ci il tarixdə olub. Tərəfin öhdəliyini icra etmədiyi ilk vaxtlarda müqaviləni birtərəli qaydada ləğv etməmələrinin səbəbi onun məcburi köçkün olması olub. Həmin ev hazırki gündə də satılmayıb. Binada 2017-ci ildən yaşayış var. İddiaçı tərəfin istinad etdiyi məktubu MTKnın əməkdaşı saxtalaşdırıb. Həmin məktub ilə apelyasiya mərhələsində tanış olmuş, bu səbəbdən məktubu saxtalaşdırmış əməkdaş barəsində hüquq mühafizə orqanlarına müraciət edə bilməmişlər. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)293/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və 60656,7 (altmış min altı yüz əlli altı manat yetmiş qəpik ) manat məbləğində cərimənin İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X11 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdiki, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli AB04M25 saylı yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməkdə olan Abşeron rayonu Hökməli qəsəbəsi, Bakı –Şamaxı yolunun 14-cü km-də yerləşən 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzili satmağı, İddiaçı həmin mənzilə görə ilkin olaraq 2800 manat pulu nağd şəkildə, qalan 35276 manat pulu hissə-hissə olmaqla 36 ay müddətinə hər ayın 30-na kimi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş çıxarışa əsasən MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməkdə olan 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı MTK-ya aylıq ödənişlərini vaxtlıvaxtında etmiş və onun MTK-ya 9786 manat borcu qalmışdır. Lakin, Cavabdeh MTK tərəfindən tikinti işləri başa çatdırılmadığından mənzil ona təhvil verilməmiş və İddiaçı Cavabdeh MTK-ya ödəməli olduğu ödənişləri dayandırmış, Cavabdeh MTK isə İddiaçı ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli AB04M25 saylı yaşayış evinin alqı-satqı müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Halbuki, Cavabdeh MTK xx xxxxxx 2015-ci il tarixli AB04M25 saylı yaşayış evinin alqısatqı müqaviləsi üzrə mübahisə predmeti olan mənzili İddiaçı təhvil verməlidir.. Cavabdeh iddiaçıya bu barədə məlumat vermədən, onun xəbəri olmadan qanunsuz olaraq birtərəfli qaydada müqaviləni pozmuşdur. Hazırki gündə cavabdeh təşkilata olan borcu bir dəfəyə ödəməyə razıdırlar Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(102)293/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli, AB04M25 saylı yaşayış evinin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə İddiaçı alınaraq MTK-nın xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi və apelyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci məhkəmə instansiyasında şahid X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun arvadıdır. O, İddiaçı ilə birlikdə Cavabdeh MTK ilə Bakı Şamaxı yolu 14-ci km, Cavabdeh MMC tərəfindən inşa ediləcək MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməklə olan 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzilə dair müqavilə bağlamışlar.MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa işlərinin dayandığını gördükdən sonra Qənbər Fətullayev adlı şəxsin yanına gedib tikintinin dayandırılması və ödənişin necə olacağını bildirəndə ona tikinti işləri başlayanda ödənişləri davam etdirə biləcəyini, lakin ödənişin gecikməsinə görə 1% cərimə məsələsini aydınlaşdırmaq istədikdə Qənbər Fətullayev cərimənin hesablanmayacağını bildirmişdir. Bundan sonra, bir neçə ay ödənişlərə fasilə verilmiş və sonradan ödənişlərə başlanılmışdır. 2018-ci ilin oktyabr ayına 3500 manat qrafikə düşməyən pul qalmış və ondan birdəfəlik ödəməyi tələb edilmişdir. O 2019-cu ilin iyul ayında 2500 manat ödəmək üçün Cavabdeh MTK yaxınlaşsa da ondan həmin pulu götürməyib müqavilənin pozulacağını bildirmişlər. İş materiallarında olan Cavabdeh X4 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli mənzilin alqısatqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən inşa ediləcək MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməklə olan Abşeron rayonu Hökməli qəsəbəsi, Bakı –Şamaxı yolunun 14-cü km-də yerləşən 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzili satmağı, İddiaçı həmin mənzilə görə ilkin olaraq 2800 manat pulu nağd şəkildə, qalan 35276 manat pulu hissə-hissə olmaqla 36 ay müddətinə hər ayın 30-na kimi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh X4 tərəfindən verilmiş Çıxarışdan müəyyən edilir ki, Bakı Şamaxı yolu 14-ci km, Cavabdeh MMC tərəfindən inşa ediləcək MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməkdə olan 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh X3 hər ay 980 manat ödəməlidir. İş materiallarında olan Cavabdeh X4 tərəfindən təsdiqlənmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı xx.xx.2015-cı il tarixdə 2800 manat, xx.xx.2016-cı il tarixdə 980 manat, xx.xx.2016-cı il tarixdə 980 manat, xx.xx.2016-cı il tarixdə 980 manat, xx.xx.2016cı il tarixdə 1200 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 700 manat, xx.xx.2017-ci il tarixdə 1100 manat, xx.xx.2017-ci il tarixdə 1700 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 2020 manat, xx.xx.2017-ci il tarixdə 1750 manat, xx.xx.2018-cı il tarixdə 1250 manat, xx.xx.2018-cı il tarixdə 2000 manat, xx.xx.2018-cı il tarixdə 1500 manat, xx.xx.2018-cı il tarixdə 1280 manat MTK-ya ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh X4 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, tərəflər müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsindən fors-major hallarda azad edilir. Mülki işin materiallarında olan Cavabdeh X1 direktorunun xx.xx.2018-ci il tarixli,48 saylı əmrindən müəyyən edilir ki, mübahisəli mənzillə bağlı İddiaçı ilə bağlanmış müqavilə müqavilə şərtləri pozulduğu üçün xx.xx.2018-ci il tarixdən etibarən birtərəfli qaydada ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə ödənişlərini müəyyən geçikmələrlə xx.xx.2018-ci il tarixədək aparmasını, həmin tarixə ödənilməmiş 9786 manat məbləğində qalıq borc qalmasını, iddiaçının həmin məbləği tam olaraq hazırda ödəmək niyyətində olmasını, ödənişlərin gecikmə səbəbinin tikintinin fasiləsiz aparılmaması və halhazırda da tam başa çatmaması, yəni iddiaçının cavabdehə güvənsizliyi olmasını, tərəflər arasında bağlanan müqavilədə mənzilin təhvil verilmə vaxtı göstərilməsə də, ödəniş cədvəlinə əsasən son müddətin xx.xx.2018-ci il tarix müəyyən edilməsini, belə olanhalda tərəflər arasında bağlanan müqavilənin birtərəfli qaydada ləğv edilməsinin ədalətlilik baxımından tərəflərin qarşılıqlı vəziyyətinə də uyğun olmamasını müəyyən edərək ilk iddianı təmin etmiş, qarşılıqlı iddia tələbini isə əsassız olduğundan təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticəni haqlı sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh X4 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli mənzilin alqısatqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən inşa ediləcək MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməklə olan Abşeron rayonu Hökməli qəsəbəsi, Bakı –Şamaxı yolunun 14-cü km-də yerləşən 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzili satmağı, İddiaçı həmin mənzilə görə ilkin olaraq 2800 manat pulu nağd şəkildə, qalan 35276 manat pulu hissə-hissə olmaqla 36 ay müddətinə hər ayın 30-na kimi ödəməyi öhdəsinə götürmüş, Cavabdeh X4 tərəfindən verilmiş Çıxarışa əsasən Bakı Şamaxı yolu 14-ci km, Cavabdeh MMC tərəfindən inşa ediləcək MTK tərəfindən özünə məxsus yaşayış kompleksində inşa edilməklə olan 4-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 109,10 kv.metr olan 25 nömrəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İş materaillarından görünür ki, iddiaçı müqavilə üzrə ödənilməli 35276 manatın gecikdirmələr olsa da xeyli hissəsini ödəmişdir. Hazırda onun 9786 manat borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçının vəkili Anar Qasımlı xx.xx.2018-ci il tarixdə cavabdeh təşkilata sorğu ünvanlayaraq müqavilə əsasında iddiaçı tərəfindən ödənişlərin qəbul edilməməsinin səbəbi barədə, habelə iddiaçının hansı məbləğdə borcu olması barədə, mənzilin yerləşdiyi binanın hazırki günədək nə üçün təhvil verilməməsi, eləcə də nə vaxt təhvil veriləcəyi barədə arayış verilməsini xahiş etmişdir. İş materiallarından olan cavabdeh təşkilat Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli,10 saylı məktubundan görünür ki, İddiaçı müqavilə üzrə ödənişləri etməməsinə görə həmin mənzilin satışına dair müqaviləyə birtərəfli xitam verilmişdir. Vətəndaş İddiaçı müqavilə üzrə 5870 manat borcu vardır. Hazırda 4 saylı bina tamamlanmaq üzrədir. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 48 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə, müqavilə şərtləri pozulduğuna görə xx.xx.2018-ci il tarixdən etibarən bir tərəfli ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə dair əmr, iddiaçının vəkili tərəfindən cavabdeh təşkilata ünvanlanmış sorğudan sonra, daha dəqiq sorğuya cavab yazıldığı xx.xx.2018-ci il tarixdə baş vermişdir ki, məhkəmə kollegiyası qeyd edilən əmrin, yəni müqavilənin bir tərəfli qaydada ləğv edilməsini əsaslı saymir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinin pozulması qeyd edilsə də iddiaçının vəkili tərəfindən xx.xx.2018-ci il tarixdə sorğu verilməzdən əvvəl müqavilənin ləğvi ilə bağlı hər hansı hərəkət aparılmamış, həmin dövrə qədər xx.xx.2016-cı il tarixdə 980 manat, xx.xx.2016-cı il tarixdə 980 manat, xx.xx.2016-cı il tarixdə 980 manat, xx.xx.2016-cı il tarixdə 1200 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 700 manat, xx.xx.2017ci il tarixdə 1100 manat, xx.xx.2017-ci il tarixdə 1700 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 2020 manat, xx.xx.2017-ci il tarixdə 1750 manat, xx.xx.2018-cı il tarixdə 1250 manat, xx.xx.2018-cı il tarixdə 2000 manat, xx.xx.2018-cı il tarixdə 1500 manat, xx.xx.2018-cı il tarixdə 1280 manat ödəniş cavabdeh təşkilat tərəfindən qəbul edilmiş və Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli,10 saylı məktubuna əsasən həmin tarixə iddiaçının 5870 manat borcu qalmışdır. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən müqavilə xx.xx.2018-ci ildə birtərəfli qaydada ləğv edilərkən iddiaçı tərəfindən ödənişlərin edilməməsi göstərilsə də bu fakt yuxarıda göstərilən tarixlərdə ödənişlər edildiyindən təkzib edilir. Eyni zamanda iddiaçının uzun müddət ödənişləri gecikdirməsi bildirilsə də, xx.xx.2018-ci iltarixədək cavbdeh təşkilat tərəfindən ödənişlərin ödənilməsi ilə bağlı hər hansı bildirişlər göndərilməmiş, yalnız iddiaçının xx.xx.2018-ci il tarixli sorğusuna xx.xx.2018-ci il tarixdə cavab yazıldıqdan sonra müqavilə bir tərəfli ləğv edilmişdir. Bundan başqa müqavilə bir tərəfli qaydada ləğv edilsə də mübahisəli mənzilə dair iddiaçının adına verilmiş və Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmiş xx.xx.2015-ci il tarixli mənzil haqqında Çıxarış aqibəti barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin cavabdeh tərəfindən bir tərəfli qaydada ləğv edilməsi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2018-ci il tarixdə MTK tərəfindən ləğv edilməsi qanunsuz və əsassız olduğundan həmin müqavilə bərpa olunmalı və müqavilə üzrə qalan ödənişlər bir dəfəyə tam olaraq Cavabdeh MMC-yə ödənilməli, mübahisəli mənzil iddiaçıya təhvil verilməlidir. Qalıq borcun bir dəfəyə tam ödənilməsini iddiaçı tərəf öz izahatındada təsdiq etmişdir. Eyni zamanda mübahisəli mənzilin yerləşdiyi binanın hazırki gündə tam təhvil verilməsini cavabdehin nümayəndəsi izahatında bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun əməkdaşları tərəfindən saxtalaşdırılması barədə dəlilinə qiymət verərək qeyd edr ki, qeyd edilən məktub Cavabdeh MMC-nin direktoru Q.B.Fətullayev tərəfindən imzalanmış və imza Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC tələbində ilk iddia tələbinin təmin edilməməsini və cavabdehdən 60656,7 manat cərimə borcunun ödənilməsini xahiş etsə də, tərəflər arasında bağlanmış müqavilə üzrə İddiaçı tərəfindən mənzilin dəyəri olan 38076 manat puldan ödənilmiş 28290 manata yaxın məbləğin geri qaytarılıbqaytarılmamasına dair hər hansı tələb göstərməmiş, iddiaçı tərəfindən ödənişmiş 28290 manata yaxın məbləğin taleyi açıqda qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə haqlı olmuşdur və qətnamə ilk iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bununla yanaşı məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlnamış müqavilə şərtləri iş üzrə iddiaçı tərəfindən pozulmuş, ödənişlər müəyyən gecikmələrlə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki işdən də göründüyü kimi, iddiaçının müqavilə üzrə öhdəlikləri gecikdirdiyi üçün qarşılıqlı iddia üzrə iddiaçının İddiaçı öhdəliyin lazımınca icra edilməməsinə görə cərimə pulu almaq hüququ vardır. İş materaillarından görünürki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə cavabdeh İddiaçı 60656,7 manat cərimənin tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticədə haqlı olmamışdır. Buna görə də məhkəmə kollegiyası əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə cavabdeh İddiaçı tutulacaq cərimə məbləği 500 (beş yüz) manat müəyyən edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli, AB04M25 saylı yaşayış evinin alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə İddiaçı alınaraq MTK-nın xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə Cavabdeh MTK-nın apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “cərimənin ödənilməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2015-ci il tarixli, AB04M25 saylı yaşayış evinin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə İddiaçı alınaraq Cavabdeh MTK-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1944/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1944/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver