Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1947/2023 16.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: sayğacdan kənar qaz sərfiyyatı üzrə borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə Möhdəd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(027)-1428/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmışdır.
2. Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin Cavabdeh İB-nın qaz sayğacının yoxlanılması zamanı AKT№ MSK-14- 2-2/3-5- 4352-1 saylı 25 aprel 2023-cü il tarixli rəyinə əsasən ******* saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olduğu dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur.
3. X2 28 aprel 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 25920 m3 (6 x 24 x 180=25920 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.
4. **********04100 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 3110.40 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 3110.40 (üç min yüz on manat 40 qəpik) manat məbləğində borcun onun **********04100 saylı abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Quba rayonu Alekseyevka kəndində yerləşən evdə yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər ay istifadə etdiyi qaz sərfiyyatına görə qaz borcunu vaxtında ödəyir. İddiaçı, l-ci qrup Qarabağ müharibəsi əlilidir. Cavabdeh əməkdaşları xx.xx.2023-cü il tarixində yaşadığı ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etdilər. Sayğacın dəyişdirilməsi zamanı özü orada olmamışdır. Evdə heç kəs olmayıb. Sayğaca heç bir müdaxilə olmamışdır. Bu barədə ona əvvəlcədən məlumat verilməyib. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Onun bundan xəbəri olmamışdır. Tərtib olunmuş ziyan aktında qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu qeyd olunmuşdur. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. Qeyd edir ki, o istifadə etdiyi qaz sərfıyyatının borcunu vaxtlı-vaxtında ödəyir, qazdan borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 3110.40 (üç min yüz on manat 40 qəpik) manat cərimə borcundan xəbəri yoxdur. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini verdilər. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bildirmək istəyir ki, belə qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır. Ona görə də, hesab edir ki, ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 3110.40 (üç min yüz on manat 40 qəpik) manat borc onun **********04100 saylı abonent hesabından silinməlidir.
7. Quba Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(027)-1428/2023 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi təmin edilmiş, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilmiş və həmin tələbnaməyə əsasən hesablanmış 3110,40 manat məbləğində borcun İddiaçı **********04100 saylı abonent hesabından silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd olunmuşdur. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi qeyd olunmamışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 3110,40 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. Həmçinin qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 3110,40 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.5, 9.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İşin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Xaçmaz RQİİ-nin Quba XS-nin satış xidmətinin işçiləri 12 apre 2023-cü il tarixdə İddiaçı yaşadığı evə gələrək qaz sayğacını xətdən açaraq növbəti dövlət yoxlamasına göndərmişlər. Laboratoriyada sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, bu barədə verilmiş rəyə əsasən satış xidmətinin işçiləri tərəfindən abonent barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında müvafiq akt yazılmış, iddiaçının hesabına itirilmiş qazın bərpası üçün müvafiq dəymiş ziyan məbləği yazılmışdır. Məhkəmə isə əsassız iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin işçiləri abonent İddiaçı sayğaca müdaxilə etməklə təbii qazdan istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı qaz sayğacı həyətinin içində, hasarın daxilindədir. Başqa adamın onun qaz sayğacına müdaxilə etməsi ehtimalı yoxdur. Qaz paylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın son üç ay üçün hesabatını apararaq abonentin hesabına sayğaca müdaxiləyə görə itirilmiş qazın dəyəri hesablanaraq abonent koduna işlənilmişdir. Qaydalarda ziyan vurma müddəti sonuncu texniki baxışdan sonrakı dövr üçün və ya iddia müddəti dövründə nəzərdə tutulmuşdur. Hazırki qanunvericilikdə texniki baxışın hər üç ayda bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur. Sadalananlara əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(027)-1428/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə Möhdəd oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. Qaz sayğacına hər hansı kənar şəxslər tərəfindən müdaxilənin olub-olmamasından məlumatı yoxdur. Onun tərəfindən qaz sayğacına kənar müdaxilə edilməmişdir. Hazırda isə münahisəli ünvanda yaşayış yoxdur. İşə baxan məhkəmə əsaslı qətnamə qəbul etmişdir. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri).
16. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
17. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Quba Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(027)-1428/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “hesablanmış borcun silinməsi” hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin mahiyyətindən görünür ki, tələb üç hissədən ibarət olmaqla, sonuncu tələb “sayğaca müdaxilə nəticəsində hesablanmış borcun silinməsi” barədədir.
24. İlk iki tələb Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(105)-1947/2023 nömrəli qərardadı ilə xitam edilmişdir.
25. Ona görə də kollegiya yalnız sonuncu tələb, yəni “sayğaca müdaxilə nəticəsində hesablanmış borcun silinməsi” üzrə araşdırma aparır.
26. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı özünə məxsus evində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edir. İstehlakçı istifadə edilmiş təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtaşırı ödəmişdir.
27. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında Quba rayonu, Alekseyevka kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli qaz sayğacı çıxarılmış, həmin sayğac labarator müayinəyə göndərilmişdir. Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktında həmin qaz sayğacının yoxlanılması zamanı AKT№ MSK-14- 2- 2/3-5-4352-1 saylı 25 aprel 2023-cü il tarixli rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olduğu dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. Nəhayət sözügedən akt əsasında X2 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 25920 m3 (6 x 24 x 180=25920 manat) olaraq ödənilməsi qərara alınmış, bununla da iddiaçının abonent hesabına 3110.40 manat cərimə borcu hesablanmışdır.
28. İddiaçı hazırkı iddia tələbində qeyd olunan borc məbləğinin əsassız hesablanmasını bildirərək, öz tələbinin əsası kimi onun tərəfindən sayğaca hər hansı kənar müdaxilənin olmadığını, qazdan istifadə üzrə borcunu vaxtı-vaxtında ödədiyini hər hansı borcu olmamasını, sayğacdakı nasazlıq səbəbindən əlavə borcun hesablanmasının qanunaziddi olmasını qeyd etmiş və borcun silinməsini xahiş etmişdir. İşə baxan məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
29. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, məlum olduğu kimi mübahisəli ünvanda sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi qeyd olunmamışdır. Lakin yuxarıda qeyd olunduğu kimi daha sonra sayğac labarator yoxlamadan keçirilmiş və sayğacda əzik-cızıq izlərinin olması müəyyən edilmişdir.
30. Əvvəla sözügedən ünvanda qaz sayğacının dəyişdirilməsi barədə aktda, habelə daha sonra tərtib olunmuş aktda iddiaçının yaxud evdə yaşayan şəxslərin hər hansı birinin imzası yoxdur. Bu onu deməyə əsas verir ki, həmin aktların tərtibatında, qaz sayğacına baxış keçirilməsi zamanı iddiaçı tərəfin iştirakı təmin edilməmişdir. Həmçinin sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixdə sayğacın hansı səbəbdən dəyişdirilməsi aktda qeyd olunmamışdır. Analoji işlərdə kommunal sayğacların dəyişdirilmə səbəbləri nəticə etibarı ilə istismara yararsızlıqıla əlaqəli olsa da, bu müxtəlif səbəblərdən baş verə bilər (sayğacın plombu yaxud dəmir qutusunun kənar müdaxilə nəticəsində zədələnməsi, sayğacın hesablanma mexanizmində əks olunan texniki nasazlıq, sayğac göstəricinin mənfiyə işləməsi, yaxud işləməməsi və s). Məlum olduğu kimi qaz sayğacına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda sayğacda qüsur kimi “hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” qeyd edilmişdir ki, həmin qüsurların əvvəldən yaxud daha sonradan yaranması işin araşdırılan hallarından müəyyən edilmir.
31. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
33. Hazırkı halda sayğaca kənar hər hansı müdaxilənin iddiaçı tərəfindən edilməsi bununla bağlı aktın doğruluğunu təsdiq etmək məhz cavabdeh tərəfin üzərinə düşür.
34. Kollegiya qeyd edir ki, bu kimi mübahisələrin həllində işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
35. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
36. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “sayğaca müdaxilə nəticəsində hesablanmış borcun silinməsinə” münasibətdə maddi və prosessual hüquq normaları pozulmamış, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin mübahisələndirilən bu hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də Quba Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(027)-1428/2023 nömrəli qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanmalıdır.
38. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “sayğaca müdaxilə nəticəsində hesablanmış borcun silinməsi” hissəsində təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(027)-1428/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “hesablanmış 3110,40 manat məbləğində borcun İddiaçı **********04100 saylı abonent hesabından silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.