Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-195/2022 30.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il il tarixli, 2(027)-34/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il il tarixli, 2(027)-34/2019 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair iddia qismən təmin edilib, İddiaçı mülkiyyətində olan Quba rayonu, Aşağı Atuc kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 170 kv.metr hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilməsi və həmin 170 kv.metr hissədə Cavabdeh tərəfindən tikilmiş tikililərin Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, iş üzrə İddiaçı verilməsi, həmçinin iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il il tarixli, 2(027)-34/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(105)-69/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il il tarixli, 2(027)-34/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(102)-3740/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(105)-69/2021 saylı qətnaməsi «həmin 170 kv.m hissədə Cavabdeh tərəfindən tikilmiş tikililər Cavabdeh hesabına sökülməsinin dəyişdirilmədən saxlanması» hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektarında tikdiyi tikilinin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 06 avqust 2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən adına mülkiyyət hüququ əsasında Quba rayonu, Aşağı Atuc kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh özbaşına zəbt etməklə, orada qanunsuz tikili tikmişdir. Ona dəfələrlə qanunsuz tikintinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını təklif etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin təqsiri üzündən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin həmin ərazidə bir neçə tikili tikdiyini, bununla əlaqədar Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektarında tikdiyi tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 23 yanvar 2019-cu il il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, cavadehlə mübahisəli torpaq sahəsinə dair cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Odur ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Odur ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 07 dekabr 2018-ci il tarixli, 22880 saylı rəyin veriməsi üçün nəzərdə tutulmuş 50 (əlli) manatdır. MPM-nin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehlə aralarında razılıq əldə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməli və ekspertiza tədqiqatına xərclənmiş 50 manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Quba Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il il tarixli, 2(027)-34/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatına xərclənmiş 50 manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-195/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-195/2022
30.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver