Məhkəmə qərarları › İş №2(105)-1956/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1956/2022

24.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1956/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-859/2021 nömrəli qətnaməsindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-859/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK –hazırkı Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında Hərracların Təşkili üzrə Auksion Mərkəzində xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m. olan qeyri-yaşayış sahəsinə dair bağlanan xx.xx.2018-ci il tarixli, 4090 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri RX seriyalı, ******* №-li, 31.08. 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 tərəfindən ödənilmiş olan 15 000 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Cavabdeh1 qaytarılması, Cavabdeh1 10 manat rüsuma görə ödənilmiş pulun alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-859/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(105)-3227/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-859/2021 nömrəli qətnaməsinin Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Səyyad Qafari). Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə verərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə müraciət edərək prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-859/2021 nömrəli qərardadı ilə cavabdehin ərizəsinin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin müddətinin bərpa edilməsi və mülki iş materiallarının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-859/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə maraqlı şəxs hesab olunması, maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-859/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinə baxılması üçün mülki iş materiallarının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətlərini iş materialları ilə birgə araşdıraraq və apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən verilmiş apellyasiya şikayətləri üzrə işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Hazırki işdən görünür ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(105)-3227/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadının tələblərinə əməl etməmiş, həmin qərardadın tələbini pozaraq apellyasiya şikayətlərini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARAALİR: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar