Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1959/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı qızının CavabdehSC-yə qarşı borcun siilinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2131/2022 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2131/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küç., yataqxana 5a ünvanında yerləşən 29 saylı saylı otağa 2016-cı il tarixdən hesablanmış 206.24 (iki yüz altı manat iyirmi dörd qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim A.Behbudova) Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2131/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun adına olan **********290 saylı abunə kodu üzrə, ünvan 1 ünvanına hesablanmış 412.48 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Onunla birlikdə bu ünvanda yaşamış və qeydiyyatda olan X2 2018-ci ildə məhkəmə qərarına əsasən həbs edilmişdir. Oğlunun cəzasının sonu xx.xx.2023-cü ildə başa çatır. O, bu barədə cavabdeh təşkilata bildirmiş, rəsmi arayış da təqdim etmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat tərəfindən adam sayı hesabı aparılmaqla əlavə borc hesablanmış və nəticədə hazırda sudan istifadə ilə bağlı 412 manat məbləğində əsassız borc yaranmışdır, həmin borcun bir hissəsinin vaxtı keçmiş borc olduğu bildirilmişdir. Belə hesab edir ki, cavabdeh təşkilat tərəfindən həmin borc düzgün hesablanmamış və bu da onun əlavə ödənişlərə cəlb olunmağına xidmət etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları tam, hərtərəfli araşdırılmadan qəbul edilmişdir. “Sudan istifadə qaydalarının” 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənədi istehlakçı təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından göründüyü kimi ünvanda 1 nəfər yaşaması barədə sənəd təqdim olunmadığından 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçının belə bir sənədi su təchizatı müəssisəsinə təqdim etməsi məhkəmə tərəfindən araşdırılmamış və iddiaçı da bu halı məhkəmə də sübut edə bilməmişdir. Bununla belə məhkəmə sübuta yetirilməmiş bu faktı tanımaqla borcun qismən silinməsi barədə əsassız qətnamə qət etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, yataqxana 5a ünvanında yerləşən 29 saylı otaqda sudan istifadəyə görə 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 412.48 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.2016-cı il, sonu isə xx.xx.2023-cü ildir. X1 Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2018-ci il tarixdən cəza çəkir. Yenə işdə olan olan 01 saylı MKS tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 3683 №-li ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. X2 xx.xx.2018ci il tarixdən etibarən həmin ünvanda yaşamır. Yenə işə əlavə edilmiş Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, yataqxana 5a ünvanında yerləşən 29 saylı otaqda sudan istifadəyə görə 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 430.48 manat məbləğində borc hesablanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Onunla birlikdə bu ünvanda qeydiyyatda olan X5 da əvvəllər yaşamış, lakin 2018-ci ildə məhkəmə qərarına əsasən həbs edilmişdir. Röyal Səfərovun cəzasının sonu xx.xx.2023-cü ildə başa çatır. Lakin cavabdeh təşkilat tərəfindən 2 adam sayı hesabı aparılmaqla əlavə borc hesablanmış və nəticədə hazırda sudan istifadə ilə bağlı 430 manat məbləğində borcu yaranmışdır ki, cavabdeh təşkilat tərəfindən həmin borc düzgün hesablanmadığından, iddiaçı əlavə ödənişlərə cəlb olunmuşdur. İddiaçı yaranmış mübahisənin həlli məqsədi ilə hazırkı iddia tələbi məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən mübahisə yuxarıda qeyd olunan formada həll edilmişdir, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Eyni qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Yenə eyni qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014- cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq olunmuş «Sudan istifadə qaydalarının» 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Daha öncə qeyd olunan hökmdən və arayışdan görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.2016-cı il, sonu isə xx.xx.2023-cü ildir. X1 Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2018-ci il tarixdən cəza çəkir. Göründüyü kimi onun barəsində xx.xx.2016-cı ildən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla o, artıq 6 ildir həmin ünvanda yaşamır. Başqa sözlə. xx.xx.2016-cı il tarixindən o, qeyd olunan mənzildə yaşamır. Belə olan halda qeyd olunan mənzilə 2 nəfər ailə tərkibinə uyğun borc hesablanması əsaslı hesab edilə bilməz və işə baxan məhkəmə haqlı olaraq hesab etmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, yataqxana 5a ünvanında yerləşən 29 saylı otaqda sudan istifadəyə görə 2016-cı ildən hesablanmış 412.48 manat məbləğində borcdan həmin ünvanda bir nəfərin yaşaması faktı öz təstiqini tapdığından 206.24 manatı silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinə əsasən apelyasiya şikayəti təmin edilmədiyi üçün apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15, manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti 5 min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1959/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1959/2022
06.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver