Məhkəmə qərarları › İş №2(105)-1963/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1963/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1963/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DT və XK-nın Xaçmaz rayon şöbəsi və Dövlət Yerquluşu Layihə İnstitutu tərəfindən 28.08.1998-ci il tarixdə valideynləri X1 və anası X2 adına verilmiş JN-0043 nömrəli, 30223058 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 12.11.2007-ci il tarixdə vəfat etmiş anası X3 da məxsus olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə atası H.Ərizəçi və anası S.B,Məhəmmədovaya Xaçmaz rayonunun Şərif-oba kəndində cəmi 1,20 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onun atası 11.11.1998-ci ildə, anası isə 12.11.2007-ci ildə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra miras qalan əmlaka mülkiyyət hüququna dair çıxarış almaq istəyir. X11 anasının atasının adı Bəyəhməd əvəzinə səhvən Beyəli yazıldığına görə yeni mülkiyyət sənədini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən ala bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bütün rayon, kənd, qohum-əqraba bilir ki, Seyran Bəyəhməd qızı onun anası olub, anasının doğum haqqında şəhadətnamə arxivdə aşkar olmadığı üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Ərizəçi apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni rədd edərkən, ərizəçinin tələb etdiyi faktın sübuta yetirə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 15.09.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X4 ilə X2 arasında 20.10.1958-ci il tarixdə nikah qeyd edilmişdir. İşə əlavə olan AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun Şərif-oba kəndində anadan olmaqla həmin kənddə yaşayır. İşə əlavə olan Torpağa mülkiyyət hüququna dair JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktından müəyyən olunur ki, H.Ərizəçi və S.B.Məhəmmədovanın mülkiyyətinə Xaçmaz rayonunun Şərif-oba kəndində cəmi 1,20 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktından müəyyən olunur ki, S.B.Məhəmmədovanın atasının adı Bəyəhməd əvəzinə səhvən Beyəli yazılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrdən müəyyən olunur ki, H.Ərizəçilu 11.11.1998-ci il tarixdə S.B,Məhəmmədova isə 12.11.2007-ci il tarixdə Xaçmaz rayonunun Şərif-oba kəndində vəfat etmişlər. İşdə olan Ərizəçi ünvan 1 ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, Xaçmaz rayonunun Şərif-oba kəndində yerləşən 1,20 ha pay torpaq sahəsinə dair qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşə əlavə olan Xaçmaz rayonu 1 saylı Notariat ofisinin 10.12.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, mərhum S.B.Məhəmmədovanın atasının adı Bəyəhməd əvəzinə səhvən Beyəli kimi qeyd edildiyindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsininin 25.09.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçi JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktında düzəliş edilməsi üçün müraciət etmiş, ona uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 16.11.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, H.Ərizəçi 1928-ci ildən 1998-ci ilə kimi Xaçmaz rayonunun Şərif-oba kəndində yaşamış və vəfatından sonra onun evini və təsərrüfatını oğlu Ərizəçi idarə edir. İşə əlavə olan 19.11.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, S.B.Məhəmmədova 2007-ci ilə kimi Xaçmaz rayonunun Şərif-oba kəndində yaşamışdır və vəfatından sonra onun evini və təsərrüfatını oğlu Ərizəçi idarə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdə olan Xaçmaz rayon Dövlət Arxivinin 21 aprel 2021-ci il tarixli 441 saylı arxiv arayışdan görünür ki, Xaçmaz Qeydiyyat şöbəsinin mühafizə olunan sənədlərinin arasında mərhum S.B.Məhəmmədovanın doğum haqqında şəhadətnaməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə görə hamıya bəlli olan hallar ə ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktının ərizəçinin anasının ata adı düzgün qeyd edilməmişdir və bu fakt məhkəmə qaydasında həll edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 18 mart 2021-ci il tarixli 2(067)-768/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 28 avqust 1998-ci il tarixdə Ərizəçi valideynləri X4 və anası X2 adına verilmiş JN-0043, KOD 30223058 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının 12 noyabr 2007-ci il tarixdə vəfat etmiş anası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar