Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1964/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və qeyrisinə qarşı miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakdan qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair ərizəsinin geri qaytarılmasına dair Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(067)-2363/2023 nümrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və qeyrisinə qarşı miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakdan qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(067)-2363/2023 qərardadı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və qeyrisinə qarşı miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakdan qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılması qərara alınmışdır (hakim Sərxan Səmədzadə). İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(067)- 2363/2023 nömrəli qərardadının ləğv edilməsi və şikayət əsasında növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(067)-2363/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(067)-2363/2023 nömrəli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib olunmadan verilmişdir. Belə ki, iddia ərizəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilsə də, dövlət rüsumu yalnız iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 100 manat məbləğində ödənilmiş, digər iddiaçılar tərəfindən ayrıayrılıqda rüsum ödəməsinə dair sənəd iş materiallarına əlavə edilməmişdir. Qərardaddan verilmiş şikayətin dəlili ondan ibarətdir ki, MPM-in 152.1.5-ci maddəsinin tələbinə uyğun olaraq qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün nəzərdə tutulmuş 100 manat dövlət rüsumu səlahiyətli nümayəndə tərəfindən ödənilmişdir. (Kapital bank sistemində xarici vətəndaşların mövcud göstəriciləri ilə rüsum ödəmək mümkün olmadığından,etibarnamə əsasında Nümayəndə öz adından ödəmişdir). İddiaçıların mənafeləri eyni olduğundan, birgə iddiaçılar qaydasında məhkəməyə müraciət etmişlər. Hər birinin ayrı-ayrılıqda dövlət rüsumu ödəməməsi şərti ilə iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması əsassızdır. Şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi qanunvericilikdə iddia tələblərin və ya iddiaçıların sayından asılı olmayaraq qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(067)-2363/2023 nömrəli qərardadı ləğv edilməli və mülki iş araşdırılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(067)-2363/2023 nömrəli ləğv edilsin. İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(067)- 2363/2023 nömrəli mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1964/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1964/2023
29.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver