Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-197/2021 10.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(027)-628/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(027)-628/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.09.2019-cu il tarixli, 139361/19 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 19000 manat pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması, 06.09.2019-cu il tarixli, 139361/19 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş qara metallik rəngli, ban: WBANU71040CT22217, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilinin İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qaytarılması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, 139361/19 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 19000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, 06 sentyabr 2019-cu il tarixli, 139361/19 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş qara metallik rəngli, ban: WBANU71040CT22217, “BMW 525İ” markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilinin İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında 06 sentyabr 2019-cu il tarixdə 139361/19 saylı daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən qara metallik rəngli, ban: WBANU71040CT22217, “BMW 525İ” markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili lizinqə verilmişdir. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə “PAŞA Sığorta” açıq səhmdar cəmiyyəti arasında **-PB-*** dövlət nömrə nişanlı, “BMW 525İ” markalı avtomobilin sığortalanması barədə 10.09.2019-cu il tarixdə MC-Mİ-1255/19 saylı sığorta müqaviləsi bağlanmışdır. Cavabdeh 16.09.2019-cu il tarixdə “PAŞA Sığorta” açıq səhmdar cəmiyyətinə müraciət edərək 15.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı lizinq obyektinə ziyan dəyməsi barədə məlumat vermiş, lakin Cavabdeh yolnəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduğu üçün sığorta ödənişindən imtina edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə külli miqdarda ziyan dəymişdir. Avtomobilə “Təbriz” texniki təmir müəssisəsində baxış keçirilmiş, baxış zamanı qəza nəticəsində nəqliyyat vasitəsinin bəzi ehtiyat hissələrinin çatışmaması və tam yararsız vəziyyətdə olması aşkar edilmişdir. 30 oktyabr 2019-cu il tarixdə tərtib edilmiş qüsur aktı nəticəsində avtomobilə 19000 manat ziyan dəydiyi və avtomobilin tam yararsız vəziyyətdə olduğu üçün hissələrə bölünmədən satış qiyməti 1000 manat məbləğində müəyyən edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur, yalnız təqdim olunmuş sənədlər əsasında qəbul olunmuşdur. Məhkəmədə çəkişmə prinsipinə əməl olunması üçün onun cavabdeh kimi iştirakı təmin olunmamışdır. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti onunla bağlanmış 06.09.2019cu il tarixli, 139361/19 nömrəli daxili lizinq müqaviləsinin ləğvini tələb edir. Halbuki iddiaçı həmin müqavilənin ləğvini tələb edə bilməzdi və bu tələb əsassızdır. Belə ki, yol-nəqliyyat hadisəsindən sonra o, aylıq ödənişləri ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı özünün ödədiyi 14.700 manatı bütövlükdə ondan tələb etmiş, onun isə həmin məbləği ödəməyə maddi imkanı çatmadığı üçün buna etiraz etmişdir. Əgər o, aylıq ödənişləri davam etdirməyi öhdəsinə götürürsə və bundan yayınmırsa, iddiaçı daxili lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq müqaviləsinin ləğvini tələb edə bilməzdi. Belə ki, 06 sentyabr 2019-cu il tarixli, 139361/19 saylı daxili lizinq müqaviləsinin 13.4-cü bəndinə əsasən bu müqavilə qüvvədə olan müddətdə lizinq obyekti ilə bağlı sığorta hadisəsi baş verdiyi təqdirdə hər hansı səbəbdən sığorta şirkəti tərəfindən ödənişdən imtina edildikdə belə, “Lizinq alan” müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq ödənişlərini tam şəkildə ödəməlidir. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti 19000 manat maddi ziyan dəydiyini iddia edərək həmin məbləği ondan tələb edir. Həmçinin, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti avtomobilin hazırki halda hissələrə bölünmədən satış qiymətinin 1000 manat olduğunu iddia edərək avtomobilin qaytarılmasını istəyir. Quba Rayon Məhkəməsi isə iddiaçının bu tələblərini tam həcmdə təmin edir. İddia tələblərinin bu hissədə təmin edilməsi əsassızdır. Belə ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti avtomobilin ümumi dəyərini ödəməmiş, 14700 manat ödəmişdir. Bu halda, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti yalnız ödədiyi məbləği, yəni 14.700 manatı ondan tələb edə bilər. Belə ki, iddiaçı ilə aralarında bağlanmış daxili lizinq müqaviləsinin 12.3.1-ci bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmcinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə duşdukdə, lizinq alan bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anında ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli, lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir. Bu səbəbdən də İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə 19000 manat ziyan dəyməsindən söhbət gedə bilməz və iddiaçı qeyd edilən pulu ondan tələb edə bilməz. Eyni zamanda avtomobilə dəymiş ziyan məbləği ilə də razı deyildir. Belə ki, avtomobilə qeyd edilən məbləğdə ziyan dəyməmişdir. Ziyanın müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizaları təyin edilməli və avtomobilə dəymiş ziyan müəyyən edilməli idi. Lakin məhkəmə ekspertiza təyin etməmiş,30.10.2019-cu il tarixli ziyan aktına əsaslanmışdır. Digər tərəfdən, avtomobilin hissələrə bölünmədən satış qiyməti olan 1.000 manat məbləğlə də razı deyildir. Belə ki, avtomobilin hazırda hissələrə bölünmədən satış dəyəri ən azı 5000-6000 manatdır. Avtomobil ona verilsə, 5000-6000 manata satıb iddiaçıya ödəyə bilər. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin hazırki tələbinə əsasən əgər o, iddiaçıya borclu olduğu məbləği tam şəkildə ödəyirsə, həmin avtomobil iddiaçıya qaytarılmamalı, lizinq müqaviləsinin 12.3.1-ci bəndinə əsasən avtomobil onun mülkiyyətinə keçməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 oğlu məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığından məhkəmədə iştirak edə bilməmiş, buna görə də ekspertiza keçirilməsi barədə vəsatət verə bilməmişdir. Məhkəmə iclasında İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə maddi ziyanın əvəzinin ödənilməsinə dair olan hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, CALiz139361/19 saylı daxili lizinq müqaviləsinin və həmin müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti balans dəyəri 14700 manat təşkil edən “BMW 525İ” markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilini illik 25 faizlə, 30 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, Cavabdeh 30 ay ərzində 5228,89 manat faiz ödəməlidir. İş materiallarında olan “Təbriz” firmasının 30.10.2019-cu il tarixli ziyan aktının surətindən görünür ki, “BMW 525İ” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 19000 manat müəyyən edilmişdir. İş materiallarında olan “Təbriz” firmasının 30.10.2019-cu il tarixli aktının surətindən görünür ki, “BMW 5251” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrə bölünmədən satış qiyməti 1000 manat təşkil edir. İş materiallarında olan “PAŞA Sığorta” açıq səhmdar cəmiyyətinin 4861/İ saylı, 08 noyabr 2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə “PAŞA Sığorta” açıq səhmdar cəmiyyəti arasında “BMW 525İ” markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilinin sığortalanması üçün 10 sentyabr 2019-cu il tarixdə “Avtonəqliyyat vasitələrinin kasko sığortası” üzrə MC-Mİ-1255/19 saylı sığorta müqaviləsi bağlanmışdır. 15 sentyabr 2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi barədə məlumat verilmiş, hadisə zamanı Cavabdeh avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. “Avtonəqliyyat vasitələrinin kasko sığortası Qaydaları”nın 25.1.10-cu bəndinə əsasən avtonəqliyyat vasitəsi alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində olan sürücü tərəfindən idarə edildikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş üzrə keçirilmiş eksertizanın 15 fevral 2021-ci il tarixli, 9/6027 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Təbriz” firması tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “BMW 525İ” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13928,0 manat müəyyən edilir. 2008-ci il buraxılışlı “BMW 525İ” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə normal vəziyyətdə qiyməti 21000,0 manat, “Təbriz” firmasının qüsur aktında qeyd olunmayan karobka və digər salamat qalan ehtiyat hissələri nəzərə alınaraq bölünmədən qalıq dəyəri təxminən 7072,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 06 sentyabr 2019-cu il tarixli, CALiz139361/19 saylı daxili lizinq müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti balans dəyəri 14700 manat təşkil edən “BMW 525İ” markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobilini illik 25 faizlə, 30 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, cavabdeh 30 ay ərzində 5228,89 manat faiz ödəməlidir. 15.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı lizinq obyekti olan avtomobilə ziyan dəymişdir. İşdən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə “PAŞA Sığorta” açıq səhmdar cəmiyyəti arasında **-PB-*** dövlət nömrə nişanlı, “BMW 525İ” markalı avtomobilin sığortalanması barədə 10.09.2019-cu il tarixdə MC-Mİ-1255/19 saylı sığorta müqaviləsi bağlanmış, lakin Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduğu üçün sığorta ödənişindən imtina edilmişdir. Tərəflər arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, CALiz139361/19 saylı daxili lizinq müqaviləsinin 13.4-cü bəndinə əsasən bu müqavilə qüvvədə olan müddətdə lizinq obyekti ilə bağlı sığorta hadisəsi baş verdiyi təqdirdə hər hansı səbəbdən sığorta şirkəti tərəfindən ödənişdən imtina edildikdə belə, “Lizinq alan” müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq ödənişlərini tam şəkildə ödəməlidir. İş materiallarından görünür ki, 15.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Cavabdeh tərəfindən lizinq ödənişləri edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələblərinin daxili lizinq müqaviləsinin ləğv edilməsi və avtomobilin İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qaytarılması hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti “Təbriz” texniki təmir müəssisəsinin 30 oktyabr 2019-cu il tarixli qüsur aktına istinad edərək avtomobilə 19000 manat ziyan dəyməsinə və avtomobilin tam yararsız vəziyyətdə olduğu üçün hissələrə bölünmədən satış qiymətinin 1000 manat məbləğində müəyyən edilməsinə əsaslanaraq Cavabdeh maddi ziyanın əvəzi kimi 19000 manat tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə keçirilmiş eksertizanın 15 fevral 2021-ci il tarixli, 9/6027 saylı rəyi ilə 2008-ci il buraxılışlı “BMW 525İ” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13928,0 manat, bölünmədən qalıq dəyəri 7072,0 manat müəyyən edilmişdir. Göründüyü kimi, “BMW 525İ” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 13928 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinə dəymiş maddi ziyanın ödənilməsinə dair olan hissəsinə dəyişiklik edilməli, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə avtomobilə dəymiş maddi ziyana görə 13928 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəymiş maddi ziyanın ödənilməsinə aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(027)-628/2020 saylı qətnaməsinə dəymiş maddi ziyanın ödənilməsinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə avtomobilə dəymiş maddi ziyana görə 13928 (on üç min doqquz yüz iyirmi səkkiz) manat tutulsun. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-197/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-197/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver