Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-197/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı borcun qaytarılması barədə ilk, Cavabdeh1 cavabdeh İddiaçı və cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əqdin etibarsızlığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X14 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ilk İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 2(060)-5186/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Cavabdeh1 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək tam şəkildə “Borc verənə” qaytarmağı öhdəsinə götürür.
2. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X6 200000 (iki yüz min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və Cavabdeh1 92500 (doxsan iki min beş yüz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ödəniş gününə olan manat məzənnəsi ilə 120000 (yüz iyirmi min) ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlk iddia onunla əsaslandırılmışdır ki, 25 dekabr 2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh1 ilə onun arasında kredit müqaviləsi bağlanaraq reyestrdə 3M-240 nömrə ilə qeydə alınmışdır. Aralarında bağlanmış 25 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 oğlu ondan 120000 (yüz iyirmi min) ABŞ dolları borc almış və 25 dekabr 2023-cü il tarixədək borcu ona tam qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə borcunu 25 dekabr 2023-cü il tarixədək qaytarmalı olduğu halda, bu günədək borcundan heç bir məbləğ qaytarmamış və qaytarmaqdan da faktiki yayınaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehə borcu qaytarması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq xəbərdarlıqlara məhəl qoymamış və borcu bu günədək qaytarmamaqla onunla əlaqəsini birdəfəlik kəsmişdir. Göründüyü kimi cavabdehin borcu qaytarmaqdan qəsdən açıq-aşkar yayınaraq müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsi, borcun cavabdehdən məhkəmə qaydasında alınması əsaslarını yaratmışdır.
5. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdə 6 saylı Notariat kontorunda cavabdehlə arasında 3M-240 reyestr nömrəli kredit müqaviləsini etibarsız hesab edilməsi və qarşılıqlı iddia tələbinin qaldırılması üçün tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılqılı iddia üzrə iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 6 saylı Notariat kontorunda cavabdehlə arasında 3M-240 reyestr nömrəli kredit müqaviləsi bağlanlmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 120000 ABŞ dolları borc almış və 2023-cü ilin 25 dekabrınadək geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd etmək istəyir ki, iddiaçı bildirir ki, həmin pulu dəfələrlə geri qaytarması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq geri qaytarmışdır. Amma xəbərdarlıq etməmişdir. Çünki həmin müqavilə bağlanarkən formal xarakter daşımışdır. Bu müqavilədən əvvəldə İddiaçının Cavabdeh1 arasında borc müqaviləsi olmuş və həmin borc müqaviləsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinə iddia verilmişdir və bu hal da bir daha sübut edir ki, borc və kredit müqaviləsi bağlanarkən həmin banklara qeyd olunan pul daxil edilməmişdir. Hesab edir ki, ilkin iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməli, cavabdeh-iddiaçının qarşılıqlı iddiası isə təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-240/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1, digər cavabdehlər X7 və X2 ilə Bakı şəhərində taxtaşalban ticarəti ilə məşğul olurdular. Cavabdeh1 digər cavabdehlər Sayibxan Səmədov və Rövşən Əliyev ilə birlikdə "xxxx" QSC-nin Lökbatan filialı ilə uzunmüddətli kredit müqaviləsinin bağlanması üçün danışıqlar aparırdılar ki, mümkün qədər böyük miqdarda kredit götürüb taxta-şalban satışı üzrə fəaliyyətlərini genişləndirsinlər. Bu məqsədlə cavabdehlər Cavabdeh1 təsisçisi, Sayibxan Səmədovun isə direktoru olduğu "xxxx" firmasının adından "xxxx" QSC-nin Lökbatan filialına biznes planı təqdim etmişdilər. Bundan əlavə Cavabdeh1 müqavilə əsasında ona məxsus Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən yeni tikilidəki mənzilinin müqaviləsini kreditin təminatı kimi "xxxx" QSCnin Lökbatan filialına təqdim etmişdi. Lakin Cavabdeh1 tərəfindən "xxxx" QSCnin Lökbatan filialına kreditin təminatı olaraq təqdim olunmuş mənzilin dövlət qeydiyyatından keçməməsi və dəyərinin veriləcək kredit məbləğinə uyğun olmaması səbəbindən Cavabdeh1 özlərinin də zamin qismində iştirak etmələri şərti ilə ondan "xxxx" QSC-nin Lökbatan filialı ilə uzunmuddətli kredit müqaviləsi bağlamaq üçün ünvan 1 ünvanda yerləşən 790.000 manat dəyərində 3 mərtəbəli fərdi yaşayış evini kreditin təminatı olaraq "xxxx" QSC-nin Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edib 280.000 ABŞ dolları miqdarında kredit götürərək onlara verməyini təklif etmişdir. O, da cavabdehlərdən əsasən Cavabdeh1 inanıb, onların və "xxxx" MMC-nin zaminliyi ilə 22 oktyabr 2014-cü ildə "xxxx" QSCnin Lökbatan filialı ilə 120 ay müddətinə, yəni 22 oktyabr 2024-cü il tarixədək uzunmüddətli kredit müqaviləsi bağlamışdır. "xxxx" QSC-nin Lökbatan filialı ilə arasında ilk kredit razılaşması 27 oktyabr 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış və bu razılaşma üzrə aylıq 1.4167 faiz dərəcəsi ilə 280.000 ABŞ dolları kredit ayrılmışdır. Kreditin məhz taxta-şalban ticarəti məqsədləri üçün ayrılması cavabdehlər tərəfindən bankla yazılı şəkildə razılaşdırılmışdır. Odur ki, həmin tarixdə o, yalnız bankdan kreditin alınmasına imza etmiş və bankın binasında Cavabdeh1 cavabdehlərlə birlikdə 280.000 ABŞ dolları məbləğində krediti götürüb getmişlər. Kredit məbləğinin cavabdehlərə birbaşa bankda verilməsi yəqinki bankın təhlükəsizlik kameralarına düşmüşdür. Cavabdehlər taxta-şalbanı dəyərini qabaqcadan nəğd şəkildə ödəmək şərti ilə Saatlı rayon Kamallı kənd sakini X6 və Rusiya Federasiyasından Azərbaycan Respublikasına taxtaşalban göndərən digər şəxslərdən alıb-satırdılar. X15 isə taxta-şalbanı Rusiya Federasiyası Sverdlovsk vilayətinin Serov şəhərində tədarük edərək dəmir yolu vasitəsilə Bakı şəhərinin Keşlə dəmir yol stansiyasına gətirirdi. Cavabdehlər taxta-şalban satışından əldə etdikləri gəlirdən aylıq kredit ödənişlərini edirdilər. 2015-ci il sentyabr ayının əvəllərində Cavabdeh1 10 vaqon taxtanın ümumi dəyəri olan 200.000 ABŞ dollarını, yəni hər vaqon taxta üçün 20.000 ABŞ dolları hesabı ilə nəğd şəkildə X12 vermişdi ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətindən cavabdehlərin ünvanına 10 vaqon taxta göndərsin. Lakin razılaşdırılmış müddətin keçməsinə baxmayaraq, Ədilov Qədim cavabdehlərə bir vaqon da olsun taxta göndərməmişdir. Bu üzdən Qədim Ədilovla aralarında ciddi narazılıq yaranmış və yalnız bundan sonra o, bildirmişdir ki, keçmiş Milli Təhlükəsizlik nazirliyinin yüksək vəzifəli şəxsi Akif Çovdarovun qohumu Natiq Hümbətovla aralarında olan pul mübahisəsi ilə bağlı Akif Çovdarov və onun tabeliyində olan Səlim Məmmədov qanunsuz olaraq dəfələrlə onu öz əməkdaşları vasitəsilə məcburi qaydada Milli Təhlükəsizlik nazirliyinin inzibati binasına apararaq döymüş, ondan 600.000 ABŞ dolları tələb edərək, bu məbləği vermədiyi halda onu həbs edəcəkləri ilə hədələmişlər. O da onların bu özbaşınalıqlarına dözməyib və onu tutacaqlarını real qəbul edərək, taxtaşalban üçün cavabdehlərdən aldığı 200.000 ABŞ dollarını və əlavə olaraq 100.000 ABŞ dolları da tapıb Səlim Məmmədovun vasitəsilə Akif Çovdarova vermişdir. Akif Çovdarovdan pulun alınması üçün Q.Ədilov onların tələbi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş prokuroru Zakir Qaralova və digər dövlət qurumlarına mütəmadi olaraq şikayətlər etmiş, onun etdiyi şikayətlər əsasında, eləcə də, çoxsaylı digər şəxslərin də bu qəbildən olan şikayətləri ilə bağlı Akif Çovdarov, Səlim Məmmədov və keçmiş MTN-nin bəzi əməkdaşları barədə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində rüşvət alma, hədəqorxu ilə tələb etmə, mənimsəmə və sair cinayət əməlləri üzrə cinayət işi başlanmış və onlar ittiham olunaraq məhkəməyə verilmişlər. Məhkəməyədək icraat zamanı cavabdehlər Qədim Ədilov, Cavabdeh1 və Sayibxan Səmədov iş üzrə zərər çəkmiş şəxs qismində tanındıqlarından işin məhkəmə baxışında zərər çəkmiş şəxs qismində iştirak edərək ifadə vermişlər. O və cavabdehlərdən Cavabdeh1 və Sayibxan Səmədov istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqında verdikləri ifadələrdə Access Bank QSC-nin Lökbatan filialından 27 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən götürdükləri 280.000 ABŞ dollarından 200.000 ABŞ dollarını Qədim Ədilova əvvəlcədən borc şəkilində Rusiya Federasiyasından taxta göndərməsi üçün verildiyini göstərmişlər. Qədim Ədilov isə ifadələrində həqiqətən də 280.000 ABŞ dolları kreditdən 200.000 ABŞ dollarının ona Rusiya Federasiyasından cavabdehlərə taxta göndərilməsi üçün verildiyini etiraf etmiş və 100.000 ABŞ dolları da başqa şəxsdən borc alıb, həmin 200.000 ABŞ dolları ilə birlikdə Səlim Məmmədovun vasitəsilə Akif Çovdarova verdiyini göstərmişdir. Lakin ləğv edilmiş MTN-nin əməkdaşları Akif Çovdarovun, Səlim Məmmədovun və qeyrilərinin məhkum olunmalarına dair Bakı Hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə qeyd edilmişdir ki, X8 ləğv edilmiş MTNnin əməkdaşları Akif Çovdarova və Səlim Məmmədova hər-hansı məbləğdə pul verməsi məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Bu əsasla Qədim Ədilovun iş üzrə zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməklə, onun Akif Çovdarova və qeyrilərinə qarşı qaldırdığı mülki iddia rədd edilmişdir. Qədim Ədilovun həmin hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü X12 və adları sadalanan digər şəxslərə münasibətdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Bakı Hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə cavabdeh X8 ləğv edilmiş MTNnin əməkdaşları Akif Çovdarova və Səlim Məmmədova kredit müqaviləsi üzrə ona məxsus 200.000 ABŞ dolları verməsi müəyyən edildiyindən, hesab edilir ki, kredit müqaviləsi üzrə ona məxsus 200.000 ABŞ dolları onun qanunsuz mülkiyyətindədir. Lakin cavabdeh Qədim Ədilovun deməsinə görə A.Çovdarovun və qeyrilərinin işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra o, cavabdehlər Cavabdeh1, Sayibxan Səmədovun və Rövşən Əliyevin adına Rusiya Federasiyasından 200.000 ABŞ dolları məbləğində taxtaşalban göndərmişdir. Cavabdehlər Cavabdeh1, Sayibxan Səmədovun və Rövşən Əliyev cavabdeh Qədim Ədilovun göstərdiklərini nə təkzib, nə də inkar etməmişlər. Göründüyü kimi cavabdehlər İntizam Agakişiyev, Sayibxan Səmədov, Rövşən Əliyev və Qədim Ədilovdan onların qanunsuz mülkiyyətində saxlanılan, kredit müqaviləsi üzrə ona məxsus 280.000 ABŞ dolları, AZN ekvivalentində 280.000 ABŞ dolları x 1.7 AZN = 476.000 AZN müştərək qaydada onun xeyrinə tutulmalıdır. Bunlarla yanaşı, məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, 27 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən Access Bank QSC-nin Lökbatan filialından 36 ay müddətinə götürdüyü 280.000 ABŞ dolları kreditin cavabdehlər tərəfindən ələ keçirilməsi nəticəsində əsas və faiz borclarının, habelə hesablanmış cərimələri ödəyə bilmədiyindən "xxxx" QSC ona və cavabdehlərə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi»nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü ü tarixli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcunun, 79.585,81 ABŞ dolları faiz borcunun və 4.700 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 279.456,11 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22, yeni qaydalarla ünvan 2 ünvana yönəldilməsi, evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilmiş vəsait hesabına "xxxx" QSC-yə olan borcun ödənilməsi, evin ilkin satış qiymətinin 790.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9742/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, faiz və cərimə borcu hissəsində Bakı Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi qismən dəyişdirilərək, faiz borcunun məbləği 40.056,39 ABŞ dolları, cərimə borcu isə 19.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehlərin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona məxsus 280.000 ABŞ dolları məbləğində krediti ələ keçirmələri səbəbindən "xxxx" QSC-yə kredit borcu, hesablanmış faiz və cərimə borclarının ödənilməməsi nəticəsində tutma ipoteka ilə yüklü edilmiş ona məxsus 790.000 (yeddi yüz doxsan min) manat dəyərində fərdi yaşayış evinə yönəldilərək, ev xx.xx.2020ci il tarixdə açıq hərracdan tələbkara satılmış və tələbkar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********09- 10301 reyestr nömrəli Çıxarışla həmin fərdi yaşayış evi üzərində öz mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Mülkiyyət hüququ ilə ona məxsus 790.000 manat dəyərində fərdi yaşayış evinin açıq hərracdan satılması nəticəsində ona cavabdehlər tərəfindən 314.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1, Sayibxan Səmədov, Rövşən Əliyev və Qədim Ədilovdan onların qanunsuz olaraq ələ keçirdikləri ona məxsus 280.000 ABŞ dolları, AZN ekvivalentində 476.000 manat, habelə vurduqları 314.000 manat maddi ziyan, ümumilikdə 790.000 (yeddi yüz doxsan min) manat müştərək qaydada tutularaq xeyrinə ödənilməlidir. Bundan əlavə, Cavabdeh1 X1 və X4 şahidliyi ilə xx.xx.2014-cü il tarixdə bir il müddətinə yazılı qaydada borc müqaviləsi bağlayaraq ondan 100.000 (yüz min) manat borc almış, həmin tarixdə onunla notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi bağlayaraq yenə 100.000 (yüz min) manat borc almış və xx.xx.2020-ci ildə onunla notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi bağlayaraq bu dəfə 120.000 (yüz iyirmi min) ABŞ dolları bərabər olan 204.000 manat borc olmuşdur. Yalnız xx.xx.2014-cü il tarixdə Sayibxan Səmədovun və Rövşən Əliyevin şahidliyi ilə bağladığı borc müqaviləsi üzrə 100.000 manat borcu tamamilə ona ödəmiş, xx.xx.2014-cü il tarixli notariat qaydasında təsdiq olunmuş borc müqaviləsi üzrə ona xx.xx.2021-ci il tarixdə 6000 (altı min) manat, xx.xx.2021-ci il tarixdə isə 1500 (bir min beş yüz) manat, cəmi 7500 (yeddi min beş yüz ) manat ödəmişdir. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə isə ona heç bir ödəniş edilməmişdir. İddiaçının yenidən Cavabdeh1 ilə yenidən kredit müqaviləsi bağlaması absurdur .Çünki sözü gedən qətnamədən görünür ki, 2014-cü illərdə İddiaçı ilə cavabdehin arasında olan münasibətlərdən görünür ki, həmin pul ödənilməyib və ödənilməmiş yenidən kredit müqaviləsi bağlaması formal xarakter daşıdığını bir daha sübut edir. Həmin kredit müqaviləsinin imzalanmasına səbəb isə cavabdeh Ağakiyev İntizam Korrupsiyaya qarşı Mübarizə İdarəsində Kəramətin təzyiqləri ilə hədə qorxu gəlməsi olub. Belə ki, İddiaçı kredit müqaviləsi bağlanmadan əvvəl öz işgüzar münasibətlərdən istifadə edərək Cavabdeh1 Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət etmiş və orada təzyiqlər edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 2(060)-5186/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 120000 (yüz iyirmi min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı və cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 135.1, 135.2, 324.1, 324.2, 324.5, 325.1, 337.1, 337.2, 354.2, 385.1, 390.1, 390.3, 404.2, 442, 445, 567, 739, 740, 1091, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5186/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia tələbinə görə 25 dekabr 2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh1 ilə onun arasında kredit müqaviləsi bağlanaraq reyestrdə 3M-240 nömrə ilə qeydə alınmışdır. Aralarında bağlanmış 25 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 oğlu ondan 120000 (yüz iyirmi min) ABŞ dolları borc almış və 25 dekabr 2023-cü il tarixədək borcu ona tam qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə borcunu 25 dekabr 2023-cü il tarixədək qaytarmalı olduğu halda, bu günədək borcundan heç bir məbləğ qaytarmamış və qaytarmaqdan da faktiki yayınaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehə borcu qaytarması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq xəbərdarlıqlara məhəl qoymamış və borcu bu günədək qaytarmamaqla onunla əlaqəsini birdəfəlik kəsmişdir. Göründüyü kimi cavabdehin borcu qaytarmaqdan qəsdən açıq-aşkar yayınaraq müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsi, borcun cavabdehdən məhkəmə qaydasında alınması əsaslarını yaratmışdır. İddiaçı-cavabdeh İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı-cavabdehin nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək bildirdi ki, tərəflər birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 25 dekabr 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və 120000 ABŞ dolları cavabdehə borc verilmişdir. İddiaçı dəfələrlə borcun qaytarılması barədə cavabdehə müraciət etsə də, cavabdeh onun borcunu qaytarmamışdır. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 6 saylı Notariat kontorunda cavabdehlə arasında 3M-240 reyestr nömrəli kredit müqaviləsi bağlanlmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 120000 ABŞ dolları borc almış və 2023-cü ilin 25 dekabrınadək geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd etmək istəyir ki, iddiaçı bildirir ki, həmin pulu dəfələrlə geri qaytarması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq geri qaytarmışdır. Amma xəbərdarlıq etməmişdir. Çünki həmin müqavilə bağlanarkən formal xarakter daşımışdır. Bu müqavilədən əvvəldə iddiaçının Cavabdeh1 arasında borc müqaviləsi olmuş və həmin borc müqaviləsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinə iddia verilmişdir və bu hal da bir daha sübut edir ki, borc və kredit müqaviləsi bağlanarkən həmin banklara qeyd olunan pul daxil edilməmişdir. Hesab edir ki, ilkin iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməli, cavabdeh-iddiaçının qarşılıqlı iddiası isə təmin edilməlidir. Cavabdeh1, digər cavabdehlər Əliyev RövşənGülağa oğlu və X2 ilə Bakı şəhərində taxta-şalban ticarəti ilə məşğul olurdular. Cavabdeh1 digər cavabdehlər Sayibxan Səmədov və Rövşən Əliyev ilə birlikdə "xxxx" QSC-nin Lökbatan filialı ilə uzunmüddətli kredit müqaviləsinin bağlanması üçün danışıqlar aparırdılar ki, mümkün qədər böyük miqdarda kredit götürüb taxta-şalban satışı üzrə fəaliyyətlərini genişləndirsinlər. Bu məqsədlə cavabdehlər Cavabdeh1 təsisçisi, Sayibxan Səmədovun isə direktoru olduğu "xxxx" firmasının adından "xxxx" QSC-nin Lökbatan filialına biznes planı təqdim etmişdilər. Bundan əlavə Cavabdeh1 müqavilə əsasında ona məxsus Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən yeni tikilidəki mənzilinin müqaviləsini kreditin təminatı kimi "xxxx" QSC-nin Lökbatan filialına təqdim etmişdi. Lakin Cavabdeh1 tərəfindən "xxxx" QSC-nin Lökbatan filialına kreditin təminatı olaraq təqdim olunmuş mənzilin dövlət qeydiyyatından keçməməsi və dəyərinin veriləcək kredit məbləğinə uyğun olmaması səbəbindən Cavabdeh1 özlərinin də zamin qismində iştirak etmələri şərti ilə ondan "xxxx" QSC-nin Lökbatan filialı ilə uzunmuddətli kredit müqaviləsi bağlamaq üçün ünvan 1 ünvanda yerləşən 790.000 manat dəyərində 3 mərtəbəli fərdi yaşayış evini kreditin təminatı olaraq "xxxx" QSC-nin Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edib 280.000 ABŞ dolları miqdarında kredit götürərək onlara verməyini təklif etmişdir. O, da cavabdehlərdən əsasən Cavabdeh1 inanıb, onların və "xxxx" MMC-nin zaminliyi ilə 22 oktyabr 2014-cü ildə "xxxx" QSCnin Lökbatan filialı ilə 120 ay müddətinə, yəni 22 oktyabr 2024-cü il tarixədək uzunmüddətli kredit müqaviləsi bağlamışdır. "xxxx" QSC-nin Lökbatan filialı ilə arasında ilk kredit razılaşması 27 oktyabr 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış və bu razılaşma üzrə aylıq 1.4167 faiz dərəcəsi ilə 280.000 ABŞ dolları kredit ayrılmışdır. Kreditin məhz taxta-şalban ticarəti məqsədləri üçün ayrılması cavabdehlər tərəfindən bankla yazılı şəkildə razılaşdırılmışdır. Odur ki, həmin tarixdə o, yalnız bankdan kreditin alınmasına imza etmiş və bankın binasında Cavabdeh1 cavabdehlərlə birlikdə 280.000 ABŞ dollarıməbləğində krediti götürüb getmişlər. Kredit məbləğinin cavabdehlərə birbaşa bankda verilməsi yəqinki bankın təhlükəsizlik kameralarına düşmüşdür. Cavabdehlər taxta-şalbanı dəyərini qabaqcadan nəğd şəkildə ödəmək şərti ilə Saatlırayon Kamallı kənd sakini X6 və Rusiya Federasiyasından Azərbaycan Respublikasına taxta-şalban göndərən digər şəxslərdən alıbsatırdılar. X15 isə taxta-şalbanı Rusiya Federasiyası Sverdlovsk vilayətinin Serov şəhərində tədarük edərək dəmir yolu vasitəsilə Bakı şəhərinin Keşlə dəmir yol stansiyasına gətirirdi. Cavabdehlər taxta-şalban satışından əldə etdikləri gəlirdən aylıq kredit ödənişlərini edirdilər. 2015-ci il sentyabr ayının əvəllərində Cavabdeh1 10 vaqon taxtanın ümumi dəyəri olan 200.000 ABŞ dollarını, yəni hər vaqon taxta üçün 20.000 ABŞ dolları hesabı ilə nəğd şəkildə X12 vermişdi ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətindən cavabdehlərin ünvanına 10 vaqon taxta göndərsin. Lakin razılaşdırılmış müddətin keçməsinə baxmayaraq, Ədilov Qədim cavabdehlərə bir vaqon da olsun taxta göndərməmişdir. Bu üzdən Qədim Ədilovla cavabdehlərə bir vaqon da olsun taxta göndərməmişdir. Bu üzdən Qədim Ədilovla aralarında ciddi narazılıq yaranmış və yalnız bundan sonra o, bildirmişdir ki, keçmiş Milli Təhlükəsizlik nazirliyinin yüksək vəzifəli şəxsi Akif Çovdarovun qohumu Natiq Hümbətovla aralarında olan pul mübahisəsi ilə bağlı Akif Çovdarov və onun tabeliyində olan Səlim Məmmədov qanunsuz olaraq dəfələrlə onu öz əməkdaşları vasitəsilə məcburi qaydada Milli Təhlükəsizlik nazirliyinin inzibati binasına apararaq döymüş, ondan 600.000 ABŞ dolları tələb edərək, bu məbləği vermədiyi halda onu həbs edəcəkləri ilə hədələmişlər. O da onların bu özbaşınalıqlarına dözməyib və onu tutacaqlarını real qəbul edərək, taxta-şalban üçün cavabdehlərdən aldığı 200.000 ABŞ dollarını və əlavə olaraq 100.000 ABŞ dolları da tapıb Səlim Məmmədovun vasitəsilə Akif Çovdarova vermişdir. Akif Çovdarovdan pulun alınması üçün Q.Ədilov onların tələbi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş prokuroru Zakir Qaralova və digər dövlət qurumlarına mütəmadi olaraq şikayətlər etmiş, onun etdiyi şikayətlər əsasında, eləcə də, çoxsaylı digər şəxslərin də bu qəbildən olan şikayətləri ilə bağlı Akif Çovdarov, Səlim Məmmədov və keçmiş MTN-nin bəzi əməkdaşları barədə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində rüşvət alma, hədəqorxu ilə tələb etmə, mənimsəmə və sair cinayət əməlləri üzrə cinayət işi başlanmış və onlar ittiham olunaraq məhkəməyə verilmişlər. Məhkəməyədək icraat zamanı cavabdehlər Qədim Ədilov, Cavabdeh1 və Sayibxan Səmədov iş üzrə zərər çəkmiş şəxs qismində tanındıqlarından işin məhkəmə baxışında zərər çəkmiş şəxs qismində iştirak edərək ifadə vermişlər. O və cavabdehlərdən Cavabdeh1 və Sayibxan Səmədov istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqında verdikləri ifadələrdə Access Bank QSC-nin Lökbatan filialından 27 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən götürdükləri 280.000 ABŞ dollarından 200.000 ABŞ dollarını Qədim Ədilova əvvəlcədən borc şəkilində Rusiya Federasiyasından taxta göndərməsi üçün verildiyini göstərmişlər. Qədim Ədilov isə ifadələrində həqiqətən də 280.000 ABŞ dolları kreditdən 200.000 ABŞ dollarının ona Rusiya Federasiyasından cavabdehlərə taxta göndərilməsi üçün verildiyini etiraf etmiş və 100.000 ABŞ dolları da başqa şəxsdən borc alıb, həmin 200.000 ABŞ dolları ilə birlikdə Səlim Məmmədovun vasitəsilə Akif Çovdarova verdiyini göstərmişdir. Lakin ləğv edilmiş MTN-nin əməkdaşları Akif Çovdarovun, Səlim Məmmədovun və qeyrilərinin məhkum olunmalarına dair Bakı Hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə qeyd edilmişdir ki, X8 ləğv edilmiş MTN-nin əməkdaşları Akif Çovdarova və Səlim Məmmədova hər hansı məbləğdə pul verməsi məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Bu əsasla Qədim Ədilovun iş üzrə zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməklə, onun Akif Çovdarova və qeyrilərinə qarşı qaldırdığı mülki iddia rədd edilmişdir. Qədim Ədilovun həmin hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü X12 və adları sadalanan digər şəxslərə münasibətdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə cavabdeh X8 ləğv edilmiş MTN-nin əməkdaşları Akif Çovdarova və Səlim Məmmədova kredit müqaviləsi üzrə ona məxsus 200.000 ABŞ dolları verməsi müəyyən edildiyindən, hesab edilir ki, kredit müqaviləsi üzrə ona məxsus 200.000 ABŞ dolları onun qanunsuz mülkiyyətindədir. Lakin cavabdeh Qədim Ədilovun deməsinə görə A.Çovdarovun və qeyrilərinin işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra o, cavabdehlər Cavabdeh1, Sayibxan Səmədovun və Rövşən Əliyevin adına Rusiya Federasiyasından 200.000 ABŞ dolları məbləğində taxta-şalban göndərmişdir. Cavabdehlər Cavabdeh1, Sayibxan Səmədovun və Rövşən Əliyev cavabdeh Qədim Ədilovun göstərdiklərini nə təkzib, nə də inkar etməmişlər. Göründüyü kimi cavabdehlər İntizam Agakişiyev, Sayibxan Səmədov, Rövşən Əliyev və Qədim Ədilovdan onların qanunsuz mülkiyyətində saxlanılan, kredit müqaviləsi üzrə ona məxsus 280.000 ABŞ dolları, AZN ekvivalentində 280.000 ABŞ dolları x 1.7 AZN = 476.000 AZN müştərək qaydada onun xeyrinə tutulmalıdır. Bunlarla yanaşı, məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, 27 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən "xxxx" QSC-nin Lökbatan filialından 36 ay müddətinə götürdüyü 280.000 ABŞ dolları kreditin cavabdehlər tərəfindən ələ keçirilməsi nəticəsində əsas və faiz borclarının, habelə hesablanmış cərimələri ödəyə bilmədiyindən "xxxx" QSC ona və cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü ü tarixli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcunun, 79.585,81 ABŞ dolları faiz borcunun və 4.700 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 279.456,11 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22, yeni qaydalarla ünvan 2 ünvana yönəldilməsi, evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilmiş vəsait hesabına "xxxx" QSC-yə olan borcun ödənilməsi, evin ilkin satış qiymətinin 790.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9742/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, faiz və cərimə borcu hissəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi qismən dəyişdirilərək, faiz borcunun məbləği 40.056,39 ABŞ dolları, cərimə borcu isə 19.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehlərin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona məxsus 280.000 ABŞ dolları məbləğində krediti ələ keçirmələri səbəbindən "xxxx" QSC-yə kredit borcu, hesablanmış faiz və cərimə borclarının ödənilməməsi nəticəsində tutma ipoteka ilə yüklü edilmiş ona məxsus 790.000 (yeddi yüz doxsan min) manat dəyərində fərdi yaşayış evinə yönəldilərək, ev xx.xx.2020-ci il tarixdə açıq hərracdan tələbkara satılmış və tələbkar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********09-10301 reyestr nömrəli Çıxarışla həmin fərdi yaşayış evi üzərində öz mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Mülkiyyət hüququ ilə ona məxsus 790.000 manat dəyərində fərdi yaşayış evinin açıq hərracdan satılması nəticəsində ona cavabdehlər tərəfindən 314.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1, Sayibxan Səmədov, Rövşən Əliyev və Qədim Ədilovdan onların qanunsuz olaraq ələ keçirdikləri ona məxsus 280.000 ABŞ dolları, AZN ekvivalentində 476.000 manat, habelə vurduqları 314.000 manat maddi ziyan, ümumilikdə 790.000 (yeddi yüz doxsan min) manat müştərək qaydada tutularaq xeyrinə ödənilməlidir. Bundan əlavə, Cavabdeh1 X1 və X4 şahidliyi ilə xx.xx.2014-cü il tarixdə bir il müddətinə yazılı qaydada borc müqaviləsi bağlayaraq ondan 100.000 (yüz min) manat borc almış, həmin tarixdə onunla notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi bağlayaraq yenə 100.000 (yüz min) manat borc almış və xx.xx.2020-ci ildə onunla notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi bağlayaraq bu dəfə 120.000 (yüz iyirmi min) ABŞ dolları bərabər olan 204.000 manat borc olmuşdur. Yalnız xx.xx.2014-cü il tarixdə Sayibxan Səmədovun və Rövşən Əliyevin şahidliyi ilə bağladığı borc müqaviləsi üzrə 100.000 manat borcu tamamilə ona ödəmiş, xx.xx.2014-cü il tarixli notariat qaydasında təsdiq olunmuş borc müqaviləsi üzrə ona xx.xx.2021-ci il tarixdə 6000 (altı min) manat, xx.xx.2021-ci il tarixdə isə 1500 (bir min beş yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat ödəmişdir. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə isə ona heç bir ödəniş edilməmişdir. İddiaçının yenidən Cavabdeh1 ilə yenidən kredit müqaviləsi bağlaması absurddur. Çünki sözügedən qətnamədən görünür ki, 2014-cü illərdə İddiaçı ilə cavabdehin arasında olan münasibətlərdən görünür ki, həmin pul ödənilməyib və ödənilməmiş yenidən kredit müqaviləsi bağlaması formal xarakter daşıdığını bir daha sübut edir. Həmin kredit müqaviləsinin imzalanmasına səbəb isə cavabdeh Ağakiyev İntizam Korrupsiyaya qarşı Mübarizə İdarəsində Kəramətin təzyiqləri ilə hədə-qorxu gəlməsi olmuşdur. Belə ki, İddiaçı kredit müqaviləsi bağlanmadan əvvəl öz işgüzar münasibətlərdən istifadə edərək Cavabdeh1 Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət etmiş və orada təzyiqlər edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsassız olaraq iddianı təmin etmiş və qarşılıqlı iddianı təmin etməmişdir. Belə ki, İddiaçı 2014-cü ildə Cavabdeh1 borc verdiyi halda həmin bocrun qaytarılmadığı halda yenidən borc verməsi və notarius işindəndən göründüyü kimi həmin kredit müqaviləsi etibarsızdır. Onun tərəfindən "xxxx" ASC-də aparılmış bank əməliyyatlarına dair sorğu verilsə də sorğusuna cavab verilmədiyi üçün həmin kredit müqaviləsinin etibarsızlığını sübut etmək üçün məhkəmə tərəfindən sorğu verilməsi üçün vəsatətin təmin edilməməsi qətnamənin qanunsuz və əsassız olduğunu bir daha təstiq edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı 2014-cü ildə Cavabdeh1 borc verdiyi halda həmin bocrun qaytarılmadığı halda yenidən borc verməsi və notarius işindəndən göründüyü kimi həmin kredit müqaviləsi etibarsızdır.
13. Tərəfindən "xxxx" ASC-də aparılmış bank əməliyyatlarına dair sorğu verilsə də sorğusuna cavab verilmədiyi üçün həmin kredit müqaviləsinin etibarsızlığını sübut etmək üçün məhkəmə tərəfindən sorğu verilməsi üçün vəsatətin təmin edilməməsi qətnamənin qanunsuz və əsassız olduğunu bir daha təstiq edir
14. Hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi MPM-nin 390,180-ci maddələrinin tələblərini pozduğuna görə ciddi prosessual pozuntulara yol vermiş və bu səbəbdən onun çıxartdığı 2(060)-5186/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında ilk İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
29. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
32. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5186/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin faktiki hallarından görünür ki, kreditor İddiaçı ilə borc alan Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə kreditor 120000 ABŞ dolları məbləğində pul borc verir, borc alan həmin pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam şəkildə kreditora qaytarmağı öhdəsinə götürür.
43. Qətnaməni mübahisələndirilən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, məhkəmə kollegiyası ünvan 3 ünvanlayaraq borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş 3M-2928 reyestrli Kredit müqaviləsi üzrə notariat işində olan pul vəsaitinə dair məxaric orderinin əslinin (əgər mövcuddursa, olmadığı halda bu barədə məlumatın) təqdim edilməsini tələb etmişdir.
44. Məhkəmə kollegiyası həmçinin xx.xx.2025-ci il tarixdə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin etmiş, eyni zamanda eyni tarixli sübutların təmin edilməsinə dair qərardadla borc verən İddiaçı ilə borc alan X3 arasında Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş 3M-2928 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli məxaric orderinin əslinin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilməsi, sənədin əslinin məhkəməyə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. Qeyd edilən qərardadla Bakı şəhəri 6 saylı Notariat Ofisində xx.xx.2020-ci il arixdə rəsmiləşdirilmiş 3M- 2928 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin əsli məhkəmə təqdim olunmuşdur (iş mat. səh. 186).
45. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsinə dair vəsatətdə Cavabdeh1 oğunun 3-5 sənəddə kiril qrafikalı əlifba ilə icra olunmuş və qarışıq mətndən ibarət eksperimental xətt və sərbəst imza nümunələrinin Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən vəsatətlə bağlı müvafiq olaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli məktubların göndərilməsinə baxmayaraq apellyasiya şikayəti vermiş şəxs əlavə xətt və imza nümunələrini təqdim etməmişdir.
46. Belə ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin iddiaçı iddiasının əsasını təşkil etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilmişdir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
49. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
50. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
51. Bu baxımdan, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 2(060)-5186/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 2(060)-5186/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.