Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-533/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə (Açar sözlər:kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması tələbi, kredit müqaviləsinin etibarsız hesab edilməsi, əqdlərin etibarsızlığı, uydurma əqd) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İlk iddiaçının nümayəndəsi Budaqova ElmiraFiruddin qızının, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlk İddiaçı QSC BOKT-un Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3478/2022 nömrəli qətnaməsindən ilk İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə, 11358 saylı kredit müqaviləsindən görünür ki, borcverən qismində bank tərəfindən borcalan Cavabdeh 12 faiz olmaqla 60 ay müddətinə ******* manat məbləğində pul vəsaiti kredit verməyi öhdəsinə götürmüş, borcalan isə həmin kredit məbləğini şərtləşdirilmiş qaydada qaytarağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli məxaric qəbzinin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə ******* manat pul vəsaiti Cavabdeh tərəfindən imza etməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "Aqrarkredit” QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlərin SFK-34 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250 manat, faiz borcu üzrə 158.287.50 manat olmaqla, cəmi 1 414.537.50 manat məbləğində borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanın məzmunundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. xx.xx.2021-ci il tarixli, 4544 saylı Bildirişin məzmunundan görünür ki, X15 Edilməsi Agentliyi Cavabdeh məktub ünvanlayaraq, borcun ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün məzmunundan görünür ki, həmin hökmlə X7, X10, X17, X8, X11, X12, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2, 308.2, 309.2, 313-cü və digər maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşdur.Həmçinin, həmin hökmün məzmununda qeyd olunmuşdur ki, X1 Nəsib Nafik oğlunun adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsinə əsasən ******* manat kredit kimi rəsmişləşdirilmiş, həmin nağd pul vəsaiti filialların adiyyəti əməkdaşları və qeyriləri vasitəsilə filialların kassasından götürüb mənimsəməklə (dəstə halında) "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur, "xxxx" ASC-nin mülki iddiası təmin edilərək, ondan 7.007.423,87 manat pul alınaraq İddiaçı QSC BOKT-a verilməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250.00 manat, faiz borcu üzrə 158.287.50 manat olmaqla, cəmi 1414.537.50 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 1497,27 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X15 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X15 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər SFK-34 saylı, 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filalı ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixdə, N 11358 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1 256 250 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1 256.250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158 287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh İddiaçı QSC BOKT-a qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11358 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin onun hesabından silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəqliyyat filalı ilə onun arasında xx.xx.2014-cü il tarixdə, 11358 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1 256 250 manat məbləğində pul vəsaiti verilmişdir. Əslində həmin vaxt ona heç bir pul vəsaiti verilməmişdir. Həmin müqavilədə qeyd olunan pullar bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmü ilə “İnter Sekyuriti MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən "xxxx" ASC-nin İdarə Heyətinin sədri işləmiş Cahangir Hacıyevlə əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 saylı, 01 iyun 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmış və həmin tarixdən hökm qanuni qüvvəsini almışdır. Həmin hökmə əsasən iddiaçının adına rəsmiləşdirilmiş, yuxarıda qeyd olunan müqavilə külli miqdarda pul vəsaiti iş üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Göründüyü kimi, adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə kredit vəsaitləri ona verilməmişdir. Bu hallar qanunla qüvvəyə minmiş hökmlə tam təsdiqini tapır. Ona görə də cavabdehlə bağlanmış qeyd olunan müqavilə uydurma əqd olduğundan etibarsız hesab edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3478/2022 nömrəli qətnaməsi ilə ilk İddiaçı QSC BOKT-un Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması barədə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11358 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcu və ona hesablanmış faizlərin iddiaçı Cavabdeh hesabından silinməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11358 nömrəli kredit müqaviləsinə əsasən 1.250.000 manat pulun bankın İHnin sədri və bankın başqa əməkdaşları tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, eyni zamanda həmin müqavilə üzrə dəymiş ziyanın cinayət törətmiş şəxslərdən tutulması barədə mülki iddialar təmin edildiyindən hazırki iş üzrə iddiaçı "xxxx" QSC BOKT-un həmin kredit müqaviləsi üzrə cavabdehdən əsas və faiz borcunun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Əqdin etibarsızlığı barədə iddialara baxılarkən məhkəmə ilk növbədə tərəflərin əsl niyyətinin hansısa hüquqi nəticə əldə etməyə yönəlibyönəlmədiyini aydınlaşdırmalı, müqavilədəki iradə ifadələrinin həqiqi məzmununu müəyyən etməli, bu zaman tərəflərin müqavilədən öncəki və sonrakı davranışları nəzərə alınmalıdır. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəqliyyat filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 11358 saylı Kredit müqaviləsi aldadılma nəticəsində bağlanmış, müqavilə Cavabdeh həqiqi iradəsini ifadə etməmişdir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 443.1, 445.2.1, 324.1, 324.2, 324.4 və 324.5, 337.1, 337.3, 337.4, 339.2 və 339.6-cı maddəsinə maddəsinə istinad etmişdir. Həmin qətnamədən ilk iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilk iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini məhkəmə cavabdehin verdiyi izahata uyğun əsaslandırma aparmış, kredit müqaviləsinin əsasında pul vəsaitinin cavabdehin adına ayrılan kredit vəsaitinin bankın xəzinəsində qalması və bankın rəhbərliyi tərəfindən mənimsənilməsildiyi qeyd olunmuş, halbuki cavabdehin pul vəsaitinin qəbul etməsi barədə xx.xx.2014-cü il tarixli məxaric orderini imzalanması barədə mötəbər sübut mövcud olması kimi halları ilə əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İlk İddiaçı QSC BOKT-un nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 135.1 Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 159 Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1 Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 181.1 Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2 Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Maddə 339.6-bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə hökmü ilə Cavabdeh adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsinə əsasən ******* manat kredit kimi rəsmişləşdirilmiş, həmin nağd pul vəsaiti filialların adiyyəti əməkdaşları və qeyriləri vasitəsilə filialların kassasından götürüb mənimsəməklə (dəstə halında) "xxxx" ASC-yə külli miqdarda ziyan vurulmuşdur,habelə "xxxx" ASC-nin mülki iddiası təmin edilərək, ondan 7.007.423,87 manat pul alınaraq İddiaçı QSC BOKT-a verilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə mübahisə predmetini məhz tərəflər arasında bağlanılmış 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsi təşkil edir. İlk iddiaçı ilk iddia tələbinin əsası kimi qeyd edilən kredit müqaviləsi üzrə müvafiq məbləğdə krediti cavabdehə təhvil verdiyini, cavabdeh tərəfnidən həmin müqavilə üzrə borc öhdəliyini icra etməməsi halına istinad etmişdir. Qarşılıqlı iddiaçı isə qarşılıqlı iddia tələbinin əsası kimi qeyd edilən kredit müqaviləsinin onun adından bağlanılanılaraq, kredit məbləğinin başqa şəxs tərəfindən mənimsənilməsi, onun aldadılaraq bağlanılması, heç bir pul vəsaiti əldə etməməsi kimi hallarla əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmçinin, qeyd olunmuşdur ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;əqdin formasına dair şərtlər.Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə kollegiyası onu qeyd edir ki, tərəflər arasında olan müvafiq kredit müqaviləsinin başqa şəxs tərəfindən cavabdehin adına rəsmiləşdirməsi, habelə həmin müqavilə üzrə kredit məbləği olan pul vəsaitinin məhz başqa şəxs tərəfindən mənimsənilməsi, həmin şəxsdən mülki iddia qaydasında qeyd edilən pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi halları müvafiq məhkəmə hökmü ilə müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan kredit müqaviləsi borcalan qismində çıxış edən cavabdehin iradə ifadəsini özündə ehtiva etməmiş, cavabdehin həqiqi iradə ifadəsinin nəticəsi kimi ortaya çıxmamış, cavabdeh tərəfindən öz razılığı əsasında bağlanılmamış, habelə pul vəsaiti onun tərəfindən təhvil alınmamışdır. Qeyd olunan şərtlərə əməl edilməməsi halı isə həmin kredit müqaviləsinin etibarlı əqd qismində çıxış etməsini istisna edir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin əsası kimi istinad olunan hallarla bağlı onu qeyd edir ki, kredit müqaviləsi üzrə pul vəsaitinin cavabdeh tərəfindən təhvil alınmasına dair kassa məxaric orderi mövcud olsa da, həmin sənədin təsdiq etdiyi hallar müvafiq məhkəmə hökmü ilə təkzib edilmişdir. Ona görə də hazırki mülki iş üzrə qeyd edilən sənəd həmin halları təsdiq edən sübut qismində qiymətləndirilməmişdir. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 748,64 manat məbləğində dövlət rüsumu ilk iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3478/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 748 (yeddi yüz qırx səkkiz) manat 64 qəpik məbləğində dövlət rüsumu ilk iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-533/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-533/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver