Məhkəmə qərarları › İş №2(105)-1984/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1984/2021

03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1984/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2013-cü il tarixli, 2V- 01/383 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-ci maddəsinə əsasən, tələbini dəqiqləşdirərək, 21.09.2013-cü il tarixdə X1 vərəsələri arvadı - X5, qızları – Cavabdeh3 və X3 verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21.09.2013-cü il tarixdə verilmiş reyestrdə 2V-01/386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi qət edilmişdir (hakim S.Ə.Məmmədov). Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 2(027)-740/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsini nəzərə alınmaqla Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh3 apelyasiya şikayəti verərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 2(027)-740/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsini nəzərə alınmaqla Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayçəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, qanuni qüvvəsini almış qətnaməyə əsasən iddiaçının mübahisələndirdiyi şəhadətnamə artıq etibarsız hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Mülki iş üzrə cavabdeh Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində, notariat ofisində gərgin iş rejimi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini nəzərə alaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-ci maddəsinə əsasən, tələbini dəqiqləşdirərək, 21.09.2013-cü il tarixdə X1 vərəsələri arvadı - X5, qızları – Cavabdeh3 və X3 verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarıqnda olan Quba Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli, 2(027)- 740/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Quba rayon notariat kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26.04.2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, 09.09.2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24.12. 2011-ci il tarixdə vəfat etmiş X4 məxsus olan və ondan miras qalmış Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evinə dair X5, Cavabdeh3 və X2 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş, 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2013-cü il tarixli, 2V-01/383 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21.09.2013-cü il tarixdə verilmiş reyestrdə 2V- 01/386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi qət edilmişdir Yəni hər iki qətnamə ilə iddiaçının notariat orqanına qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair dair iddiası təmin edilmiş və hər iki qətnamə ilə də Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21.09.2013-cü il tarixdə verilmiş reyestrdə 2V-01/386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi qət edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, daha əvvəl hazırki iş üzrə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş olmuş, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməli olduğu halda mahiyyəti üzrə baxmış, nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir, belə ki, cavabdeh apnelyasiya şikayətində qətnamənin ləğv edilməklə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apnelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261,263-264, 267-268, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-331/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar