Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1986/2021 19.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, X5 və X2 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(029)-159/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(029)-159/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Qusar rayonu Həsənqala kəndində yerləşən İddiaçı, Cavabdeh2, üçüncü şəxslər X6, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, X5, X7 və X2 birgə mülkiyyətində olan 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Qusar rayon notariat kontorunda bağlanmış 30 dekabr 2003-cü il tarixli, 3m-02- 248 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Qusar rayonu Həsənqala kəndində yerləşən, onun, Cavabdeh2, X6, X3, X5, X7 və X2 ümumi birgə mülkiyyətində olan 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Həsənqala kəndində yerləşən 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, Cavabdeh2, X6, X3, X5, X7 və X2 ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 onun atasıdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, atası Cavabdeh2 30 dekabr 2003-cü il tarixdə 99 illik icarə müqaviləsi bağlayaraq onların ümumi birgə mülkiyyətində olan 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh1 icarəsinə vermişdir. Həmin müqavilə Qusar rayon notariat kontorunda təsdiq olunmuşdur. Bu barədə nə onun, nə də Cavabdeh2 istisna olmaqla, digər mülkiyyətçilərin xəbəri olmamışdır. O, həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə olunduğunu gördükdən sonra torpaq sahəsinin xəbəri olmadan satıldığını zənn edərək atası Cavabdeh2 müraciət etmiş, sonuncu torpaq sahəsini heç kimə satmadığını bildirmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayında ərizə ilə Qusar rayon Polis şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmış və məlum olmuşdur ki, yuxarıda göstərilən icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin mövcud olması barədə indiyədək heç bir məlumatları olmamamış, belə bir müqavilənin bağlanmasına onun razılığı alınmamış, nəticədə isə heç bir qanuni əsas olmadan həmin torpaq sahəsinə dair mülkiyyət hüququ pozulmuşdur. Həm də məlum olmuşdur ki, icarə müqaviləsi onun və digər mülkiyyətçilərin adlarına çıxarış verilməmişdən əvvəl bağlanmışdır. Bu isə həmin icarə müqaviləsinin, ümumiyyətlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını təsdiq edir. Belə olan halda, torpaq sahəsi icarəyə verilərkən həm də torpaq qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdehlər Cavabdeh2lə Cavabdeh1 arasında torpaq sahəsinə dair sərəncam hüququ üzrə icarə müqaviləsi bağlanarkən onun birgə mülkiyyətçi kimi razılığı alınmadığından və bununla da Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığından həmin müqavilə etibarsız hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, qətnamədə göstərilmişdir ki, onunla iş üzrə Cavabdeh2 arasında bağlanmış torpaq icarə müqaviləsi guya bələdiyyə binasında bağlanmış, notariusa gedilməmişdir. Cavabdeh2 məhkəməgə göstərdikləri həqiqətə uyğun deyildir, icarə müqaviləsi Qusar rayon notariat kontorunda bağlanmış, müqavilə bağlanarkən nə Cavabdeh2, nə də ailə üzvləri heç bir narazılıq bildirməmişlər. Hazırda İddiaçı cavabdeh qismində göstərdiyi atası Cavabdeh2lə birləşərək 99 il müddətinə icarəyə verdikləri torpağın dəyərini əlavə olaraq almaq və həmin torpaq sahəsini digər şəxsə satmaq niyyətindədirlər. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, Tahirova (Rzayeva) Elnarə Kəbir qızı, X9 və X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 və Qusar rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Həsənqələ kəndi ərazisində yerləşən 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2, İddiaçı, X6, X3, X5, X7 və X2 adlarına 20.11.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qusar rayonu Həsənqələ kəndi ərazisində yerləşən 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən 20.11.2008-ci il tarixdə AA seriyalı, 009683 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Qusar rayon notariat kontorunda 30 dekabr 2003-cü il tarixdə bağlanılaraq 3M-2-248 nömrə ilə reyestrdə qeydə alınmış icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Qusar rayonu Həsənqala kəndində yerləşən 0,78 ha torpaq sahəsini Cavabdeh1 99 il müddətinə kənd təsərrüfatı məqsədləri üçün icarəyə vermişdir. İş materiallarında olan Qusar rayonu Balaqusar bələdiyyəsi tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, 238 saylı arayışdan görünür ki, Cavabdeh2 və mərhum anasına məxsus olmuş icarəyə verilmiş 0,88 ha torpaq sahəsinin 2018-2019-cu illər üzrə torpaq vergiləri icarəçi X10 tərəfindən Balaqusar bələdiyyəsinə ödənilməmişdir. İş materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh2 ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli, 05/01-R-32/13 saylı məktubdan görünür ki, Qusar rayon Dövlət Notariat Ofisində 30 dekabr 2003-cü il tarixdə 3M-2-248 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət Notariat Arxivinə daxil olmuş müraciətinə baxılmış, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 29 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, torpaq sahəsinin qaytarılmasına dair tələbi mülki mübahisəli olduğundan həmin tələb üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu izah edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası MM-nin 152.1, 337.1, 337.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 82, 84, 56, 66, 67-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına tam uyğundur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Həsənqələ kəndi ərazisində yerləşən 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2, İddiaçı, X6, X3, X5, X7 və X2 adlarına 20.11.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qusar rayon notariat kontorunda 30 dekabr 2003cü il tarixdə 3M-2-248 sayla reyestrdə qeydə alınmış icarə müqaviləsinə əsasən Cavabdeh2 Qusar rayonu Həsənqala kəndində yerləşən 0,78 ha torpaq sahəsini Cavabdeh1 99 il müddətinə kənd təsərrüfatı məqsədləri üçün icarəyə vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən tələb edilərək işə əlavə edilmiş notariat işinin surətindən görünür ki, 30 dekabr 2003-cü il tarixli icarə müqaviləsi bağlanarkən İddiaçı, X6, X3, X5, X7 və X2 razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 52-ci maddəsinə görə torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu hissəsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifə borclarından biridir. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MM-nin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə görə birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Qusar rayonu Həsənqala kəndində yerləşən 0,7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh2, X18 oğlunun, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, X5, X7 və X2 ümumi birgə mülkiyyətində olduğundan, həmin torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin razılığı olmadan Cavabdeh2 ilə Cavabdeh1 arasında Qusar rayonu notariat kontorunda 30 dekabr 2003-cü il tarixdə 3M-02-248 reyestr nömrəsi ilə qeydə alınmış 99 illik icarə müqaviləsi bağlandığından, icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(029)-159/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1986/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1986/2021
19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver