Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1992/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1157/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilməsi, İddiaçı **********04680 saylı abonent hesabına 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat məbləğində borc, 30 iyun 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat məbləğində borc, 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc və 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc pul onun abonent hesabından silinməsi qət edilmişdir. Cavabdeh İB qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 23 iyul 2020-ci il tarixli,“0242576” nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 iyul 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borcun və Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc olmaqla, cəmi 2462,40 (iki min dörd yüz altmış iki manat qırx qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun hazırda yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə G-4 markalı, **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 19 mart 2020-ci il tarixdə həmin fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı **********5 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ZENNER G-4 **********9 markalı qaz sayğacı quraşdırılmışdır. 23 iyul 2020-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 19 mart 2020-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbi ilə dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0242576” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 iyul 2020-ci ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 2160 kub metr qazdan istifadəyə görə 216 (iki yüz on altı) manat məbləğində borc hesablanmışdır. Daha sonra 04 mart 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********9 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ZENNER G-4 **********8 markalı qaz sayğacı quraşdırılmışdır. 30 iyun 2022-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 04 mart 2022-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacından qaz keçsə də, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsi ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 iyun 2022-ci ildə dəymiş ziyanın bərpasına dair tələbnamə “qərar” qəbul edilmiş və ona 1440 kub metr qazdan istifadəyə görə 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Daha sonra yenidən 01 sentyabr 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********8 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ZENNER G-4 **********589 markalı qaz sayğacı quraşdırılmışdır. 30 dekabr 2022-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 01 sentyabr 2022-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və sayğacın membranının fasilələrlə işləməsi səbəbi ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 dekabr 2022-ci ildə dəymiş ziyanın bərpasına dair tələbnamə qərar qəbul edilmiş və ona 8640 kub metr qazdan istifadəyə görə 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Bir daha 05 yanvar 2023-cü il tarixdə yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********589 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə STS tipli, ZENNER markalı **********336 markalı qaz sayğacı quraşdırılmışdır. 31 yanvar 2023cü il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 05 yanvar 2023-cü il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının ECD ekranının sınması və göstəricilərin və informasiyanın oxunmaması səbəbi ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 31 yanvar 2023-cü ildə dəymiş ziyanın bərpasına dair tələbnamə “qərar” qəbul edilmiş və ona 8640 kub metr qazdan istifadəyə görə 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İB Quba Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları isə iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Xaçmaz RQİİ-nin Quba XS-nin satış xidmətinin işçiləri hər dəfə İddiaçı yaşadığı evə gələrək qaz sayğacını xətdən açaraq növbəti dövlət yoxlamasına göndərmişlər. laboratoriyada sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, bu barədə verilmiş rəylərə əsasən satış xidmətinin işçiləri tərəfindən abonent barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında müvafiq aktlar yazılmış, iddiaçının hesabına itirilmiş qazın bərpası üçün müvafiq dəymiş ziyan məbləğləri yazılmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1157/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək abonent İddiaçı hesabından 2462,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. birinci instansiya məhkəməsi cavabdeh tərəf kimi məhkəmə baxışı mərhələsində Cavabdeh təqdim etdiyi aktlara sübut kimi qətnamədə münasibət bildirməmiş, qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması, təsdiq edən sübutları cavabdehin təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Quba rayonu Zərdabi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi cərimənin silinməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1, 1097-ci maddələri, “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 7-ci bəndi təşkil edir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 7-ci hissəsinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qanunvericiliyin tələbinə görə iddiaçı yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə nəticəsində qaz paylayıcı Cavabdeh İB-nə dəymiş ziyana görə məsuliyyət daşıyır. İşdən görünür ki, iddiaçının ünvanına quraşdırılmış sayğacla bağlı 4 akt tərtib edilmiş, həmin aktlarla bağlı iddiaçı imza etməkdən imtina etsə də, xx.xx.2020-ci il tarixli akta isə iddiaçı etiraz etməyərək imzalamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 30 iyun 2022-ci il tarixli ******* nömrəli akt, 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt və 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində düzgün nəticəyə gəlsə də, lakin iddiaçı 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələb etməkdə haqlı olmamış və birinci instansiya məhkəməsi də iddia tələbini bu hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat borcun silinməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsilə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar vəya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimənin silinməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat cərimənin silinməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1992/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1992/2023
20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver