Məhkəmə qərarları › İş №2(105)-2005/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2005/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2005/2020 22.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X14 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şabran rayon Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 5 saylı X15rşı əqdin etibarsız hesab edilməsi, torpaq sahəsinə və mənzilə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Şabran rayon Notariat Kontorunda cavabdehlər X24 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 4Ə-756 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında aparılmış bütün əməliyyatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək Şabran rayon Notariat Kontorunda cavabdehlər X24 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 4Ə-756 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında aparılmış bütün əməliyyatların etibarsız hesab edilməsi və Şabran şəhəri M.Əliyev küçəsi 17-ci məhlədə yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tərəfindən tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X12 mərhum oğlu Əliyev Elman Nöhəddin oğlu ilə faktiki olaraq 2003-cü ildə ailə qurmuş, el adəti ilə toyları olub, qaynatasının evinə gəlin köçmüşdür. Nikahları xx xxxxxx 2011-ci rəsmiləşdirilmişdir. Elmanla birlikdə qaynatasının evində yaşadıqları müddətdə Nuray adlı qızları dünyaya gəlmişdir. Qaynatasıgildə yaşadığı dövrdə Elman X11 adlı şəxsdən Şabran şəhəri, Mirzəağa Əliyev küçəsində yerləşən ünvandan fərdi yaşayış evi tikmək üçün 0,05 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində mərhum həyat yoldaşı Elmanla birlikdə çiyin-çiyinə birlikdə kərpic kəsərək ev tikmişlər. 2008-ci ildən həmin evdə köçüb yaşamışlar. Bu gün də onun cehiz əmlakı, nəyi varsa hamısı həmin ünvanda yerləşən evdədir. Tikdikləri evə köçəndən sonra orada onların qanuni nikahdan daha 2 uşaqları dünyaya gəlmişdir. Mübahisəli evdə yaşadıqları müddətdə həmin evi və həyətyanı torpaq sahəsini öz adlarına sənədləşdirmək istəyəndə onlara bildirdilər ki, guya torpaq sahəsini Elmana satan adam X11 vəfat etmiş, ona görə də evin və torpaq sahəsinin sənədləşməsini saxlamışlar. Mərhum həyat yoldaşı qaynanasının sözünə inanıb qərara aldı ki, evi tam təmir etsinlər, sonra məhkəmə vasitəsi ilə sənədləşdirərlər. Orada yaşadığı müddət ərzində bütün kommunal xərcləri özləri ödəmişlər. 2008-ci ildən bəri mərhum həyat yoldaşı ilə həmin evdə yaşamaqlarını bütün qonşular təsdiq edə bilərlər. Bütün qohum-qonşu təsdiq edər ki, göstərilən torpaq sahəsində mərhum həyat yoldaşı ilə o, birlikdə ev tikib yaşamışlar.Həyat yoldaşı Elman 2019-cu ilin avqust ayının 24-də dünyasını dəyişmişdir. Həyat yoldaşının ölümündən bir həftə sonra onun xəbəri və məlumatı olmadan qaynanası mübahisəli torpaq sahəsini Elmana satmış Əliyev Bəndalının sağ olduğunu və Xaçmaz rayonunda yaşadığını öyrənərək onu orada tapıb və yalandan Bəndalıya bildirib ki, verdiyi torpaq sahələri yanıb, ondan aldadaraq öz adına etibarnamə almışdır. bu baş verənlərin heç birindən xəbərləri olmamışdır. Əri Elmanın ölümündən sonra evi və torpağı öz adına sənədləşdirmək üçün müraciət edəndə ona bildiriblər ki, mübahisəli torpaq sadhəsini qaynanası oğlu Elnurun adına sənədləşdirmişdir. Bunun necə baş verdiyini araşdıranda məlum olmuşdur ki, qaynanası Bəndalını tapıb və onu aldadaraq ondan etibarnamə alaraq torpaq sahəsini oğlu Elnurun adına rəsmiləşdirmişdir. Halbuki cavabdehlərin- qaynanasının və ya qaynı Elnurun həmin torpaq sahəsini almasında, orada yerləşən evin tikilməsində heç bir əməyi, vəsaiti olmayıb, mərhum həyat yoldaşı Elmanla balaları üçün tikdikləri yuvaya heç bir əsas olmadan sahib çıxıblar. Cavabdeh Əliyeva Zəhrə torpaq sahəsini faktiki olaraq mərhum həyat yoldaşı Elmana satmış X3 etibarından sui-istifadə etməklə aldadıb aldığı etibarnamə əsasında oğlu-digər Cavabdeh1la ondan gizli və xəbərsiz əlaqəyə girərək mərhum həyat yoldaşı ilə birgə nikah dövründə birlikdə zəhmət çəkib əldə etdikləri torpaq sahəsini könüllü razılığı olmadan Şabran şəhəri, Mirzəağa Əliyev küçəsi, 3 saylı ünvanda yerləşən torpaq sahəsini və mənzilini iradəsi əleyhinə özgəninkiləşdirmişlər. Bu dələduzluğun üstü yalnız Notariat ofisinə müraciət edəndən sonra açılmış, onların etdiyi bu fırıldaqlar ona məlum olmuşdur. Beləliklə də cavabdehlər onun və ailə üzvlərinin sərəncamında olan torpaq sahəsini və mənzili ələ keçirməkdən ötrü onu aldatmışlar. Cavabdehlər Bəndalı Əliyevin ona satdığı torpaq sahəsini Bəndalını aldadaraq ondan etibarnamə almış, torpaq sahəsini Elnurun adına rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi isə tamamilə saxtadır, etibarsızdır, torpaq sahəsinin üstündə ev ola-ola torpaq sahəsinin alıq-satqısı aparılmış, evə dair isə sənəd verilməmişdir. Hal-hazırda cavabdeh müqavilənin ləğvindən imtina edir, könüllü olaraq haqqın, ədalətin bərpa olunmasını qəbul etmir, odur ki, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Şabran Rayon Məhkəməsinin 2(031)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və X12 nümayəndəsi və vəkili X16 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, İddiaçı cavabdehlərin keçmiş gəlinləridir. İddiaçı ilə cavabdehlərdən Zəhrənin oğlu və Elnurun qardaşı Əliyev Elman Nöhəddin oğlu faktiki olaraq el adəti ilə 2003-cü ildə ailə quraraq atasının evində yaşamışlar. İddiaçının mübahisələndirdiyi torpaq sahəsini iddiaçının qaynata və qaynanası digər cavabdeh Elnur üün almışdır. Onların ata evi xx xxxxxx 2009-cu ildə yanmışdır, bir otaq və bir aynabənd içindəki əşyalarla tamamilə yanmış, yalnız bir otağın əşyaları çıxarılmışdır. Evin yanması zamanı onlara ümumilikdə 20 min manat ziyan dəymişdir. 2010-cu ilin yay aylarında Cavabdeh1 valideynləri tərəfindən alınmış torpaq sahəsinin üzərində ev tikmişdir. Mərhum atası özü usta olmuşdur, demək olar ki, evi atası tikmişdir, evin tikintisinə Ramin adlı usta da köməklik etmişdir. Evin tikintisi başa çatdıqdan sonra Elnurun qardaşı Elman və onun ailəsi həmin evə köçmüşlər. Həmin evdə onların iki nəfər uşaqları da olmuşdur. Orada yaşadıqlarına görə kömunnal xərclərini də özləri ödəmişlər. İddiaçının əri Elman Əliyev vəfat edəndən sonra görmüşdür ki, iddiaçı evdə bir sıra dəyişikliklər edir. Buna görə də evin yerləşdiyi torpaq sahəsini Cavabdeh1 adına sənədləşdirmişlər. Lakin açarlar Güneldə olduğuna görə evi ölçüb-biçə bilməmişlər. Ona görə də evi Cavabdeh1 öz adına rəsmiləşdirə bilməmişdir.Odur ki, apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şabran rayon Dövlət Notariat Kontoru məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirkaı olmadan baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 5 saylı X20 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirdi ki, İddiaçı onun qızıdır. Qızı ilə Əliyev Elman Nöhəddin oğlu faktiki olaraq el adəti ilə 2003-cü ildə ailə qurmuşlar. Qızının əri Elman anası ilə gedib torpaq sahəsi almışdır. Torpağı neçəyə aldıqlarını bilmir. Həmin torpaq sahəsində təxminən 13-14 il bundan qabaq ev tikilmişdir. Evi qızı ilə Elman öz zəhmətləri ilə tikmişlər, onlara heç kəs köməklik etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 bildirdi ki, İddiaçı onun qardaşının qızıdır, Günelgilə gediş-gəlişi olmamışdır. Elmanla Günel ev tikmişlər, həmin evi nə vaxt tikdiklərini bilmir. Topağı kimin aldığını, torpağın kimin adına olduğunu da bilmir. Bacısıgilə gedib-gələndə görmüşdür ki, Elmangil həmin torpaq sahəsində ev tikirlər. Çünki Elmanın tikdiyi ev bacısıgildən 200-250 metr aralıda yerləşir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 bildirdi ki, İddiaçı onun bacısıdır. Bacısı Günel ilə Əliyev Elman Nöhəddin oğlu faktiki olaraq el adəti ilə 2003-cü ildə ailə quraraq qaynanasıgildə yaşamışlar. 2010-cu ildə qaynanasıgilin evi yandıqdan sonra həmin mübahisəli evə köçmüşlər. Torpaq sahəsini bacısı ilə onun həyat yoldaşı Elman almışdır. Onlar həmin evi bir yerdə tikmişlər, evin kərpicinə kimi özləri kəsmişlər. Evi təxminən 2008-ci ildə tikmişlər, həmin evdə onların iki uşaqları da olmuşdur, birinci uşaqları isə qaynanasıgildə olmuşdur. Son vaxtlar Elmanla bacısı arasında mütəmadi olaraq dava-dalaş olmuş, Elman bacısını döymüşdür. Bacısı da məcbur olaraq çıxıb ata evinə gəlmişdir. Bu hadisə Elman ölməmişdən qabaq olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 bildirdi ki, o, həmin torpaq sahəsini 1991-ci ildən qabaq almışdır. O, əvvəllər Şabran şəhərində yaşamışdır. Mübahisəli torpaq sahəsini hələ 1991-ci ildə Zəhrəyə satmışdır, həmin vaxt bütün torpaq sahəsinə dair sənədlərini Zəhrəyə vermişdir. Lakin sənədləşmə işləri aparılmamışdır. 2019-cu ildə isə Zəhrə oğlu Elnurla onun yaşadığı ünvana gəlmiş, o, da ona etibarnamə vermişdir. Elmana torpaq satmamışdır. Onu heç kim aldatmamışdır, etibarnaməni özü vermişdir, onu məcbur edən olmamışdır. Pulunu alıb torpağı satmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 bildirdi ki, Əliyeva Zəhrə onun bacısıdır. Elmanla Günel ailə qurduqdan sonra bacısının evində qalırdılar. Təxminən 2009-cu ilin fevral ayında evləri yandıqdan sonra bacısıgil yığışaraq ev tikmişlər, Elmanla Günel həmin evə köçmüşlər. Evi ailəvi olaraq tikmişlər. Elnurun da öz evi olmuşdur, kirayədə yaşamamışdır. Elnur ev yanan vaxtı subay idi. Ev yanandan sonra hamısı təzə tikilən evdə bir yerdə yaşamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 bildirdi ki, Zəhragili onun qonşusudur. Onların evlərinin yanmasını görmüş, həmin vaxt onlara köməklik etmişdir. Elnur və qardaşı evin tikintisində çalışmışlar. Həmin evdə iki ailə birlikdə yaşamışlar. O, Güneli tanımamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirdi ki, hər iki tərəfi tanıyır, hər iki tərəflə münasibəti yaxşı olmuşdur. Təxminən 10 il əvvəl onların evləri yanmışdır. Ev yanandan sonra təzə evi birlikdə tikərək oraya köçmüşlər. Elman da ölənə kimi həmin evdə yaşamışdır. Elman ölməmişdən qabaq Günel acıq edib evdən çıxıb getmişdir. O, Güneldən evə qayıtmasını xahiş etmiş, lakin Elman içki içdiyindən Günel evə qayıtmağa razı olmamış, içkini tərgitdikdən sonra evə qayıdacağını demişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəsi və xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şabran şəhərində X3 mülkiyyətində 0.05 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Şabran rayon Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, ********** qeydiyyat nömrəsi və xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X5 məxsus 0.05 ha həyətyanı torpaq sahəsini X24 (X11 əvəzində) Cavabdeh1 4500 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi və xx.xx.2019. qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Şabran şəhərində Cavabdeh1 mülkiyyətində 0.05 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Əliyev Elman Nöhəddin oğlu ilə İddiaçı arasında xx.xx.2011-ci ildə rəsmi nikah bağlanmış, birgə nikahlarından xx.xx.2004cü ildə Nuray, xx.xx.2009-cu ildə Pünhan və xx.xx.2012-ci ildə Reyhan adlı uşaqları olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 033395 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyev Elman Nöhəddin oğlu xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsi təhqiqat şöbəsinin xx xxxxxx 2009-cu il tarixli qərarında görünür ki, xx xxxxxx 2009-cu ildə Dəvəçi (Şabran) şəhəri, Cavabdeh2 küçəsində Əliyev Nöhəddin Hacıbala oğluna məxsus yaşayış evi yanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin ********** qeydiyyat nömrəsi və xx.xx.2019. qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X3 mülkiyyətində olmasını, həmin torpaq sahəsinin xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən X11 əvəzindən X25 tərəfindən Cavabdeh1 4500 manata satılmasını, torpaq sahəsinin ********** qeydiyyat nömrəsi və xx.xx.2019. qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Cavabdeh1 adına rəsmiləşdirilməsini, həmin torpaq sahəsinə iddiaçının heç bir hüququnun olmamasını, iddiaçının həmin müqaviləni mübahisəlndirməyə subyektiv hüququnun olmamasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə təsdiq edilir ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi X3 mülkiyyətində olmuş, həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən X11 əvəzindən X25 tərəfindən Cavabdeh1 4500 manata satılmış və torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmiş və müvafiq Çıxarış alınmışdır. Məhkəmə qeyd etmişdir ki, ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələblərinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin 3 hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi əsasızdır. Azərbaycan Respublikası Mülki Məclləsinin 337.2-ci maddənin tələblərinə əsasən müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. elə ki, Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq alanla satanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı öhdəlik münasibətinin subyekti (alan və ya satan) deyil və iddiaçının, öhdəlik münasibətinin obyektinə (mənzilə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Müəyyən olunmuşdur ki, qeyd olunan mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdeh Əliyeva Zəhrə tərəfindən öz ailəsinin vəsaiti hesabına əldə olunmuşdur. Torpaq sahəsi iddiaçı ilə cavabdehlərin ümumi mülkiyyəti olmamışdır, həmin torpaq sahəsinə iddiaçının heç bir hüququ yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb oluna bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq və hüquqi vəzifə müqavilənin tərəflərinə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüququ olmadığından, torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alqı-satqı müqavilələnin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və iddianın birinci hissəsi kimi alqı-satqının etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. İddianın torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə mülkiyyət hüququnun tanınması hissəsinə gəlincə, məhkəmə iddianın həmin hissəsinin də təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə mübahisələndirilən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüququ olması müəyyən edilmir və bu səbəbdəndə iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə dair bağlanmış əqdi mübahisələndirməsi üçün subyektiv hüququ mövcud deyildir. Bundan başqa iddia tələbinin torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə mülkiyyət hüququnun tanınması hissəsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi və xx.xx.2019. qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X3 mülkiyyətində olmuş, X11 ilə Cavabdeh1 arasında Şabran rayon Notariat Ofisində xx.xx.2019-cu ildə AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin alqı-satqı müqaviləsi əsasındə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi və xx.xx.2019. qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi qanuni əsaslarla alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına dövlət reyestrində rəsmiləşdirildiyindən həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun tanınması torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər ki, bu da qanunvericiliklə qadağandır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X17, Şabran rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı X15rşı əqdin etibarsız hesab edilməsi, torpaq sahəsinə və mənzilə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 2(031)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-236/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar