Məhkəmə qərarları › İş №2(105)-2005/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2005/2022

12.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2005/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadından Cavabdeh1 QSC tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun tutulması və işığın ünvanda bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 QSC-nin vəsatəti təmin edilməmişdir. Cavabdeh "xxxx" QSC Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)- 2775/2022 nömrəli qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadından verilmiş şikayət təmin edlməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarında barəsində şikayət verilən məhkəmə aktı- Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 361.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi barəsində şikayət verilən məhkəmə aktının mövcud olub-olmamasına diqqət yetirməmiş, şikayətin prosessual hüquq normalarının tələblərinə uyğunluğunu yoxlamamış və barəsində şikayət verilən məhkəmə aktı mövcud olmadığı halda şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda şikayətin mümkünlüyü üçün əsaslar mövcud olmadığına görə işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Ona görə də mülki iş qeyd olunan pozuntuların aradan qaldırılması və şikayətin prosessual hüquq normalarının tələblərinə uyğunluğu yenidən yoxlanması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadından Cavabdeh1 QSC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Cavabdeh1 QSC tərəfindən verilmiş şikayətin prosessual hüquq normalarının tələblərinə uyğunluğunun yenidən yoxlanması və yol verilmiş pozuntuların aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar