Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2016/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı Adigözəlova Rəmziyyə Cəfər qızının və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3297/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3297/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aid **********00630 saylı abonent koduna xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 444.60 manat və xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1254.60 manat borcun silinməsi, iddianın verilməsinə görə 37 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Qaz İstismar İdarəsinin əməkdaşlarının tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli və ******* №-li, xx.xx.2018-ci il tarixli aktlarının ləğv edilməsi və əsassız hesablanmış cərimə borclarının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, ******* №-li akt əsasında əsassız hesablanmış 444.60 manat və xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, ******* №-li akt əsasında əsassız hesablanmış 810 manat, cəmi 1254.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 63 onun mülkiyyətindədir. «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən əvvəlki mülkiyyətçi atası X2 xəbər və iştirakı olmadan həmin ünvana təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli akta əsasən “abonentin təbii qazdan sayğacdankənar istifadə etdiyi tərəfimizdən aşkarlandı” qeyd edilməklə cərimə hesablanmışdır. Eyni zamanda ******* №-li, xx.xx.2018-ci il tarixli akta əsasən “qaz xəttinə baxış zamanı abonent sayğacdankənar, rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edir” qeyd edilməklə cərimə hesablanmışdır. Həmin aktların mövcud olmasından və cərimələr hesablanmasından təxminən 2019-cu ilin fevral ayının əvvəllərində Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinə dəvət olunarkən, daha sonra xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Sumqayıt şəhər Qaz İstismar İdarəsinə müraciət edərək cərimə barədə məlumatları əldə edərkən xəbər tutmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, aktlar tərtib edilərkən onun iştirakı təmin olunmalı olmasına baxmayaraq iştirakı təmin edilməmiş, aktın bir surəti ona təqdim edilmədən guya onun aktı almaqdan imtina etməyi qeyd olunmaqla cavabdehin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş, bu zaman hal şahidləri aktın tərtib edilməsində iştirak etməmişlər. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 63 saylı fərdi yaşayış evinə Birliyin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan İddiaçının **********00630 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş və aktda sayğacda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə olunduğu aşkar olunmuş” barədə akt yazılmışdır. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2018-ci il tarixli akta əsasən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 77 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 103 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 103 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 444.60 (dörd yüz qırx dörd manat 60 qəpik) manat, xx.xx.2018-ci il tarixli akta əsasən Qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası hesablanmışdır. İddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında Dövlətə vurulan ziyan müəyyən edilərək xx.xx.2018-ci il tarixli akta əsasən 444.60 manat və xx.xx.2018-ci il tarixli akta əsasən 810 manat məbləğində itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2018-ci ilin dekabr ayından abonent saldosunda qeyd edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız olaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinə əsasən iddiaçı Sumqayıt şəhəri abonenti İddiaçı hesablanmış 444.60 manat və 1254.60 manat məbləğində cərimə borcunun silinməsini qət etmişdir. Məhz belə səhv nəticəyə gəlmiş birinci instansiya məhkəməsi nəticədə əsassız qərar qəbul etmişdir. İş materiallarında yer alan xx.xx.20218-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli Tələbnamədə öz əksini tapan 2223m və xx.xx.2018-ci il tarixli, Tələbnamədə öz əksini tapan 8100m qeydə alınmayan və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 444,60 manat və 810 manat dəymiş ziyan məbləğinə birinci instansiya məhkəməsi cəimə kimi hüquqi qiymət vermişdir. Daha sonra isə cərimə borcu kimi qələmə verdiyi məbləğin silinməsinə dair qətnamə qəbul edərkən ******* saylı akta əsasən abonentə hesablanmış 810 manat məbləği 1254.60 manat borc kimi qeyd edərək səhv nəticəyə gəlmişdir. Belə olmasaydı məhkəmə itirilmiş təbii qazın dəyərini cərimə ilə səhv salmazdı və eyni zamanda hansı riyazi hesablamalar nəticəsində 1254.60 manatın ortaya çıxmasını qətnamədə əsaslandırardı. Lakin məhkəmə abonentə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin qoşulması nəticəsində tərtib edilmiş aktlar əsasında hesablanmış təbii qazın itirilməsi hesabatına diqqət yetirməmiş və abonentin saldosuna isə ümumiyyətlə nəzərdən keçirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hərtərəfli tam araşdırılmasını təmin etməmişdir. Qeyd olunmalıdır ki, abonentə məxsus fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, saldoya nəzər salanda görünür ki, abonentin ödənişlərində 2018ci, 2019-cu və 2020-ci illər üçün hər ay ödənilmiş məbləğlərdə ödənişlər azalmağa doğru getmiş və bu da onu göstərir ki, abonent qeyri-qanuni qaz xəttindən istifadə etməklə faktiki işlətdiyi təbii qazın ödənişindən boyun qaçırmışdır. Lakin məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın təmin edilməsinə deyil, iddia tələbinin rədd edilməsinə əsasdır. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göstərilənləri nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş ediltmişdir. Apellyasiya baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00630 olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aktlara görə 444.60 manat və 810 manat borc hesablanmışdır. Mülki işdə olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, qaz xəttinə baxış zamanı abonentin sayğacdankənar, rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdır. Yenə mülki işdə olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 8100 m3 müəyyən olunmuşdur. Yenə də iş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, qaz xəttinə baxış zamanı abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi aşkar olunmuşdır. İşə əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 77 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 103 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 103 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2223 m3 müəyyən olunmuşdur. Mülki işdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində Nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 226 №-li arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, X9 qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 63 saylı evin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli, 204091 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yenə işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********05-1301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X9 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 63 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv/m olan fərdi yaşayış evindən və 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 həmin şəhadətnamənin həqiqiliyini təsdiq etmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3297/2022 nömrəli qətnaməsi 1254.60 manat borcun silinməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədə 12 fevral və 22 dekabr 2018ci il tarixli aktlara əsasən müvafiq olaraq 444.60 manat və 810 manat məbləğində itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuşdur. Aktlar tərtib edilən zaman evin mülkiyyətçisi iddiaçının atası X5 olmuş, iddiaçı isə onun vərəsəsi, hüquqi varisi, hazırda əmlakın tam mülkiyyətçisidir. Həmin aktlarda abonentin imzası, eləcə də qeyri-qanuni istifadəyə dair videoyazı mövcud deyildir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçınn sayğacdankənar qazdan qeyri-qanuni istifadə etməsi cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən təsdiqini tapmır. Belə ki, sözügedən hala dair tərtib olunmuş aktları abonent imzalamamış, həmin sənədlər qanunvericiliyə uyğun olaraq ona verilməmiş, ümumiyyətlə, iddiaçı onlardan sonradan xəbər tutmuş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə videoyazı, bunu təsdiqləyəcək şahidlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mahiyyəti üzrə düzgün hüquqi nəticəyə gəlsə də, xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış borcun məbləğini 1254.60 manat müəyyən etməklə texniki səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00630 olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aktlara görə 444.60 manat və 810 manat, cəmi 1254,60 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, 1254.60 manat borcun silinməsi hissəsində qətnamə dəyişdirilərək həmin məbləğ 810 manat müəyyən edilməli, yəni “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aid **********00630 saylı abonent koduna xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 810 manat borc silinməli, qalan hissədə, yəni xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 444.60 manat borcun silinməsi və iddianın verilməsinə görə 37 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 33 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-nin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3297/2022 nömrəli qətnaməsi 1254.60 manat borcun silinməsi hissəsində dəyişdirilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aid **********00630 saylı abonent koduna xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 810 manat borc silinsin. Qətnamə, xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 444.60 manat borcun silinməsi və iddianın verilməsinə görə 37 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 33 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2016/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2016/2022
29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver