Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2027/2022 18.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, Qusar rayon notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 05 oktyabr 2021-ci il tarixli, 2V- 981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və onun özünün adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və X3ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ½ hissədə, yəni 0,59355 ha hissədə onun və ½ hissədə yəni 0,59355 ha hissədə Cavabdeh1 miras paylarının müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1i ərazisində onun və mərhum anası X6 ümumi birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. X51 əvəzinə həmin torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2020-ci il tarixdə onun və mərhum X3nın adına **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X3 30 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbədə vərəsələri o və onun X4 qalmışlar. Anasının ölümündən sonra ondan miras qalmış torpaq sahəsini birinci növbədə vərəsələri, o və X4 faktiki qəbul edərək sahiblik etmişlər. X4 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra anasından miras qalmış torpaq sahəsindən o və qardaşının oğlu, iş üzrə Cavabdeh1 birlikdə istifadə etmişlər. Onun və mərhum X3nın ümumi birgə mülkiyyətlərində olan həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adlarında səhvlər olmuşdur. O, həmin səhvləri aradan qaldırmaq üçün 2020-ci ildə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 24 iyul 2020-ci il tarixli 2(029)603/2020 saylı qətnaməsinə əsasən JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı səhvlər aradan qaldırılaraq həmin Dövlət Aktının ona və mərhum anası X10 məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra o, həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən onun və mərhum X3nın adına 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. İş üzrə Cavabdeh1, ondan gizlin, mərhum X4nun ölümündən sonra onun vərəsəsi olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum anası X6 ümumi birgə mülkiyyətində olan 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən anasının payına düşən torpağın yarısına qanunsuz olaraq bütünlüklə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh Qusar rayon notariat ofisi 05 oktyabr 2021-ci il tarixdə 2V-981 saylı reyestrdə qeydiyyata almaqla, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum X3nın ümumi birgə mülkiyyətində olan 2,3742 hektar torpaq sahəsindən anasının payına düşən torpağın yarısına bütünlüklə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, X3nın birinci növbədə vərəsələri olmaqla həm onun, həm də ki, X4nun vərəsəsi olaraq iş üzrə Cavabdeh1 adlarına hərəsinə 1/2 hissədə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilərdi. Bundan sonra Cavabdeh1 cavabdeh Qusar rayon notariat ofisinin verdiyi 05 oktyabr 2021-ci il tarixli, 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən həmin 2,3742 hektar torpaq sahəsinin 1/2 hissəsinə özünün və 1/2 hissəsinə onun mülkiyyət hüquqlarına dair 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Qusar rayon notariat ofisi X3nın birinci növbədə vərəsələrinin dairəsini dəqiq müəyyənləşdirmədən, qanunsuz olaraq Cavabdeh1 adına 05 oktyabr 2021-ci il tarixli, 2V-981 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki X3nın birinci növbədə vərəsəsi olaraq onu heç axtarmağa da ehtiyac yox idi, vərəsəlik məsələsinin həll edildiyi torpaq sahəsinə dair çıxarışda onsuz da onun adı var idi. Bir daha qeyd etmək istəyir ki, mübahisənin predmeti olan ünvan 1ində yerləşən 2,3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və mərhum X3nın ümumi birgə mülkiyyətində olmuş, həmin torpaqda payları notariat və ya məhkəmə qaydasında ayrıca müəyyənləşdirilməmişdir. Qanunun tələbinə uyğun olaraq həmin 2,3742 ha torpaq sahəsinin yarısı, yəni 1,1871 ha hissəsi ona, digər yarısı olan 1,1871 ha hissəsi isə X3na məxsusdur. Buna uyğun olaraq o, X3ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/2 hissədə, yəni 0,59355 ha hissədə onun və 1/2 hissədə, yəni 0,59355 ha hissədə Cavabdeh1 paylarının müəyyənləşdirilməsini tələb edir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Yazılı etirazda qeyd olunur ki, X35 vəfat edənədək atası Ağakişi Ağakişiyevin yanında yaşamışdır. ünvan 1i ərazisində mərhum nənəsi X7 və əmisi olan İddiaçı birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Nənəsi vəfat etdikdən sonra həmin torpaq sahəsi atası Ağakişi Ağakişçiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. İddiaçı isə həmin torpaq sahəsindən istifadə etməmiş və torpaq sahəsindən atasının istifadə etməsinə heç bir etirazı olmamışdır. Hətta, bankda nənəsinin adına olan pul vəsaiti də 2012-ci ildə atası Ağakişi Ağakişiyevə verilmiş və bu barədə Qusar rayon Dövlət notariat kontoru tərəfindən müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçının buna da heç bir etirazı olmamışdır. 2015- ci ildən sonra atası Ağakişi Ağakişiyev xəstələnmiş və 2017-ci ildə vəfat etmişdir. Atası xəstələndikdən sonra isə yuxarıda göstərilən torpaq sahəsini istifadə etməyə başlamış və orada bağ sahəsi salmışdır. Əmisi İddiaçı onun həmin torpaq sahəsindən istifadə etməsinə heç bir etirazı olmamışdır. Atası xəstə olarkən əmisi İddiaçı yanına çağırmış və bildirmişdir ki, 2.3742 ha torpaq sahəsinin yarısını, yəni özünə məxsus 1.1871 ha hissəsini əmisi istifadə etsin, qalan hissəsini, yəni digər 1.1871 ha hissəsini isə onun istifadəsində qalsın. Əmisi İddiaçı bununla razılaşmış və bundan sonra torpaq sahəsini öz aralarında bölmüşlər. Həmin vaxtdan etibarən 1.1871 ha torpaq sahəsinin torpaq vergilərini ödəyir, orada saldığı bağa qulluq etməklə torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Atası vəfat etdikdən bir il neçə il keçdikdən sonra əmisi İddiaçı onunla mübahisə edərək onun faktiki istifadə etdiyi 1.1871 ha torpaq sahəsindən pay tələb etmişdir. Halbuki, nənəsi vəfat etdiyi vaxtdan artıq 16 il, atası vəfat etdiyi vaxtdan isə 5 il müddət keçmişdir. Həmin müddətlər ərzində iddiaçı mirasın qəbulu ilə bağlı nə notariat kontoruna ərizə verməmiş, nə də həmin mirası faktiki qəbul etməmişdir. Mübahisəli torpaq sahəsinin mərhum atası, daha sonra onun tərəfindən istifadə olunmasına isə heç bir etirazını bildirməmiş, bununla bağlı mübahisə yaratmayaraq hər hansı iddia irəli sürməmişdir. İddiaçı istər mirasın qəbul edilməsi müddətini, istərsə də, mirasın qəbulu ilə əlaqədar mübahisənin qaldırılması üçün nəzərdə tutulan 2 aylıq müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür.
5. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.3742 hektar kənd təsərrəfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və X7 adına qeydiyyata alınmışdır.
6. AZ-İ 020755 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür.
7. İ-İE 463093 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ağakişi Ağasəf oğlunun anasıdır. Ata qrafası isə boş saxlanılmışdır
8. AZ-T 188425 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Bilal Aqassar oğlunun anasıdır. Ata qrafası isə boş saxlanılmışdır
9. Qusar rayon notariat ofisi tərəfindən verilmiş 11 iyul 2012-ci il tarixli, 2V1251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1ində qeydiyyatda olan oğlu X20, şəhadətnamənin verildiyi miras əmlak kimi isə Əmanət Kassasına qoyulmuş 3462 nömrəli hesabdakı pul göstərilmişdir.
10. AZ-İ 896447 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
11. XİX-JQ 296564 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Asəf Ağakişi oğlunun atasıdır.
12. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-603/2020 nömrəli qətnaməsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X14”nun və “İddiaçı Ağasəf oğlu”nun adına verilmiş JN:0003 KOD 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının İddiaçı və X9 məxsus olması faktı müəyyən edilmişdir.
13. Qusar rayon notariat ofisi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli, 2V- 981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi kimi X16r, sonuncu xx.xx.2017ci il tarixdə vəfat etdiyinə görə miras əmlakı Cavabdeh1 keçir. Şəhadətnamə verilən miras əmlak kimi xx.xx.2020-ci il tarixdə X9 verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.3742 ha olan torpaq sahəsi göstərilmişdir.
14. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır.
15. 16.11.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin digər 1/2 hissəsinə dair hüquq sahibi kimi İddiaçı göstərilmişdir.
16. Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 255 saylı arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 vəfat edənə kimi ünvan 1ində yaşamışdır. Onun vəfatından sonra aşağıdakı vərəsələr qalmışlar: İddiaçı, X19-vəfat edib, X28, X26, X29-vəfat edib, X21.
17. X17. Mərhumun vəfatından sonra əmlakını X19 (vəfat edənə kimi, sonra onun oğlu Cavabdeh1) və İddiaçı idarə edir.
18. X22, X27 və X44 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli aktdan görünür ki, 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X8 və onun oğlu İddiaçı ünvan 1ində yerləşən 2,3742 ha torpaq sahəsi olmuşdur. X33 vəfat edənədək Cavabdeh1 atası X25 ilə birlikdə yaşamış və ona məhz Ağakişi Ağakişiyev baxmışdır. X33 vəfat etdikdən sonra ünvan 1ində yerləşən 2,3742 ha torpaq sahəsinin həmin şəxsə məxsus 1,1871 ha hissəsi məhz Ağakişi Ağakişiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. Ağakişi Ağakişiyev 2017-ci ildə vəfat etmişdir. Həmin şəxs vəfat etməmişdən əvvəl qardaşı İddiaçı ilə razılığa gəlmişlər ki, 2,3742 ha torpaq sahəsinin yarısını, yəni 1,1871 ha hissəsini İddiaçı, digər 1,1871 ha hissəsini isə Ağakişi Ağakişiyev istifadə etsin. Həmin vaxtdan etibarən uzun müddət razılıq əsasında həmin qaydada torpaq sahəsi istifadə olunmışdır. Ağakişi Ağakişiyev xəstələndikdən sonra isə sonuncunun oğlu Cavabdeh1 həmin 1,1871 ha torpaq sahəsindən istifadə etməyə başlamış, orada bağ sahəsi salmışdır. Cavabdeh1 6-7 ildir ki, həmin torpaqdan istifadə edir. İddiaçı isə özünün 1,1871 ha hissəsini istifadə etmişdir. İddiaçı torpaq sahəsinin X33ya məxsus 1,1871 ha hissəsini heç vaxt istifadə etməmiş, ona sahiblik etməmişdir.
19. Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, yerli vergi ödəyicisi kodu 47251xxxxxxx olan Cavabdeh1 ünvan 1ində yerləşən torpaq sahəsinə görə 2021-ci il üçün 10.07 manat, ötən dövrlər üçün 10.07 manat, faiz məbləği 3.16 manat, cəmi ödəniləcək məbləğ 23.30 manat hesablanmaqla həmin borcun bələdiyyənin X54 filialında yerləşən VÖEN **********, AZ33AİİB******************** nömrəli hesabına X52 üzərindən bank və poçt şöbələri, ödəniş terminalı vasitəsilə nağd, www.gpp.az saytından isə ödəniş kartları vasitəsilə ödənilməsi tələb olunmuşdur.
20. xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən Qusar rayonu Şirvanlı bələdiyyəsinin hesabına torpaq vergisi kimi 36,88 manat məbləğində pul vəsaiti ödənilmişdir.
21. Qusar rayonu, Şirvanlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 93 saylı arayışından görünür ki, ünvan 1 sakini Cavabdeh1 xx.xx.2022-ci il tarixə kimi qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 1.1871 ha torpaq sahəsinin vergisini ödəyir.
22. Qusar rayon notariat ofisinin 11 mart 2022-ci il tarixli, X-379 saylı mıəktubunun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ona xx.xx.2006-cı ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün mümkün deyildir. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur.
23. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, iddiaçı tərəfindən hazırkı iddia üçün nəzərdə tutulmuş 2 ay iddia müddətinin ötürüldüyünü göstərərək iddiaçının iddiasına iddia müddəti tətbiq edilməklə iddiadan imtina olunaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 və İddiaçı adına qeydiyyata alınmışdır. Oğlanbacı Ağakişiyeva xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat edənə kimi ünvan 1ində övladı X25 ilə birlikdə yaşamış, onun oğlu, iş üzrə İddiaçı isə həmin kənddə qeydiyyatda olsa da, uzun müddətdir ki, Qusar şəhərində yaşayır. Oğlanbacı Ağakişiyeva vəfat etdikdən sonra onun cəmi yeddi vərəsələri qalmışdır. X38 istisna olmaqla digər vərəsələrdən heç biri X33nın mirasını qanunla müəyyən edilmiş müddət daxilində qəbul etməmiş, bu barədə ərizə ilə müvafiq notariat orqanına müraciət etməmişlər. Ağakişi Ağakişiyev isə həmin şəxsin Əmanət Kassasında olan hesabdakı pulunu miras əmlak kimi qəbul etmiş, bu barədə Qusar rayon notariat kontoruna müraciət etmiş və onun adına 11 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, X34 Ağakişiyevanın vərəsəsi olaraq onun həmin mirasını qəbul edib ona yiyələnmişdir. Onun həmin mirası qəbul etməsinə iddiaçı da daxil olmaqla digər vərəsələrin heç biri etiraz etməmiş, bununla bağlı ona qarşı hər hansı iddia irəli sürməmişlər. Bundan başqa, Ağakişi Ağakişiyev mərhum X24 rayonu Qullar kəndində yerləşən mübahisəli torpaq sahəsinə də sahiblənməklə ondan istifadə etmiş, bunu iddiaçı tərəf də bildirmişdir. Ağakişi Ağakişiyev həmin torpaq sahəsinə məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq sahiblənmiş və ondan istifadə etmiş, oğlu Cavabdeh1lə birlikdə orada bağ sahəsi salmışdır. Ağakişi Ağakişiyev xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin torpaq sahəsinə onun oğlu, iş üzrə Cavabdeh1 sahiblənmiş, ondan istifadə etmiş, Qusar rayonu Şirvanlı bələdiyyəsində 1.1871 ha torpaq sahəsinə dair vergi ödəyicisi kimi qeydiyyata alınmış və torpaq sahəsinin torpaq vergilərini ödəmişdir. İddiaçı miras qoyan X33nın mirasını qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra onun oğlu Cavabdeh1lə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
25. Eyni zamanda birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
26. İddiaçı miras açıldığı vaxtdan təxminən 16 il müddət keçməsinə baxmayaraq belə bir ərizə verməmiş, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, yalnız 11 mart 2022-ci il tarixdə bu barədə Qusar rayon notariat ofisinə ərizə ilə müraciət etmişdir. Bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıqaşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. İddiaçı özünün iddiasını onun özünün miras qoyanla birlikdə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan istifadə edilməsi isə vərəsəlik hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X33nın mirasını faktiki qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu Asəf Ağkişiyevlə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 255 saylı arayışını isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda İddiaçı Ağakişi Ağakişiyevlə və Cavabdeh1lə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 ha torpaq sahəsinin torpaq vergisi ödəyicisi yalnız Cavabdeh1dir. Bundan başqa, İddiaçı özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. İddiaçı anası öldükdən sonra da, onun evinə köçərək orada yaşamamışdır. Bu, isə əslində həmin şəxsin əvvəlcədən valideynlərinin, o cümlədən miras qoyan anası Oğlanbacı Ağakişiyevanın mirasına yiyələnməklə həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olmadığına dəlalət edir. İddiaçı qardaşı Ağakişi Ağakişiyevlə torpaq sahəsinin formal bölüşdürülməsi və ondan istifadə edilməsi barədə razılığa gələrkən artıq mirası Ağakişi Ağakişiyev anası öldüyü vaxtdan faktiki olaraq qəbul etmiş, İddiaçı isə mirasın qəbul edilməsi müddətini ötürmüşdü. Həmçinin, o, torpaq sahəsinin formal olaraq bölünməsində və torpaq sahəsindən istifadə edilməsində vərəsə kimi deyil, torpaq sahəsinin birgə mülkiyyətçisi kimi iştirak etmişdir. Ağakişi Ağakişiyevin torpaq sahəsindən istifadə etməsi isə onun miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasına dair vərəsəlik hüququndan irəli gəlmişdir. Bilal Ağakşiyevin mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması isə onun X33nın mirasını faktiki qəbul etmə kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı birgə mülkiyyət hüququnun vərəsəlik hüququna aidiyyəti yoxdur və onun vərəsə olub-olmaması onun həmin torpaq sahəsinin birgə mülkiyyətçisi olmasına heç bir təsir etmir. Bundan başqa, İddiaçı ölən qardaşı Ağakişi Ağakişiyev həm də, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasının bir hissəsini-yəni Əmanət Kassasındakı hesabda olan pul vəsaitini mirasın qəbul edilməsinin formal üsulu ilə-yəni ərizə vermək yolu ilə qəbul etmişdir. Ağakişi Ağakişiyev öldükdən sonra isə onun X33nın mirasına dair bütün hüquqları oğlu Cavabdeh1 keçmiş və bu səbəbdən də, həmin mirasa dair Qusar rayon notariat ofisi haqlı olaraq həmin şəxsin adına məlum qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Odur ki, məhkəmə iddiaçının X33nın mirasını faktiki olaraq qəbul etməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir.
27. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı məlum mirasa dair Ağakişi Ağakişiyevin, onun vəfatından sonra isə oğlu Cavabdeh1 X33nın mirasına sahibləndiyini, onun yaşadığı evdə yaşamaqda davam etdiklərini, miras əmlaklardan istifadə etdiklərini, həmçinin Ağakişi Ağakişiyevin miras qoyanın Əmanət Kassasında olan hesabındakı pulu vərəsə kimi qəbul edib ona yiyələndiyini bilsə də, bununla bağlı nə Ağakişi Ağakişiyevə, nə də Cavabdeh1 qarşı iddia irəli sürməmiş, bununla bağlı susmuşdur. İddiaçı özünün hazırkı iddiasında da torpaq sahəsindən Ağakişi Ağakişiyevin, onun vəfatından sonra isə oğlu Cavabdeh1 istifadə etdiyini göstərmişdir. Bununla da, o, özünün torpaq sahəsinin birgə mülkiyyətçisi, həmin şəxslərin isə məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq torpaq sahəsindən istifadə etdiklərini, bununla da, miras qoyanın mirasını faktiki olaraq qəbul etdiklərini uzun müddət əvvəl bilmiş, buna baxmayaraq mirasın onların tərəfindən qəbul edilməsi ilə bağlı heç bir mübahisə açmamış, bununla bağlı iddia irəli sürməmişdir. Bununla da, məhkəmənin qənaətinə görə mirasın qəbul edilməsi ilə bağlı mübahisə üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir.
28. Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, miras əmlakda payların müəyyən edilməsinə tələbinə dair iddiası təmin edilməmişdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 213.1, 213.2, 372.1, 372.2, 373.1, 373.4, 375.2, 382, 1146, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1255, 1272ci maddələri və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
31. Mübahisə predmeti olan 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və mərhum X3na ümumi birgə mülkiyyət hüququ əsasında məxsusdur. Həmin torpaqda onun və mərhum X3nın payları notariat və ya məhkəmə qaydasında ayrıca müəyyənləşdirilməmişdir. Cavabdeh1 özü də etiraf edir ki, həmin torpaq sahəsinin təxminən yarısından o, digər yarısından isə özü istifadə edir. Həmin torpaq sahəsi ona və mərhum X3na ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olduğu üçün və onların arasında paylara bölünmədiyi üçün torpaq sahəsinin hər bir vahidində həm onun, həm də, mərhum X3nın payı vardır. Həmin torpaq sahəsinin təxminən yarısından onun istifadə etməsi, artıq onun tərəfindən mərhum X3ndan miras qalmış torpaq sahəsini faktiki qəbul etməsi anlamına gəlinir. Birinci instansiya məhkəməsi isə həmin torpaq sahəsinin onun istifadəsində olan hissəsinin ona, Cavabdeh1 istifadəsindəki hissənin isə mərhum X9 məxsus olması barədə, habelə torpağın X9 məxsus hissəsindən yalnız Cavabdeh1 istifadə etməsi barədə səhv nəticəyə gəlmişdir. Həmin 2,3742 ha torpaq sahəsi bütövlükdə ona və mərhum X3na ümumi birgə mülkiyyət hüququ əsasında məxsusdur. O, və mərhum X3na ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan 2,3742 hektar torpaq sahəsinə aid JN:0003 KOD 30124028 saylı Dövlət Aktında mülkiyyətçilərin adlarında səhvlər olduğundan o, həmin səhvləri aradan qaldırmaq üçün 2020-ci ildə xüsusi icraat qaydasında Qusar Rayon Məhkəməsinə müraciət etbvmiş, məhkəmənin 24 iyul 2020-ci il tarixli, 2(029)- 603/2020 nömrəli qətnaməsinə əsasən JN:0003 KOD 30124028 saylı Dövlət aktındakı səhvlər aradan qaldırılaraq həmin Dövlət aktının ona və mərhum X3na məxsus olması faktı müəyyən edilmişdir. Sonra isə o, həmin 2,3742 hektar torpaq sahəsinə özünün və mərhum X3nın adına 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, **********qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Onun JN:0003 KOD 30124028 saylı Dövlət aktında mülkiyyətçilərin adlarında olan səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi, bununla əlaqədar Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-603/2020 nömrəli qətnaməsinin qəbul edilməsi, həmin qətnamə əsasında onun tərəfindən həmin torpaq sahəsinə özünün və mərhum X3nın adına 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın alınması, bir daha onun tərəfindən X3ndan miras qalmış torpaq sahəsini faktiki qəbul etməsini təsdiq edir. Çünki onun həmin hərəkətləri onun tərəfindən X3ndan miras qalmış torpaq sahəsinin qəbul edilməsinə yönəlmiş hərəkətlərdir. Bundan əlavə ona və mərhum X3na ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan bütövlükdə 2,3742 hektar torpaq sahəsinə görə dövlət tərəfindən ödənilən subsidiyalar artıq uzun illərdir ki, onun tərəfindən alınır. Həmin subsidiyaların onun tərəfindən hal-hazıradək alınmasını təsdiq edən xx.xx.2020-ci ildə verilmiş və 2023-cü ilin yanvar ayına kimi qüvvədə olan “Fermer Kartı”nı və subsidiyanın alınması barədə digər sənədləri məhkəməyə təqdim etmək istəsə də, həmin sənədlərin onlara təqdim edilməsi üçün imkan verilməmişdir. Ona görə də, subsidiyanın alınması barədə “Fermer Kartı”nın surətini, ödəniş kartı üzrə bank çıxarışını apellyasiya şikayətinə əlavə etmişdir. Bundan əlavə həmin torpaq sahəsinə görə dövlət tərəfindən ödənilən subsidiyaların kim tərəfindən alınması barədə məlumat verilməsi üçün X55 İnkişaf Mərkəzinə sorğu göndərmiş və 02 avqust 2022-ci il tarixli cavabdanda da görünür ki, ona və mərhum X3na ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan bütövlükdə 2,3742 hektar torpaq sahəsinə görə dövlət tərəfindən ödənilən subsidiyalar onun tərəfindən alınır. Qusar rayonu Şirvanlı bələdiyyəsindən adına gəlmiş 2020-ci il üçün torpaq vergisi barədə tədiyyə bildirişini və 2020- ci il üçün İddiaçı tərəfindən ödənilmiş torpaq vergisi qəbzini əlavə etmişdir. Həmin sənədlər bir daha onun tərəfindən X3ndan mirnaqalmış torpaq sahəsini faktiki qəbul etməsini təsdiq edir. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1325-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həmdə onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Cavabdeh Qusar rayon notariat ofisi tərəfindən onun qardaşı X18 11 iyul 2012-ci il tarixdə mərhum X5 miras qalmış Əmanət Kassasındakı pul vəsaitinə qanun üzrə vərəsəlik Şəhadətnaməsi vermişdir. Onun cavabdeh Qusar rayon notariat ofisi tərəfindən X18 həmin vərəsəlik şəhadətnaməsinin verilməsindən xəbəri olmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazı
32. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
33. Yazılı etirazda qeyd olunur ki, İddiaçı iddiasını özünün miras qoyanla birlikdə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan İstifadə edilməsi isə vərəsəlik hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X33nın mirasını faktiki qəbul edərək ondan mərhum atası Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini, yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu ilə, yəni onunla birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 255 saylı arayışı isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda İddiaçı Ağakişi Ağakişiyev və Cavabdeh1 ilə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli, 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 ha torpaq sahəsinin torpaq vergisi ödəyicisi yalnız özüdür. Eyni zamanda İddiaçı özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. X35 vəfat etdikdən sonra ona məxsus olmuş fərdi yaşayış evində yalnız atası və ailəsi, o cümlədən özü yaşamış, həmin ev də qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İddiaçı isə nənəsi vəfat etdikdən sonra həmin evə köçməmiş, nənəsinin evinə sahiblənmək niyyətini bildirməmişdir. Hətta, məhkəmə iclasında bu barədə İddiaçı özü də bildirmiş və qeyd etmişdir ki, o, nənəsinin mülkiyyətində olmuş fərdi yaşayış evindən pay tələb etməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
35. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Qusar rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
37. Məhkəmə kollegiyası qeyd olunan cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Mülki Məcəllə
41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
42. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
43. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
44. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
45. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
46. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
47. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
48. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
49. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
50. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
51. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
52. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
53. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
54. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
55. Maddələr 1159.1 və 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
56. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
57. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
58. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
59. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
60. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
61. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
62. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
63. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.
64. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.
65. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
67. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
Mülki Prosessual Məcəllə
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
74. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
76. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
79. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.