Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-203/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)- 1028/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1028/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyan olaraq 108,20 manat və dövlət rüsumu üçün 10 manatın tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1028/2021 saylı qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5169,30 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 5199,30 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, “Azəriqaz" İstehsalat Birliyi "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən 01 **********180 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və "X1"nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, "Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında va istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış, bu halı təsbitləyən foto çəkilişlər aparılmış va istehlakçının qaz təchizatı dayandırılmışdır. Lakin istehlakçı hər dəfə yenidən qanunsuz xəttini bərpa etdiyi üçün hal üzrə dəymiş ziyana dair aktlar yazılmışdır. Cavabdehin qanunsuz xətdən istifadəsi iə bağlı fotoşəkillər, dəymiş ziyan aktları məhkəməyə təqdim edilmişdir. Eyni zamanda ekspert rəyi ilə də sübut olunmuşdur ki, qanunsuz qoşulma mümkündür. Lakin məhkəmə buna qiymət verməmişdir. Həmçinin cavabdehin 2010-2020-ci il tarixlərdə cəmi 100 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Qətnamədə öz əksini tapan ekspert rəyində sübut olunur ki, qazdan qeyri-qanuni istifadə edilib. Belə olan halda məhkəmə nə ekspertin rəyini , nə İddiaçı İB-nin təqdim etdiyi ekspert rəyi ilə də sübut olunan materiallarını qəbul etmir qanunsuz istifadəni nəzərə almayaraq cavabdehin özünü müdafiə xarakterli hərəkətlərini qəbul edir və birliyin iddiasını rədd edir. Bu qərar həqiqətən ədalətsiz və bir tərəflidir. Bu qərarla istehlakçının qanunsuz əməlinə haqq qazandırılır, lakin Birliyin haqlı mənafeyi tapdalanır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1028/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də Cavabdeh məhkəmə iclaslarında, iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)- 1028/2021 saylı qətnaməsi qismən, qalıq borc üzrə 587,80 manat borcun tutulması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında 04.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 45,10 manat, 11.08.2017-ci il tarixli, ******* saylı akt əsasında 597,60 manat 26.10.2017-ci il tarixli, ******* saylı akt əsasında 73 manat. 22.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 229,40 manat, 24.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 633 manat, 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, 14.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,60 manat, 18.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 235,20 manat, 14.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 110,80 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 43,20 manat, 31.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 230,40 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat, 30.11.2018ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 23.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 11.03.2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh yaşadığı (abonent kodu: 01**********180) ünvan 2 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X1”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, 11.03.2020-ci il tarixli, ******* saylı sonuncu akt əsasında 108,20 manat pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda sadalanan aktlar üzrə tələb etdiyi borca dair iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən cavabdeh barəsində ilkin olaraq 04.10.2016-cı tarixdə akt yazılaraq 45,10 manat cərimə hesablanmış, sonuncu akt isə 11.03.2020-ci il tarixdə tərtib edilərək 108,20 manat cərimə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, “X1n”ın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə görünür ki, ilk akt tərtib edildikdən sonra iddiaçı təşkilat cavabdehin qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırmamış, bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma ilə təkrar aktlar tərtib etmişdir. Halbuki “X1”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda bunu etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq sonuncu akt üzrə tərtib edilmiş aktı əsas götürərək 11.03.2020-ci il tarixli akt əsasında hesablanmış borcun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 04.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 45,10 manat, 11.08.2017-ci il tarixli, ******* saylı akt əsasında 597,60 manat 26.10.2017-ci il tarixli, ******* saylı akt əsasında 73 manat. 22.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 229,40 manat, 24.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 633 manat, 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, 14.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,60 manat, 18.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 235,20 manat, 14.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 110,80 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 43,20 manat, 31.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 230,40 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat, 30.11.2018ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 23.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat cərimənin hesablanması hissəsinə qiymət verərək qeyd edir ki, həmin tarixlərdə cavabdeh tərəfindən sayğaca qanunsuz müdaxilə edilməsi barədə iş materiallarında sübutlar mövcud deyildir. Belə ki, qeyd edilən tarixlərdə qanunsuz qoşulmalar mövcud olsaydı, iddiaçı təşkilatın nümayəndələri tərəfindən qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılmalı idi. Lakin qeyd edilən hallar mövcud olmadığından həmin tarixlərdə cavabdeh tərəfindən qanunsuz qoşulma təsdiqini tapmır. Həmçinin ilk tərtib edilmiş akt (04.10.2016) ilə sonuncu tərtib edilmiş akt (11.03.2020) arasında 3 il yarımdan artıq vaxt keçmişdir. Belə olan halda bu müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi ağlabatan sayıla bilməz. Bu baxımdan, 11.03.2020-ci il tarixdə tərtib olunan son aktdan əvvəl tərtib edilən qalan digər aktların cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən aktlar əsasında tələb edilən cərimənin tutulmaması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Buna görə də qətnamə qeyd edilən hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində qeyd edilən aktlar əsasında hesablanmış borc tələbi ilə yanaşı cavabdehin istifadə etdiyi qaza görə 587,80 manat qalıq borcunun tutulması tələbi də olmuş, lakin birinci instansiya məhkəməsi qeyd edlən tələbinə dair hissədə də iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni əsaslı saymır. Belə ki, cavabdeh tərəfindən dəymiş zərərin müəyyən edilməsi ilə bağlı iş üzrə ekspertiza təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2022-ci il tarixli, 9/8628 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac göstəricisinə əsasən əvvəlki illərdən 587,80 manat borcu qalmışdır. Göründüyü kimi, iddia tələbində qeyd edilən 587,80 manat qalıq borcunun olması ekspert rəyi ilə də təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, təbii qazdan istifadəyə görə yaranmış 587,80 manat borcun tutulması barədə iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qeyd edilən hissədə əsaslı saysa da, tərtib edilmiş aktlar üzrə cavabdehin borcunun olması barədə dəlillərini əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi 587,80 manat borcun tutulmasına dair hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1028/2021 saylı qətnaməsi qismən, qalıq borc üzrə 587,80 manat borcun tutulması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1028/2021 saylı qətnaməsi qismən, qalıq borc üzrə 587,80 manat borcun tutulması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi qalıq borc üzrə 587,80 manat məbləğində pulun tutulması hissəsində təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış qalıq borc üzrə 587,80 manat məbləğində pul tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 70 (yetmiş) manatı İddiaçındən, 30 (otuz) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-203/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-203/2022
24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver