Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-206/2022 31.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: Nümayəndə1 iştirakları ilə, İddiaçı Əbulfəz qızının Cavabdeh oğluna qarşı atalıgın müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın təmin edilməsi, 08 may 2008-ci il təvəllüdlü X3 atasının Cavabdeh olmasının müəyyən edilməsi, Cavabdeh 13 noyabr 2020-ci il tarixdən başlayaraq 08 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına catana kimi saxlanılması məqsədi ilə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 08.05.2008-ci ildə doğulmuş X3 atasının Cavabdeh olması müəyyən edilməsi və Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq 08.05.2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuşlar. Ər-arvad münasibətindən 08.05.2008-ci ildə Elvin adlı uşaqları olmuşdur. Rəsmi nikahları olmadığından doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında ata qeyd olunmamışdır. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, uşağı ilə ayrı yaşayır. Hazırda bəzi sənədləşmələr aparılarkən çətinliklər çəkir. Hələ əvvəllər uşaq üçün doğum şəhadətnaməsi də alınmışdır, lakin sonradan məlum olmuşdur ki, həmin şəhadətnamə saxtadır, kökü yoxdur. Atalıq faktının müəyyən edilməsi və uşağın saxlanması üçün alimentin müəyyən edilməsi barədə iddia qaldırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. İkinci növbədə isə X2 ilə yaxın tanışlığı olmayıb bu səbədən də tələbi ilə razı deyil, ərizəsində yazılanları qəbul etmir. Onda olan məlumata görə X2 üç dəfə ailə həyatı qurub 23 yaşında daha bir oğlu vardır ki, Aydəmirov Elvinin doğma qardaşı deyildir. Ərizəçi məhkəməyə tələbini əsaslandıqı heç sübut növü təqdim etməmişdir. Hesab edir ki, insanın həyatında mühüm yer tutan, psixoloji nəticələrə səbəb olan atalıq faktını müəyyən edə bilən heç bir subut növü mövcud deyil. Bu barədə ərizəçi məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Qalanı isə onun fərziyələridir, böhtan xarakterlidir. İddiaçı tərəfindən dəvət olunmuş şahidlər iddiaçının xeyrinə bilə-bilə yalan ifadələr vermişlər. Şahidlərdən biri iddiaçının xalasıdır, digərləri isə qonşularıdır. İş üzrə ekspertiza təyin edilmişdir, o, birinci dəfə getmişdir, ikinci dəfə isə getməmişdir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(031)-117/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ji maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin yetkinlik yaşına çatmayan uşağın atasının olması və bir ata kimi cavabdehin uşağına maddi köməklik vəzifəsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflərin qeyri-rəsmi münasibətlərdən 08 may 2008-ci ildə Elvin adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 10 dekabr 2021-ci il tarixli 9/1244 saylı ekspert rəyindən görünür ki, tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş Aydəmirov Elvin adlı uşaq barəsində atalıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşagın anası ilə nikahda olmayan şəxsin atalıgı uşagın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizədə olmadıqda, atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası işdə olan doğum haqqında şəhadətnamənin və həmin hissədə ata qrafasında olan Cavabdeh göstərməsi barədə qiymət verərək, həmin sənədin qanuna uyğun əsaslarla verilmədiyini qeyd edir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, işdə olan doğum haqqında şəhadətnamə cavabdeh tərəfindən İddiaçı təqdim edilmişdir. Bundan əlavə olaraq, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Cavabdeh Qeydiyyat şöbəsinə atalıq faktı olması barədə ərizə ilə müraciət etməmiş və ata qrafasında cavabdehin adı İddiaçı sözü ilə yazılmışdır. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Şabran rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin 18 yanvar 2022-ci il tarixli 05 saylı məktubundan aydın olur ki, 26 fevral 2009-cu ildə 149 nömrə ilə qeyd edilmiş AZ-İİ №239584 saylı doğum şəhadətnaməsinin ilkin sənədləri barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 07 iyul 2021-ci il tarixli 2(031)-117/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-206/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-206/2022
31.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver