Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2061/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2 və “X11” Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayonu 2 saylı Notariat kontoruna, Cavabdeh2 və “X11” Bankına qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-59/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-59/2021 saylı, 11.02.2021-ci il qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim H.Y.Əhmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-59/2021 saylı, 11.02.2021-ci il tarixli tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Abşeron rayonu 2 saylı Notariat kontoruna, Cavabdeh2 və “X11” Bankına qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “X11” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış, 12 may 2015-ci il tarixli 42 №-li İpoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, o, cavabdehlər X6rşı “ İpoteka müqaviləsinin “ləğv edilməsi “ tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, «X11» Bakı filialı ilə X3 arasında bağlanmış, 12 may 2015- ci il tarixli, 42 saylı İpoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 ilə birgə nikah dövründə Xırdalan şəhəri, 11 Əlyev prospektində, dalan 1, ev 24 ünvanında 285.30 kv metr sahəsi olan 7 otaqlı ev tikdirmişlər. Lakin birgə nikah dövründə tikdirdikləri evi əri onun xəbəri olmadan girov qoymuşdur. Hesab edir ki, ipoteka müqaviləsi qanunsuzdur. Eksperizanın qərarı qeyri-qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.“İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmlər tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini Abşeron Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(012)-59/2021-ci il tarixli qətnaməsinin ləğv ediləpək idianın təmin edilməsnə dar qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinini həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Cavabdeh «X11» Bankının nümayəndəsi X4 papelyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(012)-59/2021-ci il tarixli qətnaməsinin dyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Abşeron rayonu, 2 saylı Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-945/2018 saylı, 25.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı «X11» Bankının Cavabdeh2 qarşı «kredit məbləğinin və kreditə görə hesablanmış faiz borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 cəmi 38.879,48 manat və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumi alınaraq «X11» Bankı filialına ödənilməsi, tələbin Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin vaxt açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin pul tələblərinin təmin edilməsi üçün «X11» Bankının xeyrinə ödənilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin bir ay müddətində boşaldılması qət edilmişdir. Abşeron 2 saylı Notariat ofisindən təsdiq olunaraq məhkəməyə təqdim olunmuş «X11» Bankı ilə Cavabdeh2 arasında bağlanmış 12.05.2015-ci il tarixli, 42 saylı İpoteka Müqaviləsinin surətindən görünür ki, tərəflərin razılığı ilə «İpoteka predmeti» olan Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 100.000 (yüz min) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0776 ha torpaq sahəsi və ümumi sahəsi 285.3 m2 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 05 fevral 2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Abşeron rayon Notariat Kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, RX-N-0580010 seriya nömrəli çıxarışa əsasən həyat yoldaşı Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında mülkiyyətində olan 0.0776 ha torpaq sahəsinin və üzərində yerləşən 285.3 kv.m ümumi, 123.6 kv.m yaşayış və 161.7 kv.m yardımçı sahəsindən ibarət olan 7 (yeddi) otaqlı 24 saylı fərdi yaşayış evinin ipotekaya (girova) qoyulmasına etiraz etmir. İpoteka (girov) ilə yüklü edilmiş əmlaka (girov predmetinə) tutma yönəldiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı (mənzili, fərdi yaşayış evini və.s) qeyd şərtsiz tərk edəcəkdir. Abşeron rayon VVAQ şöbəsi tərəfindən 03.11.1990-cı il tarixdə verilmiş V-JQ 394472 №-li Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 03.11.1990-cı il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında əsmi nikah bağlanmışdır. İş üzrə keçirilmiş 16.12.2020-ci il tarixli, 4/871 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 7E-04-3345 saylı reyesterlə qeydiyyatdan keçmiş 28 aprel 2015-ci il tarixli ərizədə «İmza» qrafasındakı imza və «Şikarova» S» yazıları İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 8.1. maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 8.2. maddəsinə əsasən ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Müəyyən edilmişdir ki, “X11” Bakı filialı ilə Cavabdeh2 arasında 12.05.2015-ci il tarixli, 42 saylı Kredit Müqaviləsi bağlanmış, həmin Müqavilənin təminatı kimi Cavabdeh2 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka qoymuşdur və 12.05.2015-ci il tarixdə İpoteka Müqaviləsi bağlanmışdır. Fərdi yaşayış evinin ipotekaya qoyulmasına Cavabdeh2 həyat yoldaşı iş üzrə İddiaçı ərizə verməklə razılıq vermişdir. Kredit qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas yaranmış, buna görə də borc 12.05.2015-ci il tarixli İpoteka Müqaviləsinə əsasən banka ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hesabına ödənilməsi və fərdi yaşayış sahəsi açıq hərracdan satılması Abşeron Rayon Məhkəməsinin 2(012)-945/2018 saylı, 25.12.2018-ci il tarixli qətnaməsi ilə qət edilmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.12.2020-ci il tarixli, 4/871 saylı ekspert rəyi ilə 7E-04-3345 saylı reyesterlə qeydiyyatdan keçmiş 28 aprel 2015-ci il tarixli ərizədə «İmza» qrafasındakı imza və «Şikarova» S» yazıları İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçının mübahisəli mənzil barəsində ipoteka müqaviləsi bağlanmasından və evin ipotekaya qoyulmasından xəbərinin olmasını 2 saylı Abşeron notariat ofisində imza etdiyi ərizəsi tamamilə təsdiq edir. Bunu isə məhkəmə iddiaçının iddiasında qeyri-səmimi olması və məhkəmə qətnaməsinin icrasının gecikdirilməsi məqsədi daşıdığını qeyd edir. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı ərinin kredit götürməsindən, yaşadıqları evin ipoteka qoyulmasından xəbəri olmasını bildirsə də bu, iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təkzib olunur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının özü notarial qaydada razılıq verməklə yanaşı hətta onun oğlu X5 notarial qaydada razılıq ərizəsi göndərmişdir. Yəni iddiaçının qeyd olunanlardan xəbəri olmaması inandırıcı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli Abşeron Rayon Məhkəməsinin 2(012)-59/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-59/2021 saylı, 11.02.2021-ci il qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2061/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2061/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver