Məhkəmə qərarları › İş №2(105)-2065/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2065/2022

27.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2065/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(027)-570/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Bahadur qızının adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021ci il tarixli, 2V-1671, 2V-1673 və Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlara əsasən Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 adına verilmiş Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli və Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X1 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(027)-570/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı, Cavabdeh2 Bahadur qızının adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1671, 2V-1673 və Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlara əsasən Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 adına verilmiş Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli və Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X1 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim İlqar Məmmədov) İş üzrə İddiaçı Quba Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(027)- 570/2022 nömrəli qərardadından şikayət ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(027)-570/2022 nömrəli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(027)-570/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə belə hesab etmişdir ki, hazırkı tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmadığına görə AR Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı iddia tələbi dövlət orqanına qarşı aiddiyyəti üzrə inzibati məhkəməyə aid olduğundan icraata xitam verilməli və bununla bağlı inzibati məhkəməyə müraciət etmək hüququ vətəndaşa izah edilmlidir. O, məhkəmənin bu mövqeyi ilə razı deyil. İddia tələbində xx.xx.2022-ci il tarixli qərardadda qeyd olunan cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsi deyil, Quba Regional ASAN Xidmət mərkəzində fəaliyyət göstərək Notariat ofisində fəaliyyət göstərən xüsusi notariuslar qoyulub və həmin xüsusi notariusun təsdiq edərək verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə mübahisələndirilir. Bundan sonra həmin Vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın da ləğv olunması və onun da vərəsə kimi hüquqlarının bərpa olunaraq paylarının müəyyən edilməsindən sonra yeni vərəsəlik hüququ haqqında Şəhadətnamə və Çıxarış verilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. İddianın hüquqi təbiətindən aydın görünür ki, iddia tələbi mülki-hüquqi tələbdir, inzibati-hüquqi tələb deyil, çünki mübahisənin mahiyyətini təhlil edərkən aydın olur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına (Çıxarışın verilməsinə) əsas təşkil etmiş hüquq müəyyənedici sənəd Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədir, hər hansı inzibati orqanın qəbul etdiyi inzibati akt (sərəncam, qərar və s.) deyil. Əgər Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılsaydı və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etsəydi onda o, əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməyə haqlı olardı. Bu halda isə aydın şəkildə görünür ki, Reyestrdəki qeydiyyat inzibati orqanın qəbul etdiyi hər hansı inzibati aktdan deyil, ümumi (publik) hüquqdan vərəsələrin dairəsinin və paylarının müəyyən olunmasından irəli gəlir və bu səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilmişdir. Çıxarış vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında, həmin sənədə əsaslanmaqla hər hansı qanun pozuntusuna yol vermədən verilmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunun tələbləri pozulmuşdur, vərəsələrin dairəsi, onların qanuni maraq və mənafeləri pozulmuş, həmin pozuntu nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquq da düzgün olmamışdır. Lakin bu zaman daşınmaz əmlakın əməkdaşının hər hansı səhvi nəticəsində bu hüquq pozulmadığından Çıxarışın ləğv olunması ilə bağlı tələb inzibati icraat qaydasında deyil, həmin çıxarışın verilməsinə əsas olmuş ümumi (publik) hüquqdan əmələ gələn səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilən fəaliyyətin nəticəsi olduğundan elə ümumi məhkəmələrdə baxılmalıdır. Çünki Çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir, həmin Şəhadətnamə inzibati səlahiyyətlər verilmiş hər hansı dövlət orqanı qəbul etdiyi inzibati akt hesab edilmir. Bildirir ki, Quba Regional ASAN Xidmət mərkəzi inzibati orqan deyil, həmin qurumda fəaliyyət göstərən hər il notarius X2 və X5 xüsusi notarius olmaqla dövlət notariusları deyil, onların həyati keçirdiyi fəaliyyət də inzibati fəaliyyət ola bilməz, çünki xüsusi notariusların inzibati orqan səlahiyyətləri yoxdur. AR Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatında 2.1.2 bənddə yalnız dövlət notariuslarının belə bir səlahiy olduğu qeyd olunmuşdur, burada xüsusi notariuslar yoxdur. Deməli notariat ofislərinə qarşı iddia tələblərinə inzibati icraat qaydasında baxıla bilməz. Bu səbəblərdən də, hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-570/2022 saylı, 01 aprel 2022-ci il tarixli Qərardadı iş üzrə ətraf və obyektiv araşdırma aparılmadan, maddi və prosessual hüquq normalarını pozmaqla qəbul olunduğundan ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddianın Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi hissəsi ilə bağlı iddianı daşınmaz əmlakın dövldt reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyili mülki mühakimə icraatı qaydasında irəli sürməli olması əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Hazırki işdən görünür ki, iddia tələbi cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Bahadur qızının adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1671, 2V-1673 və Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlara əsasən Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 adına verilmiş Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli və Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X1 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi barədədir. Göründüyü kimi, hazırki iddia ərizəsinin əsasını Cavabdeh2 Bahadur qızının adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1671, 2V-1673 və Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi təşkil edir, sonrakı tələblər isə həmin şəhadətnamələr əsasında Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 adına verilmiş Quba rayonu Mirzəqılşaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli və Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X1 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi iddianın Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsindən doğan tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb deyil, Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bundan sonra həmin şəhadətnamələr əsasında alınmış Çıxarışların ləğv edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X1 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi barədədir. Başqa sözlə hazırki tələb inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb deyildir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(027)-570/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar