Məhkəmə qərarları › İş №2(105)-209/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-209/2024

11.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-209/2024 11.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(060)- 4546/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "payların naturada bölünməsi və s." tələbinə dair idddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə olan paylarının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə cavabdehlərin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi,cavabdehlərin buna razılığı olmazsa,tərəflərin ümumi mülkiyətində olan həmin mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4321/2022 saylı mülki iş üzrə xx.xx.2022- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evin mülkiyyətçilərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Eləcə də göründüyü kimi ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olduğu halda bu hüquqdan istifadə etmədən və qanundan irəli gələn tələblərə əməl etmədən birbaşa əmlakın hərracdan satılmasını tələb edir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi (araşdırılan mübahisə üzrə iddiaçı) əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmasını məhkəmədən xahiş edə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Cavabdehlərə onlar tərəfindən yazılı bildiriş göndərilsə də, 45 gündən çox keçməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflərin mübahisə etdikləri ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracda satıldıqdan sonra satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməklə 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsi ilə razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan işin halları hazırki dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı paylı mülkiyyətdə olan payın naturadan alınması ilə bağlı iddia qaldırılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(060)- 4321/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırki iddiada iddiaçı cavabdehlərdən öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi tələb etməli, bu baş vermədiyi halda isə həmin əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi barədə iddia qaldırmalı idi. Lakin iş materiallarına nəzər salarkən mülkiyyətçi tərəfindən mülki məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl etməmişdir. Birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməyərək əsassız qətnamə qət etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4546/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qət olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 431431 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 06-cı günündə 1510 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı adına ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak növündə mənzil xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçı payı 1/3 hissə müəyyən olunmuş, yerdə qalan 2/3 hissədə isə açıq pay kimi qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 161344 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş təkrar verilmiş surətindən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 11-ci ayının 21-ci günündə 2148 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "payların naturada bölünməsi və s" tələbinə dair idddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə olan paylarının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə cavabdehlərin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna xitam verilməsi,cavabdehlərin buna razılığı olmazsa,tərəflərin ümumi mülkiyyətində olan həmin mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4321/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evin mülkiyyətçilərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Eləcə də göründüyü kimi ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olduğu halda bu hüquqdan istifadə etmədən və qanundan irəli gələn tələblərə əməl etmədən birbaşa əmlakın hərracdan satılmasını tələb edir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda, və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi (araşdırılan mübahisə üzrə iddiaçı) əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmasını məhkəmədən xahiş edə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Qeyd olunanlara əsasən İddiaçı adından təklif etmişdir ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə olan payını 35 (otuz beş) min manata satın almaq təklif olunmuşdur. 45 gün ərizə təklifinə müsbət cavab verilməzsə və ya heç bir cavab verilməzsə, onlar tərəfindən məhkəmədə mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin bölünməsi barədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adına Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 27 saylı evin, 24 saylı mənzil üzərində 1/3 hissədə payları qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmlaka münasibətdə payları müəyyən edilmiş (1/3 iddiaçının, 1/3 cavabdehin, 1/3 digər cavabdehin payı olmaqla), əmlakın naturada bölünməsi tələbi ilə bağlı məhkəmə qətnaməsi əsasında mümkün olmaması müəyyən edilmiş, iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi prizmasından çıxış edərək əmlakın hərracda satılması və payına mütənasib bölüşdürülməsi tələbi ilə çıxış etmişdir. Məhkəmənin qənaətinə görə əmlakın hərracda satılaraq paylara mütənasib bölüşdürülməsi verilən iddianın hüquqi əsasının müəyyən edilməklə, tələbin əsaslı və qanuni olması baxımından məqsədə uyğun olmaqla iddia tələbinin təmin edilməsinə imkan verir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüquqlarının müdafiəsi baxımından tərəflərin payına düşən hissədən maneəsiz istifadə imkanın olması üçün onların tanınan və qorunan hüquqları müdafiə edilməklə, şərait yaradılmalıdır. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak açıq hərracdan satılmalı və əldə edilmiş vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 220.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3, 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan işin halları həmin dispozisiya şərtlərinə uyğundur. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiaçının öz payının 35 min manata alınmasının əvvəlcədən ona təklif olunduğunu təsdiq etmiş, buna maddi imkanının olmadığını, digər cavabdeh olan qardaşının isə iddiaçı ilə eyni mövqedə olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti düzgün əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin mübahisə etdikləri ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracda satıldıqdan sonra satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar