Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2096/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: X1, Cavabdehin nümayəndəsi: Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Quba Bələdiyyəsinin sədri Cavabdeh1 və maraqlı şəxs Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının sədri Cavabdeh2 qarşı Quba Bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli, Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının 21 yanvar 2021-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22 yanvar 2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29 mart 2021-ci il tarixli işdən azad edilmə barədə əmrinin ləğv edilməsi və maddi, mənəvi ziyan tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdeh Quba Bələdiyyəsinin sədri Cavabdeh1, maraqlı şəxs Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının sədri Cavabdeh2 Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli, Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının 21.01.2021-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22.01.2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29.03.2021-ci il tarixli işdən azad edilmə barədə əmrinin ləğv edilməsi və maddi, mənəvi ziyan tələbinə dair 2(027)-894/2021 saylı mülki işin icraatına xitam verilməsi, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdeh Quba Bələdiyyəsinin sədri Cavabdeh1, maraqlı şəxs Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının sədri Cavabdeh2 qarşı Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli, Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının 21.01.2021-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22.01.2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29.03.2021-ci il tarixli işdən azad edilmə barədə əmrinin ləğv edilməsi və maddi, mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli, Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının 21.01.2021-ci il tarixli iclasının qərarlarını, Quba Bələdiyyəsinin sədrinin 22.01.2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29.03.2021-ci il tarixli işdən azad edilmə barədə əmrinin ləğv edilməsi və maddi, mənəvi ziyana görə 10.000 manat məbləğində təzminatın ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, bu işə ümumi məhkəmə qaydasında baxılmamalıdır. Hazırkı şikayətə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2-1(118)-822/2021 saylı qərardadından göründüyü kimi, hazırkı iddia tələbi ilə bağlı iddia təmin məhkəmədə mümkün sayılmamışdır, o əsasla ki, həmin iddiaya inzibati məhkəmə icraatında yox, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Onun mübahisələndirdiyi aktlar onun işlədiyi vəzifəsinin ixtisara salınması və onun işdən çıxarılması ilə bağlıdır. Hazırki işdə onunla Bələdiyyə arasında olan münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə təmzimlənən münasibətlər olmaqla əmək mübahisəsidir. Quba Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və onun iddia tələbinin mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. Belə ki, həmin Qanunun 2.3.2-ci maddəsinə görə, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandıgı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının hazırkı iddia ərizəsindən aydın müəyyən olunur ki, iddiaçı cavabdeh qismində Quba bələdiyyəsini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa malik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçının mübahisələndirdiyi aktlar onun işlədiyi vəzifənin ixtisara salınması və onun işdən çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində isə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə Belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılması nəzərdə tutulmuşdur. Lakin hazırkı işdə iddiaçı ilə bələdiyyə arasında olan münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənən münasibətlər olmaqla əmək mübahisəsidir. Bu növ iddialara isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzabati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyati) və sairə ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 5.2-ci bəndində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s.müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2-1(118)- 822/2021 saylı Qərardadından görünür ki, İddiaçı cavabdeh Quba Bələdiyyəsinin sədri Cavabdeh1 və maraqlı şəxs Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının sədri Cavabdeh2 Quba Bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli, Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının 21 yanvar 2021-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22 yanvar 2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29 mart 2021-ci il tarixli işdən azad edilmə barədə əmrinin ləğv edilməsi və maddi, mənəvi ziyan tələbinə dair iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli 2(027)-894/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Quba Bələdiyyəsinin sədri Cavabdeh1 və maraqlı şəxs Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının sədri Cavabdeh2 qarşı Quba Bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli, Quba Bələdiyyəsinin yerli həmkarlar təşkilatının 21 yanvar 2021-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22 yanvar 2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29 mart 2021-ci il tarixli işdən azad edilmə barədə əmrinin ləğv edilməsi və maddi, mənəvi ziyan tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2096/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2096/2021
14.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver