Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2098/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2nın cavabdeh X2 qarşı miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, fərdi yaşayış evinə dair DƏDR-ki qeydin çıxarılması və həmin qeydə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(031)-710/2022 saylı qərardadı ilə (hakim Ç.Ə.İsgəndərov) hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim S.A.Səmədzadə) İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, fərdi yaşayış evinə dair DƏDR-ki qeydin çıxarılması və həmin qeydə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, fərdi yaşayış evinə dair DƏDR-ki qeydin çıxarılması və həmin qeydə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi fəsillə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində iddiaların bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olması müəyyən edilmişdir. Bundan fərqli olaraq 36.5-ci maddədə isə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddiaların iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyü təsbit edilmişdir. İş materiallarından görünür ki, İddiaçı1 və qeyrisi Şabran rayonu Zağlı kəndində 1919-cu ildə inşa edilmiş Zaglı kəndi üzrə 1945-1947-ci illərə aid təsərrüfatbaşına kitabdakı 97 saylı təsərrüfatda qeydə alınmış fərdi yaşayış evinin onlar tərəfindən payları müəyyən edilmədən faktiki qəbul edilməsi faktının tanınması və 19 fevral 2020-ci il tarixli qeydin çıxarılması və həmin qeydə dair verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini adır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin oldugu yerin məhkəməsinə aiddir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hesab edir ki, hazırkı mübahisəyə miras əmlakın yerləşdiyi yeri üzrə, yəni Şabran Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmaga qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki işə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35.1, 44, 263-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2nın cavabdeh X2 qarşı miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, fərdi yaşayış evinə dair DƏDR-ki qeydin çıxarılması və həmin qeydə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2098/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2098/2022
26.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver