Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2112/2022 12.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(060)-9880/2017 nömrəli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(060)-9880/2017 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilib, Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü vəzifəsində hərbi xidmət keçməsi və 1992-ci ilin avqust ayında Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaralanması faktı müəyyən edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(060)- 9880/2017 nömrəli qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü vəzifəsində hərbi xidmət keçməsi və 1992ci ilin avqust ayında Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaralanmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992- ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü vəzifəsində hərbi xidmət keçdiyini və 1992ci ilin avqust ayında Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaralandığını, lakin həmin əsasları təsdiq edən sənəd olmadığından faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 12 iyul 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə şahid qismində çıxış edən X6 və X4 izahat verərək qeyd olunan faktı təsdiqləmişdilər. Eyni zamanda iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin rəyində, ərizəçinin məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) xəsarətin mövcudluğu müəyyən olunsa da, həmin xəsarətin mexanizmi və müddəti barədə məlumat vermək mümkün olmadığı göstərilmişdir. Hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Ərizəçi 1992-ci ildə hərbi xidməti getdiyi halda, onun hərbi qeydiyyatı mövcud olmalı idi. Məhkəmə ərizəçinin hərbi qeydiyyatının olub-olmadığını araşdırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin ərizəçi öz tələbini yalnız şahidlər əsasında təsdiq edə bilir ki, həmin izahatları da təsdiq edən sənəd mövcud deyildir. Bu hal mövcud ərizə tələbinin təsdiqi üçün kifayət etmir. Məhkəmə ərizəçinin yazılı sübutların olubolmamasına, faktın mötəbər sənədlərlə sübuta yetirilə bilib-bilməməsinə xüsusi diqqət yetirməlidir. Bundan əlavə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddənin məzmunundan göründüyü kimi, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni dövrdə və eyni hərbi hissədə olmasının təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin şahid qismində çıxış edən M.R.Sadıqov və Q.İ.Əsədov ərizəçi ilə sözügedən hərbi hissədə, eyni dövrdə xidmət keçdiyi təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında ərizəçiyə məxsus 040596 nömrəli müharibə veteranı vəsiqəsi mövcuddur və ərizəçiyə vəsiqə əsasında xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təsis olunmuşdur. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin ərizədə qeyd olunan fakt təsdiqinin Ərizəçi nə üçün lazım olduğu göstərilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Ərizəçi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası ərizəçinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Azərbaycan Respublikası MPMnin 307.1, 308-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü vəzifəsində hərbi xidmət keçməsi və 1992-ci ilin avqust ayında Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaralanması faktı barədə sənədləri başqa qaydada əldə də bilmədiyinə görə bu fakt müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən posessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ərizəçi məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992- ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü vəzifəsində hərbi xidmət keçmiş və 1992-ci ilin avqust ayında Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır. Lakin həmin əsasları təsdiq edən sənədi olmadığından faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 rəisi Siyahlı Qüvvələrin Baş Məhkəmə Tibbi Ekspertizasının K\327-2017 saylı ekspert rəyindən görünür ki, Ərizəçi məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) başın sağ alın nahiyyəsində bir ədəd, başın ön alın nahiyəsində, sağ orbitanın yuxarı kənar bərabərliyində bir ədəd, sol əlin 2-ci daraq sümüyünün diskal ucu səviyyəsində bir ədəd, sağ ayaq pəncəsini arxa səthində 1- 2-ci daraq sümüklərinin diskal ucu səviyyəsində bir ədəd köhnə çağıq toxumalar aşkar edilmişdir. Ərizəçi xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keşdiyinə görə, qeyd edilən xəsarətin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5 - 2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1992-ci ilin oktyabr ayında odlu silah mərmi patlaması zamanı əmələ gəlmələri də mümkündür. Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 2.0.5 və 4.2-ci bəndinə əsasən hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Hazırki iş üzrə ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən MPM-nin 306.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, ərizə tələbi üzrə maraqlı şəxs (Dövlət Sosial Müdafiə Fondu) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericiliyin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər öz əksini tapmışdır. Ərizə tələbi üzrə təsdiqlənmiş hərbi xidmət keçmə və yaralanma faktı qanunvericilikdə nəzərdə tutulmadığından fakt kimi təsdiq oluna bilməz. MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar göstərilməlidir. Lakin ərizədə qeyd olunan fakt təsdiqinin Ərizəçi nə üçün lazım olduğu göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İşə məhkəmədə baxılarkən hüquqi əhəmiyyətli olan faktın tanınmasının hüquq haqqında mübahisə olduğu müəyyən olunmuş və buna görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən prosessual hüquq normasının tələbinə əsasən hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz. MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmalıdır. MPM-nin 402-ci maddəsinə əsasən iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(060)-9880/2017 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü vəzifəsində hərbi xidmət keçməsi və 1992-ci ilin avqust ayında Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaralanması faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2112/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2112/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver