Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2119/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)- 732/2022 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1817B KOD 30401004 saylı və JN 1817A KOD 30401004 saylı Şəhadətnamələrdə mülkiyyətçi səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi və X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)-732/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1817B KOD 30401004 saylı və JN 1817A KOD 30401004 saylı Şəhadətnamələrdə mülkiyyətçi səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədlərin Ərizəçi və X4 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)-732/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən JN 1717B KOD 30401004 saylı və JN 1717A KOD 30401004 saylı X1 adı mülkiyyətçilər sırasında qeyd edilmişdir. Şabran Rayon Məhkəməsinin 21.07. 2022-ci il tarixli 2(031)-732/2022 saylı qətnaməsində hüquqi əhəmiyyətli fakt yox, X6 mülkiyyət hüququna xitam verilmiş, həmin paya digər şəxs - X2 mülkiyyət hüquqları müəyyən edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosesual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə mülkiyyət hüququna xitam verilməsi ilə bağlı məsələyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxmalı idi.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər siyahısında mülkiyyət hüququna xitam verilməsi ilə bağlı işlər əks olunmamışdır. Torpağın Mülkiyyətə Verilməsinə dair JN 1717B KOD 30401004 saylı və JN 1717A KOD 30401004 saylı Şəhadətnamələrin verilməsi Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli qərarı ilə verildiyi göstərilir. Eyni zamanda Ərizəçi ilə X7 17 avqust 2009-cu il tarixində nigahlarını rəsmi qeyd etmişdirlər. Belə ki, X7 islahat zamanı Ərizəçi ailə üzvü olmamışdır. Odur ki, Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)-732/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, dövlət aktı verilərkən arvadı X7 əvəzinə Bayramova Familə kimi qeyd edilmişdir. X7 onun ikinci arvadıdır. 1999-cu ildə ailə qurub, 2009-cu ildə nikaha giriblər. Həmin nikahdan 2002-ci il təvəllüdlü iki övladı vardır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)-732/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha¬ki¬min məruzəsini, ərizəçinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 493342 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X7 17 avqust 2009-cu ildə nikahlarnı rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1817B KOD 30401004 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən Ərizəçi və X5 mülkiyyətlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1817A KOD 30401004 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən Ərizəçi və X5 mülkiyyətlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış 25 may 2022-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1817B KOD 30401004 saylı və JN 1817A KOD 30401004 saylı Şəhadətnamədə qeyd olunmuş hüquq sahibinin ad, soyad və ata adlarının yazlışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materialları ilə müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1817B KOD 30401004 saylı və JN 1817A KOD 30401004 saylı Şəhadətnamə hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə mülkiyyət sahibinin soyadı, adı və ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı, adı və ata adı ilə düz gəlmir, DƏDRX də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş gəldiyi nəticəni də MPM-nin 305.1.1, 307.2.5, 308-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Ərizəçi ilə X7 17 avqust 2009-cu il tarixində nigahlarını rəsmi qeyd etmələrini, X2 islahat zamanı Ərizəçi ailə üzvü olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, maraqlı şəxs ərizəçinin qeyd edilən halları mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə düzəliş edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə ümumiyyətlə müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktubla torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə ad, soyad, ata adının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin idarənin səlahiyyətinə aid olmaması qeyd edilmişdir. Lakin ərizəçi qeyd edilən imtina məktubunu həmin imtinanı məhkəmə qaydasında mübahisələndiməlidir. Hazırda iş materiallarından görünür ki, ərizəçi belə bir müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)- 732/2022 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 306.4, 372.1, 372.6, 372.7, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şabran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(031)-732/2022 nömrəli qətnaməsi ləğv edilsin. ApelLyasiya şikayəti qismən təmin edilsin. Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2119/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2119/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver