Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2135/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyat ləğv edilməklə, həmin torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmışdır. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014cü il tarixli qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahələrinə onların vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onlar tələblərini onunla əsaslandırmışlar ki, ataları X22 16 avqust 2012-ci ildə vəfat etmişdir. Onlar atası ölənə kimi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində qeydiyyatda olduqları ünvanda onunla birlikdə yaşamışlar. Atası öləndə onlar azyaşlı olmuşlar və onun harada, hansı daşınmaz əmlakının olmasından xəbərləri olmamışdır. Bu yaxınlarda onlara bəlli olmuşdur ki, atalarının adına Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 3 yerdə torpaq sahəsi olmuş və həmin torpaqları atasının bacısı Cavabdeh1 öz adına rəsmiləşdirmişdir. Bununla əlaqədar sorğularına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavabda qeyd edilmişdir ki, ataları X17 adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 20.12.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0.08 ha, ********** qeydiyyat nömrəsi ilə 21.12.2011-ci il tarixində 0.08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. Habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir, lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun 30.09.2014cü il tarixli 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 adına 17.10.14-cü il tarixində qeydiyyata alınmışdır. Alınmış cavab məktubuna aydınlıq gətirmək üçün Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət etmişlər və Cavabdeh1 verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərini istəmişlər. Onlara bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən “Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir”. Eyni zamanda vərəsələrə miras şərikləri arasında mübahisə olduğu halda məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahələrinə onların vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və maddi və prosessual hüquq normaları baxımındanda əsassızdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar məhrum atalarında miras qaldığını iddia etdiyi 3 torpaq sahəsinə,yəni Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha və 0,12 ha torpaq sahələrinə iddia tələbi irəli sürərək həmin əmlaklara vərəsəlik hüquqlaram tanınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə iddia tələbi təmin edilərkən ona əsaslanmışdır ki, vərəsəlik şəhadətnaməsi verilərkən təlimatın tələbləri pozulmuş, qəyyumluq və himayəçilik komisyasına məlumat verilməmiş, habelə iddiaçıların adından onun valideyini Y.Əliyeva tərəfindən müvafiq ərizə verilə bilərdi, lakin vaxıntda hüquqları izah edilmədiyinə görə yetkinlik yaşma çatmayan iddiaçıların valideyinləri müvafiq ərizə verməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən miras əmlakın kütləsi, habelə miras əmlakın birinci növbəli vərəsələr tərəfindən qəbul edilib-edilməməsi, habelə miras əmlakln hazırki hüquqi statusu aydmlaşdırılmadan maddi hüquq normalaram pozulması ilə əlaqədar qətnamə qəbul edilmişdir. Belə ki, miras əmlakın 3 hissədən yəni torpaq sahəsindən ibarət olması və həmin torpaq sahələrinə dair 30.09.2014-cü il tarixli qanunüzrə vərəsəlik şəhadətnamələri ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və miras əmlak hesab edilən torpaq sahələrindən 0,08 ha torpaq sahələri 23.08.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələri ilə Turanə Məmmədovaya satılmışdır.Digər miras hesab edilən əmlak isə birinci instansiya məhkəməsinə təqdim edilmiş qanuni qüvvəsini almış Ağstafa rayon Məhkəməsinin 15.05.2013-cü il tarixli 2(105)- 444/2013 saylı qətnaməsi ilə müəyyən edilir ki, hazırki miras əmlak olduğu iddia edilən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 163,8 kvm olan yaşayış sahəsi üzərində X10 hüquqları tanınmış və həmin əmlak onun mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən isə iddiaçıların mirası qanunla müəyyən edilmiş qaydada qəbul edibetməmələri aydınlaşdırılmamışdır. Belə ki, iş materilları ilə müəyyən edilir ki, miras qoyan Zəfər Məmmədov 16.08.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MM-in 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçılar iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 2020-ci ilin noyabr ayında müraciət edərək, mərhum atalarından miras əmlak qaldığını, həmin miras əmlakı isə onlar yox digər vərəsə tərəfindən öz adma qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın aldığını, nəticədə onların hüquqlarının pozulduğunu göstərmişdir. Cavabdeh Mülki Məcəllənin 139,140, 1151, 1159.1.1, 1243, 1246-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə etsə də, bildirdi ki, qardaşından miras qalmış torpaq sahələrini ehtiyac üzündən 3000 manata satmışdır. Mirası qəbul edərkən o, notariusa qardaşının övladları olduğunu bildirməmişdir. Hazırda atalarına məxsus torpaq sahələrini satıb əldə etdiyi pulu hissə-hissə iddiaçılara qaytarmaq istəsə də, onlar 10000 manat tələb edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X18 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçılar mirası qəbul etməmiş və bunun üçün qanunvericilikdə müəyyən edilmiş müddəti buraxmışlar. Bundan əlavə mübahisəli 0,08 ha torpaq sahələri artıq özgəninkiləşdirilmişdir və həmin torpaq sahəsini əldə edən şəxs vicdanlı alıcıdır. Eləcə də, 0,12 ha torpaq sahəsi məəhkəmə qətnaməsi ilə X10 mülkiyyətinə keçmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya baxışı zamanı apelyasiya şikayətinin rədd edilməsini, məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Notarius məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı omadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2020-ci il tarixli məktubundan görünür ki, X14 adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 20.12.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0.08 ha, ********** qeydiyyat nömrəsi ilə 21.12.2011- ci il tarixində 0.08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir, lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun 30.09.2014-cü il tarixli, 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bacısı Cavabdeh1 adına 17.10.2014-cü il tarixində qeydiyyata alınmışdır. X17 adına Azərbaycan Respublikasının digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Yenə iş materiallarında olan AZ-İİ № 128194 saylı, 04.10.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1998-ci il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Ata qrafasında-X22, ana qrafasında X28 qeyd edilmişdir. Yenə də iş materiallarında olan İ-AZ № 129859 saylı, 14.12.2000-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu il tarixdə Ağstafa rayonu, A.Kəsəmən kəndində anadan olmuşdur. Ata qrafasında-X22, ana qrafasında X28 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Aşağı Kəsəmən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Aşağı Kəsəmən kəndində qeydiyyatdadır, anası: X28, bacısı: İddiaçı2dır. Yenə işə əlavə edilmiş AZ-İ № 856953 saylı, 08.04.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 16.08.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 30.09.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X17 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı-Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 21.12.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA ******* seriyalı nömrəli, 6 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi-ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarətdir. Yenə iş materiallarında olan 30.09.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X17 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı-Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 21.12.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA ******* seriyalı nömrəli, 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi-ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarətdir. Yenə də iş materiallarında olan 21.12.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X17 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı-Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair 26.12.2005-ciil tarixli JN-310 F Kod 50205018 nömrəli şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən müəyyən edilir ki, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən müəyyən edilir ki, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 27.11.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X17 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı-Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, RQİŞ1 tərəfindən 03.01.2005-ci ildə verilmiş AA №484557 seriya nömrəli, ** BN *** qeydiyyat nişanlı, 320 yük markalı, sisterna tipli, 1988-ci il buraxılışlı, kab497952 ban, açıq boz rəngli avtomaşından ibarətdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 27.11.2013-cü il tarixli arayışının surətindən görünür ki, X17 Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində nikah aktı qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Cavabdeh1 “ASAN Xidmət” mərkəzi notariat kontoruna ünvanladığı 30.09.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, X15 qalmış mirası əmlakını qəbul edir və X17 ondan başqa vərəsələri yoxdur. Yenə iş materiallarında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu X20 məktubundan görünür ki, X9nun bacısı-Cavabdeh1 vərəsə kimi tanınmışdır. Mərhum X2 rayon NK-da reyestr nömrəsi 4Ə/77 olan 14.04.2011-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayon A.Kəsəmən kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və 14.04.2011-ci il tarixdə həmin NK-da reyestr nömrəsi 4Ə/78 olan bağlanmış alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayon A.Kəsəmən kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair həmin əmlaka sahiblik hüququ əldə etmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 15.05.2013-cü il tarixli, 2(105)-444/2013 saylı qətnaməsinin surətindən görünür ki, X16, X6 və Cavabdeh1 ataları mərhum X3 qalmış mirasdan imtina qəbul edilmiş, ərizəçi X19 mərhum X7 1-ci növbəli vərəsəsi kimi tanınması və mərhum X3 miras qalmış Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 1145 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 163,8 kv.m yaşayış sahəsi 46.8 kv. olan yaşayış evinə və 0,74 hektar pay torpaq sahəsinə X13 vərəsəlik şəhadətnaməsi verilməsi, Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən mərhum X12 məxsus mirasın ərizəçi X19 tərəfindən qəbul edilməsi faktı müəyyən edilərək, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 1145 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 163,8 kv.m yaşayış sahəsi, 46,8 kvm olan mərhum X12 məxsus miras mülkə və 0,74 ha pay torpaq sahəsinə mülkiyyət hüququ ərizəçi X13 verilməsi və qətnamənin icrası Ağstafa rayon Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Qazax rayonu, Yenikənd kəndində yerləşən 2 otaqlı ümumi sahəsi 163,8 kv.m, o cümlədən yaşayış sahəsi 46,8 kv.m ibarət olan yaşayış evi X7 adına qeydə alınmışdır. İş materiallarında olan AN-İ №0772810 saylı, 23.08.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini 1500 (bir min beş yüz) manata X1. Yenə iş materiallarında olan AN-İ №0772809 saylı, 23.08.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini 1500 (bir min beş yüz) manata X1. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi qismən, mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıların ataları X22 16 avqust 2012-ci ildə vəfat etmişdir. Mərhumdan miras əmlak olaraq Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0,08 ha, 0,08 ha və 0,12 ha olmaqla üç torpaq sahəsi qalmışdır. Həmin vaxt iddiaçıların müvafiq olaraq 14 və 13 yaşları olmuşdur. İddiaçıların bildirdiyinə görə ataları öləndə onlar azyaşlı olduqları üçün onun harada, hansı daşınmaz əmlakının olmasından xəbərləri olmamışdır. Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontoru tərəfindən verilmiş 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601 reyestr nömrəli və 21.12.2014cü il tarixli, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında həmin əmlaklar mərhumun ikinci dərəcəli vərəsəsi olan bacısı Cavabdeh1 adına 17.10.2014-cü il tarixində qeydiyyata alınmışdır. Vərəsəlik şəhadətnaməsi alarkən Cavabdeh1 notariusdan mərhum qardaşının birinci dərəcəli vərəsəli olan iki övladının olmasını gizlətmişdir. Bundan sonra o, hər biri 0,08 ha olan torpaq sahələrini özgəninkiləşdirmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə sayılırlar. Yenə həmin Məcəllənin 1159.2-ci maddəsinə görə ölənin bacıları və qardaşları ikinci növbədə vərəsə hesab olunurlar. Mülki Məcəllənin 1160-cı maddəsinin tələblərinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, daha öncə qeyd edildiyi kimi iş üzrə cavabdeh mirası qəbul edərkən notariusa mərhum qardaşının birinci dərəcəli vərəsəli olan iki övladının olmasını bildirməmişdir. Halbuki, Mülki Məcəllənin 1300-cü maddəsinin tələblərinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. İşin tədqiq olunan faktiki hallarından göründüyü iş üzrə cavabdeh mərhum qardaşının övladlarının olduqları yeri bildiyi halda onların vərəsəliyə çağrılmasını təmin etməmiş, əksinə mərhum qardaşından qalmış miras əmlakı ələ keçirmək üçün, vərəsəliyi rəsmiləşdirərkən notariat kontorunda onların mövcudluğunu gizlətmiş, ondan başqa vərəsələrin olmamasını bildirmişdir. Mülki Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, notarius mirasqoyanın digər vərəsələri barədə məlumat olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, bu onun vəzifə borcu olmuşdur. Belə ki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yenə həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Daha öncə qeyd olunduğu kimi, Cavabdeh1 notariusa müraciət edərkən mərhumun birinci növbə vərəsələrinin olmasını notariusdan gizlətmiş, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib vərəsələrin dairəsinin dəqiq müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Notariat orqanı yalnız iddiaçının ərizəsini nəzərə alıb, onun ikinci növbə vərəsə olmasına əhəmiyyət verməmiş, 1959-cu ildə doğulmuş mərhum Zəfər Məmmədovun birinci növbə vərəsələrinin mövcudluğuna əsaslı ehtimallar olmasına baxmayaraq mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da iddiaçıların vərəsəlik hüququ, eyni zamanda qanun üzrə vərəsəlik zamanı növbəlilik pozulmuşdur. Şərh olunanlardan göründüyü kimi, X9nun birinci növbədə vərəsələri-övladlarının olması, Cavabdeh1 iknci növbə vərəsə kimi vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, cavabdehin mirasqoyan qardaşının övladlarının azyaşlı olmalarından sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. İşin tədqiq olunan hallarından göründüyü kimi Cavabdeh1 miras əmlaklardan Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi ünvanında yerləşən, hər birinin sahəsi 0,08 ha olan iki torpaq sahəsini cəmi 3000 manata X1. Məhkəmə kollegiyası X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş, lakin o, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəblərini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəfin əsas dəlillərindən biri də, məhz X8 vicdanlı alıcı olması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, əslində bu hal diqqəti cavabdehin qanunsuz hərəkətlərindən yayındırmaq məqsədi güdür. Çünki hazırda tələb yalnız Cavabdeh1 qarşı yönəlmişdir və məqsəd onun qanunsuz hərəkətləri nəticəsində iddiaçıların pozulmuş vərəsəlik hüquqlarının bərpasıdır. Cavabdeh tərəfin də istinad etdiyi “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən özgəninkiləşdirilmiş torpaq sahələri Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşir. Yenə iş materiallarından bəlli olur ki, istər iddiaçılar, istərsə də həmin torpaqların alıcısı X11 həmin kəndin sakinləridir. Bu baxımdan hazırda qeyd edilən alqı-satqı müqavilələri birbaşa mübahisə predmeti olmasa da, məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə belə bir mübahisə ehtimalının ola biləcəyini nəzərə alınsa, həmin vaxt alıcının vicdanlı alıcı olubolmamasına müvafiq araşdırma nəticəsində qiymət verilə bilər. Digər tərəfdən, istinad olunan Qərardan göründüyü kimi KM mövqeyi ondan ibarətdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Nəzərə alsaq ki, iddiaçılar mərhum atalarından miras qalmış əmlak paylarını tələb edirlər, belə olan halda onların mülkiyyət hüququ müdafiə olunmalıdır. Cavabdeh tərəf 0,12 ha torpaq sahəsi ilə bağlı əsas dəlil olaraq onu irəli sürür ki, həmin torpaq və üzərində yerləşən yaşayış evi Ağstafa Rayon Məhkəməsinin 15.05.2013-cü il tarixli qətnaməsi ilə X10 mülkiyyəti kimi tanınmışdır. Məhkəmə kollegiyası məsuliyyətdən yayınmaq üçün cavabdehin gətirdiyi bu dəlili də əsassız hesab edir. Əvvəla, işdən göründüyü kimi qeyd edilən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 21.12.2014-cü ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və onun həmin torpaq sahəsinə dair hüququ 27.01.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin istinad etdiyi 15.05.2013-cü il tarixli qətnamə əsasında Mətanət Məmmədovanın əldə etdiyi 1145 kv.m torpaq sahəsi və üzərində yerləşən ev isə mərhum ataları X3 miras qalmış əmlakdır və Zəfər Məmmədovdan miras qalmış əmlaka aidiyatı olmadığı kimi, hazırki mübahisəyə də aidiyyatı yoxdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601 və 21.12.2014-cü il tarixli, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası, işə baxan məhkəmənin mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması barədə gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, iddiaçıların mirasqoyan Zəfər Məmmədovun övladları olaraq birinci növbə vərəsə olmaları işin mübahisəsiz halıdır. Miras əmlaklara dair vərəsəlik hüquqlarının gerçəkləşdirilməsi də onların hüququdur. Lakin bunun üçün müvafiq hərəkətlər edilməli, notariat ofisinə müraciət olunmalı, zərurət yaranarsa mirasın qəbul edilmə müddətinin uzadılması üçün məhkəməyə müraciət edilməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1, eləcə də notariat ofisi tərəfindən Zəfər Məmmədovdan miras qalmış torpaq sahələrinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən kobud qanun pozuntusuna yol vermişdir. Ona görə də həmin şəhadətnamələr etibarsız hesab edilməli və onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər, yaxud həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən tamamilə və ya qismən ləğv edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin izah edir ki, iddianın hazırki formada qismən təmin edilməməsi, iddiaçıların yuxarıda qeyd edilən qaydada miras əmlaklara dair vərəsəlik hüquqlarının gerçəkləşdirilməsi üçün müvafiq hərəkətlər edib, notariat ofisinə müraciət edilməsini, zərurət yaranarsa mirasın qəbul edilmə müddətinin uzadılması üçün məhkəməyə müraciət edilməsini istisna etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601 və 21.12.2014-cü il tarixli, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2135/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2135/2021
27.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver