Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2149/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi tələbinə» dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)-2149/2021 saylı qərardadından iddiaçı Bağırova Sevinc Fazil qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(060)-926/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim Azər İsmayılov). Hazırda İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(060)-926/2021 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(060)-926/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardaddn narazıdır. Məhkəmə gəldiyi nəticəni MPM-nin 259.0.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Lakin hesab edir ki, payın vərəsəlik qaydasında keçməsi üçün noptariat ofisinə mürqaciət etməli deyildir. Cavabdehlərdən biri, yəni Cavabdeh2 artıq mirası qəbul etdiyi halda qərardadda göstərilmişdir ki, Cavabdeh2 miras əmlakı qəbul qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Müraciəti əsasında Sumqayıt “Asan Xİdmət” Mərkəzinin Notariat Ofisindən bildirmişlər ki, Cavabdeh2 atasından qalmışəmlakı çoxdan qəbul etmiş, digər vərəsə olan Cavabdeh1 miras qəbul etmədiyinə görə payı açıq qalmışdır. Məhkəmənin göstərdiyi MPM-nin 259.0.1-ci maddəsinə görə ərizənin baxılmamış saxlanılmasına o halda yol verilir ki, bu ya qanuvericiliklə, ya da tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Hazırki işdə isə tərəflər arasında müqavilə yoxdur. Qanunvericilikdə payın vərəsəlik qaydasında keçməsi zamanı məhkəmədən kənar həll nəzərdə tutulmamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)- 2149/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsini geri qaytarılması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının payın vərəsəlik qaydasında keçməsi ilə bağlı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün müvafiq olaraq notariat ofisinə müraciət etməsi barədə sənədi iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gələrkən prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi payın vərəsəlik qaydasında keçməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarda göstərilən kateqoriyaya dair işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qanunda nəzərdə tutulmamışdır. Həmçinin bu kateqoriya işlər üzrə belə bir sübutun iddia ərizəsinə əlavə edilməli olması qanunvericiliklə müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünü rki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 miras əmlakla bağlı notariat ofisinə müraciət etməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə 01.06.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26.08.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. Digər vərəsələr Cavabdeh1 -1/3 pay, Cavabdeh2 1/3 pay açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 01.06.2020-ci il tarixli vərəsəlik hüququ haqqında aşəhadətnamədən görünür ki, 26.08.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak 2010-cu il buraxılışlı, ** DH *** dövlətt nömrə nişanlı Hyundai Santafe markalı minik avtomobildir. Əmlakın ½ hissəsinə mülkiyyə hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr Cavabdeh1 -1/6 pay, Cavabdeh2 1/6 pay açıq saxlanılmışdır. Göründüyü kimi, iddiaç miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, digər vərəsələrin payı açıq olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən iddiaçının məhkəmə müdafiəsi hüququ məhdudlaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)-2149/2021 saylı qərardadı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)-2149/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi tələbinə» dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2149/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2149/2021
08.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver