Məhkəmə qərarları › İş №2(105)-2162/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2162/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2162/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(060)-4118/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii X6nın pozulması haqqında aktda ünvan 1 ünvanında İddiaçı adına açılmış məişət qaz sayğacına kənar xətt qoşulduğu qeyd edilmişdir.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 51840 m3 müəyyən edilmişdir.

3. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 6220.80 manat borc hesablanmışdır. Həmin saldodan müəyyən olunur ki, abonent tərəfindən sonuncu dəfə 2000 manat məbləğində ödəniş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı xx.xx.2023-cü il tarixli aktla ona hesablanmış 6220,80 manat borcun abonent hesabından qanunsuz və əsassız olması səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh kimi Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsi əvəzinə Cavabdeh İB-nin nəzərə alınmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı abonent kodu **********08210 olmaqla ünvan 2 ünvanda yerləşən mənzilin sakini və mülkiyyətçisidir. 25 aprel 2023-cü il tarixdə cavabdehin əməkdaşları fərdi yaşayış evinə gələrək az əvvəl dəyişdiyi sayğaca baxış keçirərək hesab etmişlər ki, qeyri-qanuni qaz xətti vasitəsilə qazdan istifadə edilmişdir, halbuki onun ümumiyyətlə sayğaca hər hansı bir müdaxiləsi olmayıb. Cavabdeh müəsissə hesab etmişdir ki, 360 gün müddətində 24 saat qazdan istifadə artıq etməklə o, 51840 kub metr qaz istifadə etmişdir, 6220,80 manat bir ilə borcu yaranmışdır. Həmin borc ******* saylı xx.xx.2023- cü il tarixli akt əsasında hesablanmışdır. Halbuki, 2022-ci ildə o, cəmi 324 manatlıq qaz istifadə etmişdir, 2023-cü ildə 4 gözlü qaz plitəsi, qızdırıcı radiator peçi və samovar kimi cihazı qeydə alınmışdır. Aylıq 500 manatdan çox sakin olaraq qaz istifadə etməyi mümkünsüzdür. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) 28 sentyabr 2023-cü il tarixli, 2(060)-4118/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanına (abonent kodu: **********08210) hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın tərtib edilməsi ilə bağlı videogörüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslərin məhkəməyə şahid qismində təqdim edilməsi cavabdehə təklif edilsə də, nə videogörüntü məhkəməyə təqdim edilməmiş, nə də məhkəmə iclasında həmin şəxslərin iştirakı təmin olunmamışdır. Həmçinin məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər kserosurət olmaqla həmin şəkillərə əsasən iddiaçının mənzilində kənar xətdən istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Beləliklə, yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda qazdan kənar xətt vasitəsilə istifadə edildiyini sübut etmək yükü cavabdehin üzərinə düşsə də cavabdeh mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edib ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına hesablanmış 6220.80 manat məbləğində borc silinməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6na, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh ”Azəriqaz” İB qətnamədən apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İB-nin nümayəndələri İddiaçı yaşadığı ünvan 3 ünvanında sayğaca baxış keçirərkən, sayğacdan kənar qeyriqanuni xətt (video görüntü və fotoşəkillər mövcuddur) aşkarlamış, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii X6nın pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-yə göndərilmişdir. Həmin akta uyğun tələbnaməyə əsasən iddiaçının abonent koduna 51840 m qaz sərfiyyatına görə 6220.80 məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Qeyd olunan borc məbləği itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Qətnamə qəbul edən məhkəmə təqdim edilmiş sənədlərin heç birini nəzərə almamış, iddianın təmin edilməsinə heç bir əsas olmadan borcun silinməsi barədə əsassız qətnamə qəbul etmişdir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış, cavabdehin nümayəndəsinin iştirakını təmin etmədən formal əsaslarla iddia tələbini təmin etmişdir. Abonentə hesablanmış borc məbləği təbii qazdan qeyri-qanuni istifadə nəticəsində itirilmiş qaz sərfiyyatının həcmidir. İddiaçı yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bu fakt cavabdehin əməkdaşları tərəfindən aktla rəsmiləşdirilmiş və faktı təstiq edən hallar videogörüntü ilə qeydə alınmışdır. Eyni zamanda iddiaçı həmin borcdan 2000 manat məbləğində ödəniş etməklə borcunun mövcudluğu etiraf etmişdir. Lakin işə baxan məhkəmə lazımı qaydada araşdırma aparmamış və iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasları barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil olunmamışdır. Hazırda təqdim edilən “cd” diskdəki görüntülərin hansı ünvana aid olması, habelə həmin görüntülərdə sayğacdan kənar xəttin mövcudluğu anlaşılmır. Bu görüntülər əsasında iddiaçının təbii qadan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlmək olmaz. Əgər cavabdehin əməkdaşları belə bir faktı müəyyən etmişdilərsə, bu faktlar abonentin iştirakı ilə aktla rəsmiləşdirilməli idi. İşə baxan məhkəmə iş üzrə obyektiv araşdırma aparmış və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın

1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

17. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(060)-4118/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(060)-4118/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirir.

24. İddianı təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının sayğacdankənar xətdən istifadə etməsini əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, təqdim edilmiş sənədlər də oxunaqsız vəziyyəydə olan fotoşəkillərdən ibarət olmuşdur.

25. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, borcun hesablanmasına əsas olan tələbnamə və akt cavabdeh təşkilat tərəfindən qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür

26. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı özünə məxsus mənzildə müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edir.

27. Öyrənilən iş materiallarında Abonentin saldosu adlı sənəddən görünür ki, 2022-ci ildə 324 manat, 2023-cü il tarixdə isə bir dəfəyə 2000 manat məbləğində ödəniş edilmişdir.

28. İşin mübahisəsiz halından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii X6nın pozulması haqqında akt” da ünvan 1 ünvanında İddiaçı adına açılmış məişət qaz sayğacına kənar xətt qoşulduğu qeyd edilmişdir. Qeyd olunan akt əsasında dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə tərtib edilmiş və iddiaçıya məxsus ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 51840 m3 müəyyən edilmiş və itirilmiş təbii qazdan istifadəyə görə iddiaçıya 6220.80 manat məbləğində borc hesablanmışdır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın yuxarıda qeyd olunan bəndlərinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;

31. 3.1.11-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.

32. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

33. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

34. 6.5-2-ci bəndə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

35. 6.5-3-cü bəndə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

36. 6.5-4-cü bəndə əsasən Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

37. 6.6-cı bəndə əsasən Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, iddaçıya məxsus ünvanda qaz sayğacının yoxlanılması zamanı təbii qazdan qeyri-qanuni istifadə faktının müəyyən edildiyi və bu faktın təbii X6nın pozulması haqqında aktla rəsmiləşdirildiyi xx.xx.2023-cü il tarixdən sonra qaz paylayıcısı olan şəbəkə heç bir əhəmiyyətli tədbir görməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər.

39. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır və əlavə olaraq bildirir ki, Azəriqaz İB tərəfindən iddiaçının yaşadığı (abonent kodu: **********08210) ünvanda təbii X6na riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Azəriqaz İB tərəfindən hərəkətsizlik edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X6”nın 6.5-ci bəndinə riayət edilməmiş, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.

40. Kollegiya həmçinin onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli akt əsasında “dəymiş ziyanın bərpasına dair” eyni tarixli tələbnamə adlı sənədə əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sonda itirilmiş təbii qazın həcmi 51840 (6x24x360) kub metr müəyyən edilmişdir.

41. Cavabdeh tərəf bu qayadada hesablamanının özlərinin daxili əmri əsasında aparıldığını əsaslandırmağa çalışmış, lakin hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

42. Kollegiya cavabdeh orqanın bu qaydada aparmış olduğu hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.

43. Kollegiyanın qənaətinə görə Qaydalara uyğun olaraq hesablama apardıqda İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə qaz sərfiyyatı 12960 kub.m.təşkil edir (6 x 24 x 90 = 12960 kub.metr) ki, bununla bağlı yaranmış ziyan abonent tərəfindən artıq ödənilmişdir.

44. Kollegiya qeyd edir ki, bu kimi mübahisələrin həllində işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(060)-4118/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar