Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2166/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, X3 və X11 qarşı “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə mürasiət edərək, Sumqayıt şəhəri, 3-sü m/rayon, ev 56/1, 16 nömrəli mənzilə dair daşınmaz əmlakın Dövlət reyestrində 255 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində X1 adına aparılmış qeydiyyatın və xx.xx.2014-sü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, mübahisəli mənzilin X4 tərəfindən X11 bağışlanması barədə bağışlama müqaviləsinin, habelə daşınmaz əmlakın Dövlət reyestrində 255 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində X9 adına aparılmış qeydiyyatın və xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, X3 və X11 qarşı «qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların etibarsız hesab olunması tələbinə» dair iddia ərizəsi üzrə mülki işin icraatı dayandırılmışdır. İddiacı İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki icraatın təzələnməsini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. (Rəşad Qoşqarlı) Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, mülki işin icraatının təzələnərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, qeyd olunan mülki iş üzrə icraat dayandırılmışdır. Həmin vaxt iş üzrə icraatın dayandırılma əsası kimi, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi, X4, X11 qarşı “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə dair kassasiya məhkəməsi tərəfindən hələki hüquqi qiymət verilməməsi əsas gətirilmişdir. Əslində, həmin vaxt Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən xx.xx.2019-cu il tarixli qərarı elan edilsə də, tərəflərə rəsmi olaraq çatdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı təqdim edildikdən sonra, onun mülki iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından məhkəmə qərarını məlumat üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmiş, hazırki iş üzrə icraatın təzələnməsi xahiş etmiş, ərizəsi təmin edilməmişdir. Qərardadı qanunsuz və əsassız sayır. Belə ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi, X4, İddiaçı qarşı “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə kassasiya məhkəməsi tərəfindən baxılarkən də Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında iddiaçı X5 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş olmuş və həmin işə yekun verilməmişdir. Həmin zaman apellyasiya və kassasiya məhkəmələri qeyd olunan mülki işə əhəmiyyət vermədən onun “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə mahiyyəti üzrə baxmış, nəticə olaraq xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Əksinə, həmin mülki işə baxılanadək Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işin də icraatı dayandırılmışdır. İcraatı dayandırılmış, hansı ki baxılması kassasiya məhkəməsinin icraatında olan mülki işdən asılı olan işə görə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən hazırki işin icraatının təzələnməsindən imtina edilməsi yolverilməzdir. Sadə məntiqlə düşünsək belə nəticəyə gəlmək olar ki, hazırda Sumqayıt Apel|yasiya Məhkəməsinin icraatında iddiaçı X5 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki olduğu halda da İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi, X4, X11 qarşı “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələbinə dair işə baxıldığı və mahiyyəti üzrə qərar qəbul edilibsə, qeyd olunan sənədlərin etibarsızlığı üzrə tələbə də mahiyyəti üzrə baxılmalı və yekun məhkəmə qətnaməsi qəbul edilməlidir. Hazırki mübahisəyə baxılması üçün heç bir maneə mövcud deyildir. Əslində hazırki mübahisə həll ediləmədən Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki işin icraatı dayandırılmalıdır və kassiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq hazırki mübahisə həll edilənədək qeyd olunan mülki işə baxılmamalıdır. İddianın baxılmamış saxlanılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(060)-8114/2019 nömrəli qərardadı ləğv edilərkən də, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılması birinci instansiyası məhkəməsinə tapşırılmış, ləğv və etibarsızlıq anlayışlarına izah gətirilmişdir. Bunda əlavə xüsusi diqqətə çatdırılmalıdır ki, artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx xxxxxx 2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmış, onun tərəfindən xx xxxxxx 2017-ci il tarixdə X11 bağışlanmış, xx xxxx 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X9 adına qeydə alınmışdır. X10 heç zaman mübahisəli mənzilə mülkiyyət hüququna malik olmamış, özəlləşdirmə aparılarkən mənzili əvəzsiz özəlləşdirmək hüququndan X2 xeyrinə imtina etmişdir. X5 ümumiyyətlə həmin iddianı irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Odur ki, İddiaçı şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Sumqayıt şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair mülki iş Sumqayıt Apelyasiya Məhkəməsində baxılanadək, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, X3 və X11 qarşı «qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların etibarsız hesab olunması tələbinə» dair mülki işin icraatının dayandırılmasını, Sumqayıt Apelyasiya Məhkəməsində iddiaçı X5 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair mülki işin icraatda olduğu və yekun verilmədiyi üçün hazırki iş üzrə icraatın təzələnməsinin mümkün olmamasını müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunverciliyə uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş iddiaçı X5 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)16377/2017 saylı, xx.xx.2017-ci il tarilxi qətnaməsi ilə cavabdeh İddiaçı Sumqayıt şəhəri, 3-cü mkr, ev 56/1də yerləşən 16 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)285/2019 saylı qərardadı ilə həmin işin icraatı iddiaçı X1 cavabdeh X6 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə və İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, X3 və X11 qarşı “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğvi” tələbinə dair mülki işlərə baxılıb qurtaranadək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırır. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandıra bilər. İddiaçı hazırki iş üzrə icraatın təzələnməsini xahiş etsə də, iş üzrə icraatın dayandırılmasına əsas olan digər mülki işin gedişatı, eləcə də həmin iş üzrə qəbul edilmiş hər hansı qərarı təqdim etməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq işin dayandırılmasına əsas olmuş digər iş üzrə yekun qərar qəbul edilmədiyindən hazırki iş üzrə icraatın təzələnməsi barədə ərizəni təmin etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2166/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2166/2020
04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver