Məhkəmə qərarları › İş №2(105)-2171/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2171/2021

21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2171/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyana görə pulun tutulması tələbinə dair iddiası üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı İB Cavabdeh qarşı maddi ziyana görə pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2430 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2460 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh mülki işin ərazi aidiyyəti ilə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin ərazi aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qərardadda göstərmişdir ki, istehlakçının hüquqlarının müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə və ya müqavilənin bağlandığı, icra edildiyi yerə görə verilməsi hüququ mülki prosessual qanunvericiliklə müəyyən olunmuşdur. Hazırda müqavilənin bağlandığı yer və ya icra edildiyi yer Abşeron rayonu, Masazır kəndi 431 saylı mənzil olduğundan iddia ərizəsi qanunun tələblərinə uyğun olaraq Abşeron Rayon Məhkəməsinə verilmişdir. Yardımlı rayonundan gəlmək onun üçün çətinlik törədir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(012)-1880/2021 saylı qərardadının ləğv edilməsi və iddianın aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birini instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, DİN-nin BPQMİ-nin Maps şöbəsinin 21.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Yardımlı rayonu, Talavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qeyd edilən aktlar istehlakçının yaşadığı ünvan 1 ünvanı üzrə quraşdırılmış qaz sayğacı üçün tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi, qanunvericilik iddianın cavabdehin rəsmi qeydiyyatda olduğu yerə görə verilməsini göstərdiyi halda, eyni zamanda istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilməsi hüququnu da tanıyır. Hazırda müqavilənin bağlandığı yer və ya icra edildiyi yerə ünvan 1 ünvanı olduğundan iddia ərizəsi qanunun tələblərinə uyğun olaraq Abşeron rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, məhkəmə işin araşdırılan hallarını və qanunun tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyana görə pulun tutulması tələbinə dair iddiası üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh Firudin oğlunun şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli 2(012)-1880/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar