Məhkəmə qərarları › İş №2(105)-2180/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2180/2022

01.11.2022 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2180/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-1023/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-1023/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməsmişdir (hakim Habil Əhmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-1023/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndələri X11 arasında xx.xx.2013-cü il tarixdə Dövlət Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasında Cavabdeh2 vəkili Vəkil şifahi vəsatət verərək qanuni nümayəndə qismində Qanuni nümayəndə çıxış etməli olduğunu bildirmiş, bu səbəbdən də, X3 əsl Qanuni nümayəndə ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, Qanuni nümayəndə Cavabdeh1 qanuni nümayəndəsi qismində işə cəlb olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Adgözəlov küçəsi , ev 36 1865-ci ildə ildə inşa olunub və həmin evdə onun valideyinləri yaşamışdır. Həmin ev sonradan atası X12 mülkiyyətində olmuş və atası 13 mart 1977-ci ildə vəfat edəndən sonra 3 noyabr 1977-ci ildə Abşeron rayon Dövlət Notariusu “X15 Haqqında Şəhadətnamə əsasında ” həmin evə onun vərəsilik hüququ tanınmışdır. 1989-cu ildə yaşadığı evin Texniki Pasportu yenidən onun adına hazırlanmışdır. Həmin evdə o, oğlu Qurban, gəlini və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 ilə birlikdə yaşamışlar. Lakin sonradan oğlu vəfat etdiyindən və gəlini övlalarını (nəvələrini ) özü ilə apardığından evdə tək yaşayır . Bir müddət sonra gəlini onun bütün problemlərini həll edəcəyini və ona qulluq edəcəyini bildirdiyindən öz aralıarında belə qərara gəlmişlər ki , gəlini ona ömrünün sonuna kim baxacağını öz öhdəsinə götürməsini nəzərə alaraq , mülkiyyətindəki evini nəvələri- Cavabdeh2 və Cavabdeh1 adına bağışlanma qaydası ilə keçirsin. 1939-cu il təvəllüdlü olduğundan və əmək qabiliyyəti olmadığı üçün yaşadığı ev barəsində sonradan başqa problemlər olmasın deyə 2013-cü ildə “Bağışlama müqaviləsi “ əsasında evin bağışlanması üçün Abşeron rayon Xırdalan şəhərində yerləşən Dövlət Notariat Kontoruna gəlmiş, xx.xx.2013-cü il tarixində “Bağışlanma müqaviləsin” Dövlət Notariat Kontorunda reyestr qeydiyyatdından keçmiş və Bağışlanma müqaviləsini bir tərəfdən o, digər tərəfdən isə nəvələri yetkinlik yaşına çatmadığı üçün onların əvəzinə X11 imza etmişdir. Oğlu vəfat edəndən sonra gəlini nəvələrini götürüb evdən getmişdir. O zaman elə başa düşmüşdür ki, bağışlanma müqaviləsi təsdiq edildikdən sonra gəlini və nəvələri evə gələrlər və birlikdə yaşayarlar. Lakin gəlini övladlarını götürərək harasa çıxıb getmiş və evdə tək yaşayır. Həmin vaxtlardan həm özünü , həm də evi saxlamaqda çətinliklər çəkirdi . Ona görə dəfələrlə gəlininə nəvələrini evə gətirməyi , ona kömək etməyi bildirsə də gəlini sözünə baxmamışdır. Sonradan özünə lazım olan ərzaq və digər ləvazımatlar almaq üçün getdikdə , yolda onu avtomaşın vurmuş və ağır xəsarət alaraq uzun müddət xəstə yatmışdır. Bu müddətdə nəvələri və gəlini yanına gəlməmiş və qullğunda dürmamışlar. Xəstə olduğu müddətdə qayğısını qonşular və digər yaxınları çəkmişlər. Artıq uzun müddətdir ki , nə nəvələri , nə də gəlini evə gəlmir və evin probemləri ilə maraqlanmırlar. Hazırda hesab edir ki , evi nəvələrinin adına keçirərək aldadılmışdır. Ona görə “Bağışlanma müqaviləsi ” üzrə tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri layiqincə icra etmədikləri üçün ləğv edilməlidir. Bağışladığı ev sənədlə cavabdehlərin adına qeydiyyatdan keçsəd ə , lakin cavabdehlər evin və onun qayğısını çəkmirlər . Elə başa düşür ki , bağışladığı ev cavabdehlərə lazım deyil və onlar onun dünyasını dəyişməyini gözləyir ki , evi başqa bir şəxsə satsınlar. Bağışlanma müqaviləsinə əsasən , tərəf əmlakı qəbul etməmişdir və müqavilə formal xarater daşımışdır. Lakin o zaman mənzilin bağışlanma üzrə sənədləri, cavabdehlərin adına keçirilməsinə baxmayaraq , müqavilə üzrə bağışlanmış mənzildə, həmin şəxslər bağışlanmadan sonra bir gün də olsun mənzildə yaşamamışlar. Həmçinin qeyd edir ki , ümumiyyətlə tərəflər arasında bağlanmış müqavilənin hüquqi əsası olmayan müqavilədir. Belə ki, cavabdeh tərəfindən bağışlanma müqaviləsinə imza etmiş X3 Bağışlanma Müqaviləsini imzalamaq hüquqi olmamışdır. Belə ki, İslamova Arzu qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxslərin qanuni nümayəndəsi hesab edilə bilməzlər . Belə ki, cavabdehlərin o zaman qanuni nümayəndələri onların anaları Qanuni nümayəndədır. Lakin mübahisəli işə baxan 1-ci instansiya məhkəməsi nədənsə həmin halı nəzərə almamışdır. Yetkinlik yaşına çatmayanların qanunüzrə nümayəndəsi olduğu halda, hansısa işə aid olmayan X9 və Hüsniyyə Gencin imzaları ilə , güya X3 notariat kontorunda nümayəndə olmalarına etirazlarının olmadıqlarını bildirən ərizələri əsasında bağışlanma müqaviləsinə imza etməsi əsasızdır. Ona görə hesab edir ki , onunla qızı X11 arasında mənzilin Bağışlanması haqqında müqavilə ləğv edilməlidr. “Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur “. Belə ki , məhkəmə prosesində cavadehin nümayəndəsi bağışlama müqaviləsindən sonra cavabdehlərin mənzilə gəlməməməsi və mənzili qəbul etməməsi o deməkdir ki , bağışlanma müqaviləsi üzrə əhdəliyi yerinə yetirməmişlər. Lakin məhkəmənin bu halı nəzərə almamasını başa düşmək olmur. Həmçinin Bağışlanma müqaviləsi üzrə yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi əvəzinə , başqa şəxsin imza etməsi, həmin müqavilənin etibarsız olduğuna dəlalət edir. Məhkəmə qətnamədə göstərir ki, güya formal bağlanmış müqavilə hər hansı bir şərtlə şərtləndirilməmişdir. Məhkəmənin müqavilənin formal şərtlərinə istinad etməsi məntiqsizdir. Belə ki , müqavilədə formal olaraq göstərilməsə də lakin müqavilənin bağlandığı anda övladının vaxtsız vəfat etməsi , yaşının çox olması və xəstəliyi ona dəlalaət edir ki, mülkiyyətində olan və yaşadığı mənzili yalnız kimsəsiz qalmayacağı təqdirdə bağışlayacaqdır. Lakin müqavilə bağlanmasından bir neçə il keçməsinə baxmayaraq, nəvələrinin yanına gəlməməsi və yataqdan qalxa bilmədiyi vaxtlarda əlindən tutmamaları ona dəlalət edir ki, mənzili onlara lazım deyil. Həmçinin məhkəmə Bağışlanma müqaviləsinin ona hüquq çatmayan şəxs tərəfindən imza edilməsinə, güya İcra Hakimiyyəti tərəfindən razılıq verilməsi kimi izah etməsi qanunsuzdur. Qeyd edir ki, bağışlama müqaviləsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması müqavilənin bağlandığı andan etibarsızlığına dəlalət edir . Lakin işə baxan məhkəmə bu hala da obyektiv qiymət verməmişdir. Odur ki, apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-1023/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, bağışlanma müqaviləsinin ləğv edilməsi, evin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, qeyd edilən mənzil onun ərinə verilmiş mənzil olub. Əri öldüyündən mənzil uşaqlarına çatmalıdır. Əri öləndən sonra 3 baldızı onu döyərək evdən qovub. 10 ildir kirayədə yaşayır. Bağışlanma müqaviləsinin ləğv edilməsinə əsas yoxdur odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli İİ-AZ № 027274 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “İslamova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 274486 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 36 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası X1r. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 383394 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2007-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1224 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası Qanuni nümayəndədır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 552699 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 250 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 55 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatda olan X5, X3, Hüsniye Gencin imzaları ilə təsdiq olunmuş ərizələrdən görünür ki, onlar İddiaçı məxsus olan Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evin bağışlanmasına etirazlarının olmadıqlarını bildirmişlər. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubundan görünür ki, İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasına ünvanladığı xx.xx.2013-cü il tarixli İ-1381 saylı ərizəyə Komissiyada baxılmış, Komissiya İddiaçı adına olan Xırdalan şəhəri M.Adıgözəlov küçəsi, ev 36-nın azyaşlı nəvələri xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 adına sənədləşdirilməsinə və onların əvəzindən bibisi X3 Dövlət Notariat Kontorunda bağışlanma və alqı-satqı müqaviləsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bank müəssisələrində müvafiq sənədlərə imza etməyinə etiraz etməmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Kontorunun notariusu X6 tərəfindən təsdiq olunmaqla xx.xx.2013-cü il tarixli 4Ə/1954 reyestr nömrəli ev bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evini hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə alan isə fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev Cavabdeh1 və Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 55 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********4910301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli **********49-10301 saylı texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan X3 Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlandığı xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X11 izahatında uşaqların adından çıxış etmək, imza etmək və sairə tədbirlər görməyin səlahiyyəti xaricində olduğunu, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubunun etibarsız sayılmasını, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 qəyyumunun birmənalı olaraq bioloji anası Samirə xanım olduğunu bildirmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Dövlət Notariat Kontoruna ünvanlandığı İ-89-099 saylı məktubdan görünür ki, İslamova (Yəhyayeva) Samirə Balənməd qızının etdiyi müraciətə Komissiyada baxılmış, Komissiya Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubunu etibarsız saymış və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 qəyyumu valideyni İslamova (Yəhyayeva) Samirə Balənməd qızı hesab edilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 128- 338 saylı məktubundan görünür ki, Qanuni nümayəndə ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, baldızı X3 nənəsini ziyarətə gedən qızı Cavabdeh2 incitdiyini, evdə rahatlıq vermədiyini, evdən qovacağı ilə hədələdiyini bildirərək tədbirlər görülməsini xahiş etmiş, X11 isə yazdığı izahatında Qanuni nümayəndə bir ana kimi övladlarına baxmadığını, uşaqlarına özünün baxdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, xx.xx.2007ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan müqavilədən daha sonra görünür ki, müqavilə hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh1 və Cavabdeh2 adlarından azyaşlı olduqları üçün Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubu əsasında X11 tərəfindən imza edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixli, 4Ə/1954 reyestr nömrəli bağışlama müqaviləsinin tərəfləri hədiyyə verən İddiaçı ilə hədiyyə alanlar Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X11 çıxış etməklə, həmin müqavilə Abşeron rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 4Ə/1954 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmiş, müqavilə tərəflərin iradə ifadəsinə uyğun olaraq imza edilərək təsdiq olunmuşdur. Hədiyyə alanlar fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul etməklə həmin əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunmuş, başqa sözlə, fərdi yaşayış evinin hədiyyə verilməsi ilə cavabdehlər “zənginləşmişlər”. Göründüyü kimi, bağışlama müqaviləsi onun etibarlı hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmışdır. İddiaçı iddia tələbində Mülki Məcəllənin 670.1-ci maddəsinə istinad etməklə, hədiyyə verdiyi şəxslərin, yəni nəvələri Cavabdeh2 və Cavabdeh1 ona baxması, qulluq göstərməsi şərtilə evi bağışladığını qeyd etsə də, tədqiq olunmuş müqavilədə hədiyyə alanların sözügedən vəzifələrin icrasına dair hər hansı bir öhdəlik götürmədiyi, tərəflər arasında buna dair razılığın olmadığı müəyyən olunmuşdur. Yəni müqavilənin şərtlə müəyyən edilərək bağlanılması təsdiq olunmur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152., 324, 390, 666, 668,673-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına düzgün istinad etməklə iddianı rədd etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qanuni nümayəndə İddiaçı oğlu X10 ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Şəfiqə və xx.xx.2002-ci il təvəllüdlü Arifə doğulmuşdur. X10 xx.xx.2012-ci il tarixdə ölmüş, xx.xx.2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evi nəvələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hədiyyə vermişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İş materiallarından görünür ki, iddiaçı iddianı onunla əsaslandırmışdır ki, mübahisəli evi nəvələrinə bağışlasa da, gəlini onun bütün problemlərini həll edəcəyini və ona qulluq edəcəyini bildirdiyindən və öz aralarında olan razılığa əsasən gəlini ona ömrünün sonuna kim baxacağını öz öhdəsinə götürməsini nəzərə alaraq mülkiyyətindəki evini nəvələri- Cavabdeh2 və Cavabdeh1 adına bağışlanma qaydası ilə keçirmişdir. Lakin sonradan gəlini və nəvələri evdən getmiş, onunla yaşamamış, ona qulluq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdehlər öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir. Müqavilənin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslara gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (422.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674-cü maddəsinə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda, hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verildikdə bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin hazırki mübahisədə İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı fərdi yaşayış evini bağışladığı nəvələrinin, yəni Cavabdeh2 və Cavabdeh1 verilmiş vədi, yəni ona qulluq edilməməsi səbəbindən ləğv edilməsini xahiş etsə də həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, müqavilə bağlanan anda hədiyyə verən qismində iştirak etmiş İddiaçı müqavilənin şərtləri, müqavilə üzrə hüquq və vəzifələri izah edilmiş, iddiaçı həmin müqaviləni imzalamaqla müqavilə şərtlərini könüllü şəkildə razılaşmışdır. Başqa sözlə, sözügedən müqavilənin qanunvericiliyin tələbləri əsasında, hər hansı bir şərtlə bağlanılmadığı, cavabdehlərin isə hər hansı bir xidməti cavab ilə şərtləşdirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan müqavilə yetkinlik yaşına çatmamış Cavabdeh2 və Cavabdeh1 qəyyumu olan X11 tərəfindən imzalanarkən buna hüququnun olmamasına qiymət verərək qeyd edir ki, bağışlama müqaviləsindən göründüyü kimi, həmin müqavilə müqavilə tərəfləri olan hədiyyə verən İddiaçı ilə hədiyyə alanlar yetkinlik yaşına çatmamış Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, hədiyyə alanlar yetkinlik yaşına çatmadığından yetkinlik yaşına çatmayanların qəyyumu olan X11 müqavilə tərəfi kimi çıxış edərək həmin müqaviləyə imza etmiş və onun qəyyum qismində çıxış etməsinə əsas isə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1721 saylı məktub olmuşdur. İş materialları ilə müəyyən edilir ki, qeyd edilən şəxs cavabdehlərin bibisi, iddiaçının isə qızı olmuşdur. Yetkinlik yaşına çatmayan uşaqların qanuni nümayəndəsi Qanuni nümayəndə olduğu halda, müqavilə uşaqların bibisi X11 tərəfindən imzalanmış, azyaşlıların qanuni nümayəndəsinin olub-olmaması notarius tərəfindən araşdırılmamış, Qanuni nümayəndə kimi iştirakına maneə olan hallar müəyyən edilməmişdir. Lakin buna baxmayaraq, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubu X3 Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlandığı xx.xx.2022-ci il tarixli izahatı əsasında, Abşeron Rayon İcra Hakimiyyətinin İ-89-099 saylı məktubu ilə etibarsız sayılmış və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 qəyyumu valideyni Qanuni nümayəndə hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilənin yetkinlik yaşına çatmayan uşaqların bibisi X11 tərəfindən imzalanması sonradan uşaqların qanuni nümayəndəsi Qanuni nümayəndə, eləcə də İddiaçı bəlli olmuş, lakin müqavilə əsasında evin bağışlanması hədiyyə alanı “zənginləşdirdiyindən” bu hal hədiyyə alanın qanuni nümayəndəsi, eləcə də iddiaçı tərəfindən mübahisələndirilməmiş, başqa sözlə, hədiyyə alanın qanuni nümayəndəsi həmin müqaviləni “bəyənmiş”, iddiaçı tərəfindən buna etiraz edilməmiş, onun tərəfindən müqavilənin təsdiqi istənilmiş, bununla da müqavilə bəyənildiyindən etibarlı hesab edilir. Belə ki, Mülki Məcəllənin 29.1. maddəsinə əsasən, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, bağışlanma müqaviləsi xx.xx.2013-cü ildə bağışlanmışdır. İddiaçı isə iddianı hədiyyə alanların öhdəliklərinin icra edilməməsi ilə əsaslandırmış, lakin bu barədə bildirişi hədiyyə verənlərə ünvanlamamış, eyni zamanda, ünvanlandığı halda sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə kollegiyası xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin ləğvi tələbini irəli sürən iddiaçının müqavilənin bağlanmasından sonra 9 il müddət keçəndən sonra məhkəməyə müraciət etməsini, eyni zamanda, hədiyyə alanlar tərəfindən öhdəliklərinin icra etməməsinə dair əsasını səmimi şəkildə qəbul etmir. Beləliklə də, iddiaçı müqavilə tarixindən 9 il müddət keçəndən sonra məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Eyni zamanda ərizədə qeyd etdiyi hədiyyə alanların öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinin müəyyən edilməsi üçün 9 il müddət gözlənilməsi ağlabatan hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-1023/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar