Məhkəmə qərarları › İş №2(105)-2190/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2190/2020

20.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2190/2020 20.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X1 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsi ərazisində yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış 1814.40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonar cavabdeh “Cavabdeh” İB İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi İ.R.Mirzəyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Əməkdaşları tərəfindən İddiaçı yaşayış evində quraşdırılmış qaz saygac dəyişdirilən zaman abonentə məlumat verilmiş və saygacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı xx xxxxx 2018-ci il tarixli aktda saygacda qeyd olunan nöqsan, saygac mənfiyə işləyir, saygacın çıxış borusu deformasiyaya uğramış və təlimata uyğun olaraq informasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Bu barədə akt tərtib edilmişdir və 1814.40 manat cərimə hesablanmışdır. İşin obyektiv araşdırılması məqsədi ilə tərəflərindən birinci instansiya məhkəməsi baxışı qarşılıqlı iddia təqdim edilmiş, lakin məhkəmə qərardadı ilə ərizə geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-1216/2020 saylı qərardadı əsassız və qanunsuz olduğundan ləğv edib, yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddənin tələbinə görə məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunun şərh olunan normasının tələbləri pozulmuşdur. Belə ki, mülki iş xx xxxxxx 2020-ci il tarixdə icraata qəbul edilərək iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin iştirakı ilə iş üzrə xx xxxxxx 2020-ci il tarixdə məhkəmə baxışı iclası keçirilmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi tərəfindən işin baxılmasına başlanana qədər hər hansı bir vəsatət, o, cümlədən qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi ilə bağlı hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi X2 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-1216/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar