Məhkəmə qərarları › İş №2(105)-2193/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2193/2021

12.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2193/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və X6 ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X7 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi, Cavabdeh2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı miras əmlakın qəbulu tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi, Cavabdeh2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı miras əmlakın qəbulu tələbinə dair iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli reyestrdə 2V-762 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun 22.10.2013-cü il tarixdə ölmüş X8 qanun üzrə vərəsəsi kimi tanınmaqla, ona çatan paya dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, mərhum X8 və qanun üzrə birinci növbə vərəsələrindən biridir. Onun atası Ə.Hacıyev 22 oktaybr 2013-cü ildə ölmüşdür. Onun atasından miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m, yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı mənzil və ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Onun atasının ölümündən sonra, ondan miras qalmış əmlakların sənədi olmamışdır. Belə ki, əmlaklar barədə sənədlərin əsli cavabdeh, hazırki onun qardaşı Cavabdeh2 olmuşdur. Ona görə də, o, İddiaçı qardaşının vərəsəlik işinin açılması üçün müraciət etməsini gözləmiş və vərəsəlik işi açılan zaman onun miras əmlakda olan payının müəyyən edilib, ona müvafiq şəhadətnamə veriləcəyinə ümid etmişdir. Lakin, təxminən 3 həftə əvvəl Cavabdeh2 Sumqayıt “ASAN Xidmət” Mərkəzində yerləşən Notariat ofisində vərəsəlik işi açdırdığını və yalnız cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini öyrənmişdir. Məlumatı dəqiqləşdirmək məqsədilə onun tərəfindən cavabdeh Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə sorğu göndərilmişdir. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 03.11.2020-ci il tarixli cavab məktubu ilə 528 nömrəli vərəsəlik işinin surəti təqdim edilmişdir. Vərəsəlik işinin nəticəsində mərhum Ə.R.Hacıyevin vərəsəsinin yalnız cavabdeh P.İddiaçı olduğu qeyd edilərək onun miras əmlakdan tam hissədə pay almalı olduğu qeyd edilmişdir. Reyestrdə 2V-762 nömrə ilə qeyd edilmiş, 09.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m, yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı mənzilə şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş Cavabdeh2 tərəfindən Notariat ofisinə təqdim edilmiş Ərizənin surətindən aydın olur ki, cavabdeh miras qoyanın başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyin zəruriliyi barədə xəbərdar edilmişdir. Lakin, o özündən başqa yalnız 2 vərəsənin olduğu barədə məlumat vermişdir. Mərhumun qızları, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Ələm qızının olduğunu bildirmiş və başqa vərəsənin olmadığını qeyd etmişdir. Vərəsəlik işinə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, onun anası, mərhum Ə.R.Hacıyevin arvadı X3 11.06.2008-ci il tarixdə ölmüşdür. Vərəsəlik işinə əlavə edilmiş Maraqlı şəxs1 tərəfindən Notariat ofisinə təqdim edilmiş ərizənin surətindən məlum olur ki, Maraqlı şəxs1 atasından miras əmlakdan ona çatan payı qəbul etmir. Həmçinin digər vərəsə Maraqlı şəxs2 tərəfindən Notariat ofisinə miras əmlakdan imtina barədə ərizə təqdim edilmişdir. Vərəsəlik işinə həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarış əlavə edilmişdir, həmin çıxarışa əsasən ünvan 2ində yerləşən sahəsi 273.3 kv.m olan fərdi yaşayış evi mərhum Ə.Hacıyevin xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün məktub göndərilmişdir. Nəticədə, o, İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, iddia tələbində haqlıdır. Məhkəmə tərəfindən onun atasında miras qalmış əmlaka dair vərəsə kimi hüquq tanınmalıdır və ona müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iclas protokoluna diqqət yetirdikdə orada onun notarial qaydada təsdiq olunmuş ona çatası paydan imtina etməyi qeyd edilsə də, bu təmamilə əsassızdır. O, qanun üzrə birinci növbə vərəsədir. Vərəsəlik işi açılarkən həmin siyahıya adı salınmamışdır və bu qanunsuz hərəkətə notariat ofisi göz yummuşdur. Mərhum atasının dörd nəfər övladı yəni vərəsəsi vardır. Digər vərəsələr .zlərinə çatası paydan imtina etsələrdə o, bu cür bir sənəd imzalamamış və ona qanun üzrə çatası paylı tələb edir. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili V.V.Qədirli apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən vərəsəliklə bağlı iddia tələbi üzrə müddətinin ötürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, iş materiallarında olan AZB № 166810 saylı, 24.08.1971-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. Ata qrafasında X21 oğlu, ana qrafasında X3 qeyd edilmişdir. İşə əlavə olan Qanun üzrə vərəsəlik hüququ haqqında 09.10.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 22.10.2013-cü il tarixdə vəfat etmiş-Ə.R.Hacıyevin vərəsələri Quba rayonu, Alekseyevka ərazi d, Alekseyevka k, ünvanında qeydiyyatda olan P.İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 27.02.2007-ci il tarixdə Ə.R.Hacıyevə verilmiş **********27-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv., yaşayış sahəsi 47 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. İşdə olan Azərbaycan Respublikasının DƏDRXH-ın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində istifadədə olan 0.05232 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 5 mərtəbəli binada 59.8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ə.R.Hacıyevin adına daşınmaz əmlakın dövlət reyestrinə 339 nömrəli reyestr kitabının 31641 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ № 675500 saylı, 06.03.2014-cü il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ə.R.Hacıyev 22.10.2013-cü il tarixdə ölmüşdür. İşə əlavə olan AZ-İ № 312003 saylı, 15.08.2008-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, R.Ş.Hacıyeva 11.06.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan J-İE № 304204 saylı 19.10.1960-cı il tarixli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, A.R.Hacıyev ilə R.Ş.Paşayeva arasında olan nikah 19 oktyabr 1960-cı il tarixdə bağlanmış və 19 nömrə qeyd olunmaqla, sonuncuya “Hacıyeva” soyadı verilmişdir. İşə əlavə olan P.İddiaçı 09.10.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, 22 oktyabr 2013-cü il tarixində ölmüş Ə.R.Hacıyevdən qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 3 nömrəli binada yerləşən 18 saylı mənzildən ibarətdir. İşdə olan AZ-İİ № 861438 saylı, 25.04.2012-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, P.İddiaçı xx.xx.1971ci il tarixdə Quba şəhərində anadan olmuş, ata qrafasında-X15, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 notarial qaydada 07.09.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Maraqlı şəxs1 22.10.2013-cü ildə vəfat etmiş atası Ə.R.Hacıyevdən qalmış miras əmlakdan ona çatana payı qəbul etməmiş və etmək fikrində deyildir. İşə əlavə olan AZ № ******* saylı, 03.04.1970-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 06.03.1970-ci il tarixdə Quba şəhərində anadan olmuş, ata qrafasında-X15, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan MusayevaMehriban Aləm qızının notarial qaydada 07.09.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, 22.10.2013-cü il tarixdə vəfat etmiş atası X5 qalmış miras əmlakdan ona çatana payı qəbul etməmiş və etmək fikrində deyildir. İşdə olan AZ № 421533 saylı, 28.02.1963-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 13.02.1963-cü il tarixdə Quba şəhərində anadan olmuş, ata qrafasında-X15, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-i Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 2ində yerləşən 0.021 ha fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Ə.R.Hacıyev Daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 09.10.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, ev 3 ünvanında yerləşən 18 saylı mənzilə dair 09.10.2020-ci il tarixində 2V-762 nömrəli reyestrlə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Sayli Bakı Ərazi İdarəsinin 23.12.2020-ci il tarixli məktubundan görünür ki, Ə.R.Hacıyevin adına ünvan 2ində yerləşən 6 otaqlı ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evi, ünvan 2ində 0.08 ha yaşayış məntəqələrinin torpaq sahəsi, ünvan 2ində yerləşən 6 otaqlı ümumi sahəsi 247.9 kv.m olan fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda adındadır. Eyni zamanda bildirilir ki, Ə.R.Hacıyevin adına (X4 ilə birlikdə ümumi birgə payda) ünvan 2ində 0.32ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN 355 nömrəli torpağın verilməsinə dair şəhadətnamə, (X16, X17 və X4 ilə birlikdə ümumi birgə payda) ünvan 2ində 0.31 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN 659F nömrəli torpağın verilməsinə dair şəhadətnamə, (X4 ilə birlikdə ümumi birgə payında) Quba rayonu, Söhüb kəndində 0.99ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN 0023 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İşdə olan ƏN-İ № 084392 saylı, 20.02.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, Ə.R.Hacıyev harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərinsə sərəncam verməyi və s.digər hərəkətləri etməyi P.İddiaçı 5 il müddətinə, yəni 20.12.2012-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında P.İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** saylı, 15.10.2020ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olan İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 11.06.2008-ci ildə vəfat etmiş anası X1 qalmış miras əmlakdan ona çatan payı qəbul etməmiş və etmək fikrində deyildir. Müddətin uzadılması iddiası ilə gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 06.10.2020-ci il tarixli, ******* saylı, arayışından görünür ki, P.İddiaçı Quba rayonu, Alekseyevka ərazi dairəsi, Alekseyevka kəndində qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin 1ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) 1-ci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hesab edirəm ki, göstərilən əmlaklar miras kütləsinə daxil edilməklə miras şərikləri arasında paylara bərabər bölünməlidir. Azərbaycan Respblkası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin 1ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) 1-ci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hesab edirəm ki, göstərilən əmlaklar miras kütləsinə daxil edilməklə miras şərikləri arasında paylara bərabər bölünməlidir. Azərbaycan Respblkası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə kollegiyası İddiaçı onun tərəfindən notariat kontoruna heç bir ərizənin yazılmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı atasından miras qalmış əmlakların sənədi olmadığını, belə ki, əmlaklar barədə sənədlərin əsli cavabdeh, hazırki iddiaçının qardaşı Cavabdeh2 olduğunu və bu səbəbdən iddiaçı qardaşının vərəsəlik işinin açılması üçün müraciət etməsini gözləmiş və vərəsəlik işi açılan zaman onun miras əmlakda olan payının müəyyən edilib, ona müvafiq şəhadətnamə veriləcəyinə ümid etmişdir. Lakin, təxminən 3 həftə əvvəl Cavabdeh2 Sumqayıt “ASAN Xidmət” Mərkəzində yerləşən Notariat ofisində vərəsəlik işi açdırdığını və yalnız cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini öyrəndiyini bildirsə də, iş materiallarına əlavə edilmiş iddiaçının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 11.06.2008-ci ildə vəfat etmiş anası R.Ş.Hacıyevadan qalmış miras əmlakdan ona çatan payı qəbul etməmiş və etmək fikrində deyildir. Müddətin uzadılması iddiası ilə gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir (i.v.85-86). Bundan əlavə iddiaçı mirasın qəbulu ilə bağlı müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı miras əmlakı ilə bağlı müddəti üzürsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 12 mart 2021-ci il tarixli 2(060)-1164/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar