Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2195/2020 24.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X2 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçın Cavabdehnə qarşı hesablanmış cərimənin silinməsi tələbinə dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi X.R.Əlizadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Z.Hümbətov) Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-257/2020 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-257/2020 saylı qətnaməsi ilə xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 291,60 manat məbləğində hesablanmış ziyan məbləği ünvan 1 saylı ünvana verilən qaz xətti üzrə **********40000 saylı abunə hesabından silinməsi qət edilmişdir. Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X.R.Əlizadə tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli (074)-257/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti xx xxx 2020-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinə daxil olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi X.R.Əlizadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad tamamilə əsassızdır. Belə ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-180/2020 il tarixli qətnaməsi xx xxxxx 2020-ci il tarixdə Cavabdeh İB-nin Ağsu RQİİ-nə daxil olmuş və qətnamədən apellyasiya şikayəti verilərək xx xxxxx 2020-ci il tarixdə «Azəri Express» poçt xidməti vasitəsi ilə məhkəməyə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsində şikayət xx xxx 2020-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(074)-257/2020 saylı qərardadı ləğv edilərək, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı A.H.Dursunalıyev məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-257/2020 saylı qətnaməsinin surəti Cavabdeh İB-nə xx xxxxx 2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin nümayəndəsi məhkəmənin qətnaməsindən, qətnamə artıq qanuni qüvvəsini aldıqdan sonra yəni, xx xxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə apellyasiya şikayətinin surətli poçt vasitəsi ilə xx xxxxx 2020-ci il tarixdə göndərilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, cavabdeh apellyasiya şikayətinin xx xxxxx 2020-ci il tarixdə göndərilməsi barədə apellyasiya şikayətinə əlavə edilmiş Azəri Exspress sürətli poçt daşıma xidmətinin qəbzində apellyasiya şikayətinin həqiqətən Şamaxı Rayon Məhkəməsinə həmin tarixdə göndərilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin, Azəri Express sürətli poçt daşıma xidmətinin xx xxxxxx 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətini təxminən 1 aydan uzun bir müddətdə Şamaxı Rayon Məhkəməsinə çatdırılması ağlabatan deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi X1 şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(074)-257/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2195/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2195/2020
24.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver