Məhkəmə qərarları › İş №2(105)-2199/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2199/2020

07.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2199/2020 07.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-180/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-180/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.(hakim E.Hümbətov) Cavabdeh İstehsalat Birliyi qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-180/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh İstehsalat Birliyi qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-180/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, prosessual müddət ötürülməmişdir. Belə ki, müvafiq qətnamə xx.xx.2020-ci il tarixdə müəssisəyə daxil olmuş və xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Həmin şikayət poçt xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə çatdırılmışdır. Belə olan halda müddət ötürülməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh İB-nin nümayəndəsi X2 şikayəti müdafiə edib təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, rabitə orqanının məhkəməyə çatdırılmalı olan sənədi ünvan sahibinə gec çatdırması sənədi göndərmiş şəxsin, hazırki halda Cavabdeh İBnin ziyanına yozula bilməz. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-180/2020 saylı qərardadı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 180/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin surəti xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh İB-nə təqdim edilmiş, həmin qətnamədən İB-nin apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə rabitə orqanına təhvil verilmişdir. Göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-180/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfin şikayəti vaxtında verilmiş, prosessual müddət ötürülməmişdir. Belə ki, AR MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yenə həmin Məcəllənin 129.3-cü maddəsinin tələblərinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264. 266.1, 397.2. 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-180/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar