Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2203/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və müqavilələrə xitam verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(027)- 90/2023 nömrəli qərardadından qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pulun onun xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 402,9 kv.m olan fərdi yaşayış evinə, həmin ünvanda yerləşən 0.0788 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehin borcu həcmində yəni, 255.000 manat məbləğində pulun ona ödənilməsi və bağlanmış müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, xx.xx.2021-ci il tarixli 3M/505 reyestr nömrəli kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 saylı qətnaməsi ilə, ilkin iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilmiş, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı xeyrinə 150.000 ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilmiş, borc ödənilmədikdə tutma Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinə yönəldilmiş, Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 225.000 manat məbləğində, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsi ilkin satış (likvid) qiyməti 108.000 manat məbləğində müəyyən edilmiş, ipoteka predmetinin açıq hərracda satıllması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli məktubuna əsasən qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1111/2023 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün hesab edilsə də, sonradan qətnamədən həmçinin Nübar Həsənovanın da apellyasiya şikayəti verməsi müəyyən olunduğundan, apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli mümkünlük qərardadını ləğv etməklə, Cavabdeh apellyasiya şikayətini apellyasiya baxışından çıxararaq, Maraqlı şəxs apellyasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün mülki işi Quba Rayon Məhkəməsinə qaytarmışdır (hakimlər A.Süleymanova (sədrlik edən və məruzəçi), S.Qafari və G.Cabbarova). Quba Rayon Məhkəməsinin 05 iyun 2023-cü tarixli, 2(027)-90/2023 nömrəli məktubu ilə Nübar Həsənovanın verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1111/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364.2-ci maddəsinin tələblərinə əməl olunmadığından Maraqlı şəxs apellyasiya şikayəti Quba Rayon Məhkəməsinə qaytarılmışdır (hakimlər A.Süleymanova (sədrlik edən və məruzəçi), G.Cabbarova və Z.Məmmədov). Quba rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(027)-90/2023 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki:” Belə ki, iş materiallarında olan AR-İİ 295053 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 etibarnamə üzrə Cavabdeh etibar etmişdir. Beləliklə, X5 onun razılıq ərizəsi olmadan əmlakın əri Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilməsini və həmin etibarnamənin cavabdehə başqa məqsədlə verilməsini bildirsə də, AR-İİ 295053 saylı, xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X1 etibarnamə üzrə Cavabdeh etibar etmiş, xx.xx.2021-ci il tarixli ərizə əsasında isə qeyd olunan razılıq ərizəsi X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin, X6 iş üzrə tərəf olmadığından və qeyd edilən qətnamə onun mənafeyinə toxunmadığından X6 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmalıdır”. X2 rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(027)-90/2023 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il, 2(027)-90/2023 saylı qərardadının ləğv edilməsi və verdiyi apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi məhkəmə qətnaməsindən göründüyü kimi əri, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə keçmiş ərindən İddiaçı xeyrinə 150000 (yüz əlli min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) borcun tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışına əsasən birgə nikah dövründə əldə etdikləri ərinin mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinə yönəldilməsi, evin ilkin satış (likvid) qiymətinin 225000 manat məbləğində, torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 108000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, ərinin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətində də qeyd etdiyi kimi ipotekaya qoyulmuş və qətnamə ilə tələb yönəldilmiş fərdi yaşayış evi və torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlaklardır və o, uşaqları ilə birlikdə orada qeydiyyatda olmaqla yanaşı uzun müddət yaşamışlar. Buna görə də hesab edir ki, maraqlarına toxunan şəxs kimi Quba rayon məhkəməsinin qətnaməsi onun və uşaqlarının maraqlarına toxunur. Məhkəmə isə qətnamə qəbul edən zaman bu əmlaklardan istifadə hüququ olan şəxs kimi onların qanuni mənafelərini nəzərə almamışdır. O da qətnaməni rəsmi qaydada qəbul edib qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. MPM-nin 357.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Məhkəmə isə onu maraqlarına toxunan şəxs kimi işə cəlb edib apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərmək əvəzinə, prossesual pozuntuya yol verib apellyasiya şikayətini geri qaytarmışdır. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(027)-90/2023 saylı qərardadı ilə Quba rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(027)-90/2023 saylı qərardadından X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarından göründüyü kimi Cavabdeh ilə X5 xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşlar, həmin nikah Azərbaycan Respublikası Quba rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 351 nömrə ilə qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs maraqlarına toxunsa da, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin MPM-nin 364.2-ci maddəsinin tələblərinə əməl olunmasına dair göstərişlərinin mahiyyətini başa düşmədən, prosessual pozuntuya yol verərək əsassız olaraq çıxarılmış qətnamə Maraqlı şəxs maraqlarına toxunsa da, onun verdiyi apellyasiya şikayətini geri qaytarmışdır. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qəbul edilmiş qətnamə üzrə hüquq və vəzifələrinə toxunan şəxs X3 və həmçinin Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün hazırkı mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)- 90/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs X3 və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2203/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2203/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver