Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2207/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1425.8 (min dörd yüz iyirmi beş manat səksən qəpik) manat borcun abonent kodu **********18800 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 32.56 (otuz iki manat əlli altı qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
2. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
3. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
4. İş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(105)-2207/2023 nömrəli qərardadı ilə Cavabdeh şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.
7. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman, Abşeron Rayon Məhkəməsi sorğu ilə müraciət edərək İddiaçı Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün işin geri qaytarılmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyası sənədləri araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.
9. Beləliklə, qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(105)-2207/2023 nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, iş üzrə digər tərəf - İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
10. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(105)-2207/2023 nömrəli mümkünlük qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(012)-3736/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.