Məhkəmə qərarları › İş №2(105)-2212/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2212/2020

22.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2212/2020 22.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X1 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, 10-cu mkr, ev 3, mənzil 33-ə dair əsassız olaraq hesablanmış 2289,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsini təqdim etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi İ.R.Mirzyev şikayəti onunla əsaslandırmışdır ki, əməkdaşları tərəfindən İddiaçı yaşayış evində quraşdırılmış qaz sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacının çıxarılması zamanı ******* saylı xx xxx 2018-ci il tarixli akt tərtib edilmiş və təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında «xətalar normaya uyğun deyil, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izi aşkar edilmədi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın yivli birləşmələri deformasiyaya uğrayıb, sayğacın klapanı işlək deyil», sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilərək xx xxxx 2018ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 2289,60 manat cərimə hesablanmışdır. Buna baxmayaraq məhkəmə qarşılıqlı iddianı qəbul etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-521/2020 saylı qərardadı əsassız və qanunsuz olduğundan ləğv edib, yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı ləğv olunmalı, şikayət isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməməklə qərardada istinad etmiş olduğu Azərbaycan Respublikası MPM-nin 155 və 156-cı maddələrinin tələblərini pozmuş və məsələnin həllinə münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Digər tərəfdən qarşılıqlı iddianın icraata qəbul olunması şərtlərini özündə ehtifa edən həmin Məcəllənin 156.1-ci maddəsində qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün müəyyən edilmiş üç konkret hal müəyyən etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, iş üzrə ilk iddia tələbi xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə icraata qəbul edilmiş, iş üzrə hazırlıq iclası keçirilmiş və mülki iş hazırda baxış mərhələsindədir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan hakim qarşılıqlı iddia ərizəsini icraata qəbul etməməsini əsası kimi bu maddəyə istinad etməklə tam yalnış mövqe nümayiş etdirmiş və həmin maddəni düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan bu maddənin hüquqi mənasına görə qarşılıqlı iddia ərizəsinin konkret olaraq işə mahiyyəti üzrə baxılmağa başlananadək icraata qəbul edilməsini nəzərdə tutmuşdur. Yəni, göründüyü kimi, həmin norma qarşılıqlı iddianın qəbul edilməsini heç də prosesin hazırlıq mərhələsində deyil, konkret olaraq məhz işə mahiyyəti üzrə baxılmağa başlananadək dövr ərzində nəzərdə tutmuşdur. Məhkəmə həmçinin, qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmaması əsası kimi Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsində nəzərdə tutulan halların olmadıgın qeyd etməkdə də tam yalnış qənaətə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin qarşılıqlı iddianın məhkəmənin gəldiyi qənaətin əksinə olaraq ilk iddianın tam şəkildə qarşılıqlı ödənilməsinə yönəlmiş və qarşılıqlı iddianın mətnindən də göründüyü kimi ilk iddia tələbi ilə birbaşa qarşılıqlı əlaqəlidir və qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılması mövcud mübahisəyə məhz daha tez və düzgün baxılması ilə nəticələnir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qəbul etməməklə yanaşı, həmçinin, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin və «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının tələblərin də kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-521/2020 saylı qərardadı ləğv edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia icraata qəbul etməklə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar