Məhkəmə qərarları › İş №2(105)-2212/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2212/2021

02.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2212/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh3 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 saylı qətnaməsindən Cavabdeh1 ("xxxx") məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə, Quba rayon İcra və probasiya şöbəsinə və Cavabdeh3 açıq səhmdar cəmiyyətinə qarşı hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın qiymətləndirilməsi və hərracın mülkiyyətçinin iştirakı ilə yenidən keçirilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli hərrac təşkilatının yekunları barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin direktoru X21 ilə alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X8 arasında bağlanmış İddiaçı məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 416,4 kv.metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin 123675 manata alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh3 açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-2099/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi N.N.Səmədova və Cavabdeh3 açıq səhmdar cəmiyyətinin nümayəndəsi F.S.Manafov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh3 açıq səhmdar cəmiyyətinin verdikləri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ("xxxx") məhdud məsuliyyətli cəmiyyəti qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(102)-1195/2021 saylı qərarı ilə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti ("xxxx" MMC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-2099/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli hərrac təşkilatının yekunları barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin direktoru X21 ilə alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X8 arasında bağlanmış ona məxsus Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-un 123675 manata alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin bağlandığı gündən etibarsız hesab edilməsi, Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-a dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-un yenidən hərraca çıxarılması, onun hərracda iştirakının təmin edilməsinin Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-3114/2015 saylı, 21.12.2015-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh3 açıq səhmdar cəmiyyəti arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit limiti müqaviləsi ləğv edilmiş, onunla Cavabdeh3 açıq səhmdar cəmiyyəti arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit limiti müqaviləsi çərçivəsində ondan, cavabdehlər X2 və X5 müştərək qaydada 89041,12 ABŞ dolları əsas borc, 3669,51 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 92760,63 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 açıq səhmdar cəmiyyətinın xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş ona məxsus olan Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və üzərində yerləşən evin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehlərə qaytarılması qət olunmuş və iddia qalan hissədə təmin edilməmişdir. O, Quba Rayon Məhkəməsinin 2(027)-3114/2015 saylı, 21.12.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli, 2(027)-87/2017 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-3114/2015 saylı 21.12.2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakın qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ona məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 194000 manat müəyyən olunmuş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. O, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5041/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli, 2(105)-87/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, ona münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.03.2017-ci il tarixli icra vərəqəsinə əsasən ona məxsus, Quba şəhəri, Səkinəxanım küçəsi, 9 saylı ev 19 mart 2018-ci il tarixdə hərraca çıxarılmış və qalib alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinə 123675 manata satılmışdır. Bu barədə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hərrac təşkilatının hərracın yekunları barədə 34/3 nömrəli protokol tərtib olunmuşdur. 19 mart 2018-ci il tarixdə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin direktoru X21 ilə Cavabdeh3 açıq səhmdar cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 arasında ona məxsus Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-un 123675 manata alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilə imzalanmışdır. O, 19 mart 2018-ci il tarixdə keçirilən hərracda iştirak etməmiş, hərracın keçirilməsindən və mülkiyyətində olan Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-un 123675 manata qalib alıcı Cavabdeh3 açıq səhmdar cəmiyyətinin satılmasından xəbəri olmamış və bu barədə ona rəsmi məlumat verilməmişdir. Ona məxsus Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-un bazar qiyməti hələ 2016-cı ildə “Əmlak Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin ƏEM/O 133- 534/16 saylı, 10 noyabr 2016-cı il tarixli ekspert rəyində 194000 manat dəyərində qiymətləndirilmiş, həmin rəy Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsində ona məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin qiymətinin 194000 manat olması müəyyən edilmişdir. Hazırda Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9-un ətrafında yerləşən evlərin bazar qiyməti 200000-220000 manat qiymətindədir. Ona görə də ekspertiza təyin edilib həmin ev yenidən bazar qiymətinə uyğun qiymətləndirilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 ("xxxx") məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba rayon İcra şöbəsinin məktubu əsasında Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ipoteka predmeti olan Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin hərracı həyata keçirilmişdir. 13 dekabr 2017-ci il tarixdə ilkin hərracın keçirilməsinə dair bildiriş poçt vasitəsi ilə borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və şəxsən qəbul edilmişdir. Poçt göndərişinin verilməsinə dair xəbərnamədə də bu öz əksini tapmışdır. Qeyd olunan sübut məhkəməyə təqdim edilmişdir. Poçt xidməti rəsmi fəaliyyət göstərən qurumdur. Xəbərnamədə rəsmi imza mövcuddur. Həmçinin Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 23 yanvar 2018-ci il tarixində ikinci hərracın keçirilməsinə dair bildiriş də poçt vasitəsilə borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş, ikinci bildirişin poçt göndərişinin verilməsinə dair xəbərnamədə isə “İmtina edilib” ifadəsi öz əksini tapmışdır. Məhkəmə xəbərnamədə poçt əməkdaşlarının “imtina edilmişdir” qrafasına işarə qoyulduğuna diqqət etmədiyindən yanlış nəticəyə gəlmişdir. Xəbərnamənin “imtina edilmişdir” qrafasında borclunun bildirişi almasından imtinasının qeydi onu göstərir ki, birinci xəbərnamədəki imzanın onun yaxınlarından, yəni həmin həyət evində kimin imza çəkdiyini borclu bilmişdir. Göründüyü kimi, borclu müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır və eyni zamanda əmlakının borc əvəzi alınmasını qəbul etmir. Hər iki hərracın keçirilməsi “İpoteka haqqında” qanunun tələbləri əsasında həyata keçirilmiş, borcluların ünvanına həm ilkin, həm də təkrar hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. Lakin borclu ilkin hərracın keçirilməsi bildirişini aldığı və poçt göndərişinin xəbərnaməsində şəxsən imza etdiyi halda, bu imzanın ona aid olmadığını bildirməklə ilkin hərracda iştirak etməkdən süni şəkildə boyun qaçırmışdır. İkinci hərracın keçirilməsi bildirişinin çatmasına dair poçt göndərişinin xəbərnaməsində isə “İmtina edilib” qeydi bir daha sübut edir ki, borclunun məqsədi tamamilə hərracdan yayınmaq, saxta iddialarla vaxt qazanaraq öz mənfəətini güdmək olmuşdur. Bundan əlavə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq 13 dekabr 2017-ci il tarixdə ilkin hərracın keçirilməsinə və 23 yanvar 2018-ci ildə təkrar hərracın keçirilməsinə dair “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə alınması ipoteka saxlayan Cavabdeh3 açıq səhmdar cəmiyyətinə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmişdir. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin hərracın yekunları barədə 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli protokoluna əsasən iddiaçıya məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 9 saylı ev 123675 manata Cavabdeh3 açıq səhmdar cəmiyyətinə satılmışdır. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hərracın həyata keçirilməsi ilə bağlı bütün tədbirlər “İpoteka haqqında” qanunun tələbləri çərçivəsində baş vermiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Cavabdeh1 ("xxxx") məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X19 oğlu məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 ("xxxx") məhdud məsuliyyətli cəmiyyəti və Quba rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktik olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 21.12.2015-ci il tarixli, 2(027)-3114/2015 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit limiti müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit limiti müqaviləsi çərçivəsində cavabdehlər İddiaçı, X13 və X5 müştərək qaydada 89041,12 ABŞ dolları əsas borc, 3669,51 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 92760,63 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan, Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və üzərində yerləşən evin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehlərə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.03.2017-ci il tarixli, 2(105)-87/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli, 2(027)-3114/2015 saylı qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakın qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, İddiaçı məxsus olan Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 194000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2017-ci il tarixli, 2(102)-5041/2017 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.03.2017-ci il tarixli, 2(105)- 87/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, cavabdeh İddiaçı münasibətdə dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1-nin 13 dekabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 21/76 nömrəli bildirişinin surətindən görünür ki, Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, 416,4 kv metr ümumi sahəsi olan 9 saylı yaşayış evinin satılmasına dair hərracın keçirilməsi 12 yanvar 2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən göndərilmiş 19 dekabr 2017-ci il tarixli xəbərnamənin surətindən görünür ki, hərracın keçirilməsinə dair bildiriş Quba şəhəri M.Qorki küçəsi, ev 74, mənzil 39-da X10 göndərilmiş, Telman Hüseynov 23 dekabr 2017ci il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən göndərilmiş 19 dekabr 2017-ci il tarixli xəbərnamənin surətindən görünür ki, hərracın keçirilməsinə dair bildiriş Quba şəhəri Fətəlixan küçəsi, ev 142-də X9 göndərilmiş, 22 dekabr 2017-ci il tarixdə imza edilərək bildiriş alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən 23 yanvar 2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 21/76-1 nömrəli bildirişdən görünür ki, Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, 416,4 kv metr ümumi sahəsi olan 9 saylı yaşayış evinin satılmasına dair hərracın keçirilməsi 23 fevral 2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Hərrac təşkilatının hərracın yekunları barədə 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Quba şəhəri, Səkinəxanım küçəsində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 416,4 kv.m olan 2 mərtəbəli, 3 otaqlı, 9 saylı yaşayış evi Sumqayıt Apellyasiya Məhkəməsinin 03.03.2017-ci il tarixli icra vərəqəsinə əsasən ilkin olaraq 194000 manat qiymətləndirilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, satılmadığı üçün ipoteka saxlayan Cavabdeh3-yə təklif edilmiş və ipoteka predmetinin ilkin qiymətindən 25 faiz ucuz olmaqla Cavabdeh3-yə 123675 manata satılmışdır. İş materiallarında olan 19 mart 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, Quba şəhəri, Səkinəxanım küçəsi, 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 416,4 kv.metr olan 2 mərtəbəli, 3 otaqlı, 9 saylı yaşayış evi Cavabdeh3 tərəfindən 123675 manata alınmışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsin prosessual hüquq normalarının tələblərinə cavab verməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Quba şəhəri, Səkinəxanım küçəsində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 416,4 kv.metr olan 2 mərtəbəli, 3 otaqlı, 9 saylı yaşayış evinin mülkiyyətçisi İddiaçı olmuş, ipoteka predmeti olan həmin yaşayış evinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə açıq hərracda ilkin satış qiyməti müəyyən edilməklə tutma yönəldilmişdir. Azərbaycan Respublikası MM-nin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə görə bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinə əsasən (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 43.4-cü maddəsinə görə (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-c maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.7-ci maddəsinə görə (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin 34/3 saylı, 19 mart 2018-ci il tarixli hərrac təşkilatının hərracın yekunları barədə protokolu ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Quba şəhəri, Səkinəxanım küçəsində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 416,4 kv.metr olan 2 mərtəbəli, 3 otaqlı, 9 saylı yaşayış evinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 194000 manat qiymətləndirilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə əsasən 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, satılmadığı üçün ipoteka saxlayan Cavabdeh3-yə təklif edilmiş, ipoteka predmetinin ilkin qiymətindən 25 faiz ucuz olmaqla 123675 manata Cavabdeh3-yə satılmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı keçirilmiş hərracı 2 əsasla, yəni hərracın yekunları barədə müqavilə bağlandığı 19 mart 2018-ci il tarixli hərrac barədə məlumatlandırılmaması və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması əsası ilə mübahisələndirmişdir. İddianın ikinci əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin əsas birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuş və tərəflər bunu mübahisələndirməmişlər. Ona görə də məhkəmə kollegiyası həmin əsasa əlavə hüquqi qiymət verilməsinə zərurət görmür. Birinci əsasa gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin tələbkara (ipoteka saxlayana) satıldığı 19 mart 2018-ci il tarixdə hərrac keçirilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, predmeti ilə bağlı ilkin hərrac 12 yanvar 2018-ci il tarixdə, təkrar hərrac isə 23 fevral 2018-ci il tarixdə keçirilmiş, hər iki hərrac baş tutmamış və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə təklif olunmuşdur. İddiada göstərildiyi kimi, ipoteka predmeti tələbkara satılarkən iddiaçıya bildiriş göndərilməsə də, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hərrac təşkilatının üzərinə bununla bağlı öhdəlik qoyulmamışdır. Birinci instansiya məhkəməsi iddianın işin faktiki halları ilə bağlı əsaslarına düzgün hüquqi qiymət verməmiş, İddiaçı 12 yanvar 2018-ci il və 23 fevral 2018-ci il tarixdə keçirilmiş hərraclar barədə məlumatlandırılmaması qənaətinə gəlmiş və bu əsasla hərracın yekunlarını etibarsız hesab etmişdir. Halbuki, iddiaçı özü həmin hərraclar barədə məlumatlandırılmamasını iddia etməmişdir. İşdən görünür ki, hərraca çıxarılmış, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsində borclu İddiaçı ünvanı kimi Quba şəhəri, Səkinəxanım küçəsi, ev 9, borclu X6 ünvanı kimi Quba şəhəri, Səkinəxanım küçəsi, ev 34, borclu X7 ünvanı kimi ünvan 4ac təşkilatı tərəfindən göndərilmiş 13 dekabr 2017-ci il və 23 yanvar 2018-ci il tarixli bildirişlərdə isə İddiaçı və X6 birgə ünvanı kimi Quba şəhəri, Səkinəxanım küçəsi, ev 34, X7 ünvanı kimi ünvan 6stansiya məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin teleqramında qeyd olunmuşdur ki, İddiaçı ünvanlanmış məktub 28 dekabr 2017-ci il tarixdə icra edilmişdir. Həmçinin "xxxx" MMC-nin xəbərnaməsinə əsasən X9 ünvanlanmış zərf 22 dekabr 2017-ci il tarixdə ünvan sahibinə imzalanmaqla təqdim olunmuşdur. İkinci hərraca dair bildirişlərin isə hər iki ünvan üzrə qəbul edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 22 avqust 2006-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, Fətəlixan küçəsi, 142 saylı evdə qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında İddiaçı göstərmişdir ki, həyat yoldaşı öz valideynlərinin evində, yəni Quba şəhəri, Fətəlixan küçəsi, 142 saylı evdə yaşamış və iki ilə yaxındır onunla birlikdə Quba şəhəri, Səkinəxanım küçəsi, 9 saylı evdə yaşayır. X13 isə onun evinin yaxınlığında yerləşən mağazada işləmiş və kredit alınarkən ona zamin olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmuş hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissələrdə təmin ediməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 ("xxxx") məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 saylı qətnaməsi qismən, Cavabdeh1 tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli hərrac təşkilatının yekunları barədə protokolun və Cavabdeh1-nin direktoru X21 ilə alıcı Cavabdeh3-nin nümayəndəsi X8 arasında bağlanmış İddiaçı məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 416,4 kv.metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin 123675 manata alıcı Cavabdeh3-nə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilmələri hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar