Məhkəmə qərarları › İş №2(105)-2213/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2213/2022

10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2213/2022 10.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Quba rayonu «Kommunizm yolu» adına sovxozun yaşayış evinin alınıb ona qaytarılması tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadından Azərbaycan Respublikası DƏDK və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) Azərbaycan Respublikası DƏDK və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli 2- 113/1991 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Quba Rayon Məhkəməsinin 14 mart 1991-ci il tarixli 2-113/1991 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Quba şəhəri, Kirov küçəsi 48 nömrəlidə yaşayan, mərhum X1 məxsus olmuş iki otaqlı ev vərəsəlik hüququ üzrə onun oğlu İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 14 mart 1991-ci il tarixli 2-113/1991 nömrəli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(105)-1189/2022 nömrəli qərardadı ilə Quba Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli 2-113/1991 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2-113/1991 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinr 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli 2-113/1991 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qaytarılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2- 113/1991 nömrəli qərardadından şikayət ərizəsi ilə müraciət edərək Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2-113/1991 nömrəli qərardadından şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2-113/1991 nömrəli qərardadını ləğv etməklə apellyasiya şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2-113/1991 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin təmin edilməməsi və Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2-113/1991 nömrəli qərardadından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi şikayət 7 gün müddətində 2-111991 nömrəli mülki işlə birlikdə bacılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qərardad bununla əsaslandırmışdır ki, itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi ilə başlanır. Onlar məhkəmə prosesində iştirak etməmişlər və bununla da ərizə vermək hüququna malik deyildir. Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-113/1991 saylı qərardadını ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı Quba rayonu «Kommunizm yolu» adına sovxozdan yaşayış evinin alınıb ona qaytarılması tələbinə dair 2-113/1991 saylı mülki işin hazırda mövcud olmaması, (məhv) edilməsi və mövcud olmayan mülki işdən apellyasiya şikayətinin verilməsinin qeyrimümkün olması səbəbindən, birinci instansiya haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi Fikrət Nuşiyevin şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 22 avqust 2022-ci il tarixli 2-113/1991 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar