Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2215/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X6 qarşı mənzildən çıxarılma, mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdeh və digər şəxslərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X8 (2 azyaşlı övladı X13 və X14 ilə birlikdə) ünvan 1 ünvanındakı mənzildən çıxarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh1, X8 (2 azyaşlı övladı X13 və X14 ilə birlikdə) və digər şəxslər qanunsuz istifadəsində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzildən çıxarılmaları, onların ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri, Cavabdeh1 və digər şəxslər tərəfindən onlara mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, dövlət reyestrindən seriya RX № ******* saylı, **********56-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış əsasında Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzilin keçmiş mülkiyyətçisi X9 ilə İddiaçı1 arasında 23 iyul 2020-cı il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən mənzili İddiaçı1 satmışdır. Onlar Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 ünvanında yerləşən mənzilə pasport qeydiyyatındadırlar. Alqı-satqı olmasına baxmayaraq halhazırda sözügedən mənzil X5 mülkiyyətində qalma səbəbi yeni mülkiyyətçi və vicdanlı alıcı olan onlar mənzildə yaşayan Cavabdeh1, X8 və digər şəxslər qanunsuz olaraq mənzildən istifadə hüququna və mənzilə daxil olmasına qanunsuz maneələr yaratmasıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır, məhkəmə prosesində iştirak etmədiyi üçün, iddia tələbi üzrə etiraz və sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə tərəfindən maddi hüquq normalar düzgün tətbiq edilməmişdir. O, həmin mənzilin hazırkı mülkiyyətçisi İbrahim Hacıyevin oğludur və qeyd edilən ev onun valideynlərinin birgə nikahda olduqları vaxt əldə edilmişdir. Hazırda anası X18 Rayon Məhkəməsinə iddiaçının əlində əsas tutduğu alqı-satqı müqaviləsinin ləğvi hesab olunması barədə iddia qaldırmışdır. Əvvəllər anası müqavilənin etibarsızlığı barədə iddia qaldırmış, lakin onun iddiası rədd edilmişdir. O, ailəsi ilə mübahisə olan evə atasının razılığı ilə köçürülmüşdür. Məhkəmə bunları nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(067)-776/2022 saylı qətnaməsini ləğv etməklə, iddia tələbinin bütünlüklə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 və U.S.Hacıyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıların mülkiyyətində olan mənzildə qanunsuz yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan AN-İ № ******* nömrəli 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İ.Ç.Hacıyev mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzili İddiaçı1 satmışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi İddiaçı1 Xaçmaz rayonu Xudat şəhəri Konserv Zavod qəsəbəsi, 16 nömrəli evin 4 nömrəli mənzilin qanuni sahibidir. İşə əlavə olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********40 nömrəli məktubundan müəyyən olunur ki, daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mənzil üzərində mübahisə mövcud olduğundan daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 12 oktyabr 2020-ci il tarixli 2(067)-1927/2020 saylı qətnaməsi qismən ləğv edilmişdir. Cavabdeh N.Ə.Hacıyevanın ünvan 1-dən məcburi qaydada çıxarılması qət edilmişdir. İş materiallarında olqan Xudat MKTİ-nin xx.xx.2021-ci il tarixli 44/1 saylı arayışından müəyyən olunur ki, Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 İ.S.Hacıyevə məxsusdur. Hal-hazırda isə bu ünvanda onun oğlu öz ailəsi qeydiyyatsız yaşayır. Oğlu Cavabdeh1, gəlini X8, nəvəsi X13 və nəvəsi X14. İşdə olan xx.xx.2021-ci il tarixdə Rövşən Ələkbərovun, Vidadi Dadaşovun, İddiaçı1, Namiq Məmmədovun, İlham Şahbalayevin iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X2 şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4-də yaşamır. Hal-hazırda həmin ünvanda Cavabdeh1, X8, X13 və X14 qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması və bununla da onun Konstitusion hüquqlarının pozulması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışlar (i.v.67, 78, 87). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 26 iyul 2022-ci il tarixli 2(067)-776/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2215/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2215/2022
14.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver