Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2216/2020 23.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qərardadından Cavabdeh açıq səhmdar cəmiyyətininşikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Cavabdeh açıq səhmdar cəmiyyətinin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı üzrə hesablanmış 1312,99 manat məbləğində borcun silinməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir. Cavabdeh açıq səhmdar cəmiyyətiAbşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qətnaməsindən apellyasiya şikayətivermişdir. Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qərardadı ilə Cavabdeh açıq səhmdar cəmiyyətinin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh açıq səhmdar cəmiyyəti qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadda apellyasiya şikayətinin geri qaytarılmasının əsası kimi sənədlərə əlavə edilmiş dövlət rüsumu üzrə qəbzin xx.xx.2019-cu il tarixli olması, yəni rüsumun qətnamə çıxarılmasından 6 ay 14 gün əvvəl ödənilməsi, buna görə də qəbzin hazırki işlə deyil, başqa işlə bağlı ödənildiyi göstərilmişdir. Məhkəmənin belə bir nəticəyə gəlməsi yanlışdır. Məhkəmənin sadaladığı əsaslar ehtimal və fərziyyələrə söykənir. Belə ki, məhkəmə apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsası kimi Azərbaycan Respublikası MPMnin 363.1.2-ci maddəsinə istinad etmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi, apellyasiya şikayəti yalnız müəyyən edilmiş qaydada və məbləğdə rüsum ödənilmədikdə geri qaytarılır. Müəyyən edilmiş qaydada dedikdə dövlət rüsumunun yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi (MPM-nin 108.3-cü maddəsi), yəni Hökumət Ödəniş Portalı vasitəsi ilə, məbləğ dedikdə isə iddia qaldırılarkən ödənilmiş rüsumun 50 faizi (“Dövlət rüsumu haqqında” qanunun 8.4.1-ci maddəsi), yəni 15 manat məbləğində ödənilməsi nəzərdə tutulur. Apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, rüsum 15 manat məbləğində olmaqla Hökumət Ödəniş Portalı vasitəsi ilə elektron qaydada ödənilmişdir. Bundan əlavə, işin məhkəmə tərəfindən mübahisələndirilən digər halı dövlət rüsumu üzrə qəbzin hazırki işlə deyil, başqa işlə bağlı ödənilməsi qeydidir. Buradan məhkəmənin həmin qəbzi başqa işə əlavə edilməsini necə müəyyən etməsi sualı yaranır. Bəlkə buna dair məhkəmədə təsdiqedici sənədlər vardır və ya məhkəmə “e-məhkəmə” sisteminin “ödənişlərin yoxlanılması” bölməsi üzrə həmin qəbzin artıq istifadə edildiyini aşkar etmişdir. Ancaq məhkəmənin qərardad qəbul edərkən qeyd olunan xüsusatlara istinad etməməsi, məhkəmə tərəfindən həmin halların araşdırılmadan qərardad çıxarmasını ehtiva edir. Digər tərəfdən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli əlavə edilmişdir. Bu halı qəbzin üzərindəki “Kapital Bank”ın möhüründən də müəyyən etmək mümkündür. Şikayətə qəbzin əslinin əlavə edilməsi həmin qəbzin başqa məhkəmə işində istifadə edilməsi barədə məhkəmənin gəldiyi nəticəninin əsassız olmasını sübut edir. Göründüyü kimi, məhkəmə heç bir əsas olmadan, formal əsaslara söykənərək apellyasiya şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayətini geri qaytararkən cavabdeh tərəfindən dövlət rüsumunun xx xxxx 2019-cu il tarixdə, yəni qətnamənin çıxarılmasından 6 ay 14 gün əvvəl ödənilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əlavə edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qətnaməsinin qəbul edildiyi tarixdən 6 ay 14 gün əvvəl ödənilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş həmin məbləğ hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin mənasına görə məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, iddia qiyməti 500 manatdan çox olmadıqda 20 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Cavabdeh açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin apellyasya şikayətini geri qaytarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Cavabdehin şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(012)-550/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2216/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2216/2020
23.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver